DÜNYA
İƏT-in Baş katibi İslam dövlətlərinin liderlərini və xalqlarını Ramazan bayramı münasibətilə təbrik edib
Qahirə, 13 may, AZƏRTAC
İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Baş katibi Yusif bin Əhməd Əl-Osaymin Ramazan bayramı münasibətilə təbrik mesajı yayımlayıb.
AZƏRTAC xəbər verir ki, Allahdan müsəlmanların tutduqları orucun qəbul olunmasını diləyən Baş katib İslam dövlətlərinə sülh, sabitlik və rifah arzulayıb. O, COVID-19 pandemiyasının tezliklə yox olmasını və bütün dünyada həyatın normal axara dönməsini arzulayaraq qeyd edib: “Qoy, bu Ramazan bayramı pandemiya şəraitində keçən sonuncu bayram olsun!” Əl-Osaymin əlavə edib ki, COVID-19 əleyhinə vaksinlərin bütün insanlar üçün əlçatan olması mühüm məsələdir.
Mesajın sonunda İslam aləmində və bütün dünyada sülh, təhlükəsizlik və inkişaf naminə insanların həmrəy olmasının zəruriliyi vurğulanıb.
Oqtay Bayramov
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 22.05.2024 [20:50]
Rişi Sunak Britaniyada növbədənkənar seçkilər elan edib
- 22.05.2024 [16:24]
Avstraliyada quş qripinə ilk yoluxma halı qeydə alınıb
- 22.05.2024 [16:22]
Braziliyada “denge” qızdırmasına yoluxanların sayı 5 milyonu ötüb
- 22.05.2024 [15:56]
2024-cü ildə Antalyanı ziyarət edəcək turistlərin sayı 20 milyonu ötə bilər
- 22.05.2024 [15:47]
Tunis prezidenti İrana ilk dəfə səfər edib
- 22.05.2024 [14:10]