“İçərişəhər” və “Qala” qoruqlarında “Açıq qapı” günü keçirilib
Bakı, 19 aprel, AZƏRTAC
18 aprel - Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü münasibətilə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi tabeliyində fəaliyyət göstərən bütün muzeylərdə “Açıq qapı” günü keçirilib.
İdarədən AZƏRTAC-a bildirilib ki, həmin gün Bakı sakinləri və şəhərimizin qonaqları İçərişəhərdə yerləşən Qız qalası, Şirvanşahlar Sarayı Kompleksi, Sıratağlı Dini-Memarlıq Kompleksi, Tahir Salahovun ev-muzeyi, habelə “Qala” qoruğu ərazisində fəaliyyət göstərən “Qala” Arxeoloji-Etnoqrafik Muzey Kompleksi, Əntiq Əşyalar Muzeyi və “Tullantıdan sənətə” muzeyinin ekspozisiyaları ilə ödənişsiz tanış olmaq imkanını əldə ediblər.