Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

İFLAS

Mayın 14-də respublika televiziyası ilə “İFLAS” verilişi efirə getmişdir. İctimaiyyətin marağını nəzərə alaraq həmin verilişin mətnini oxucularımıza təqdim edirik.

APARICI: 1988-ci ildən başlayaraq Azərbaycanın başına gətirilən faciələr, bu işlərdə öz çirkin əməlləri ilə fərqlənən və yadda qalan bir çox günahkar şəxslər barədə kütləvi informasiya vasitələri içərisində ilk dəfə olaraq, milli dövlət televiziyası dərin, elmi, hüquqi araşdırmalar əsasında çox cəsarətli silsilə proqramlar hazırlamışdır. Buna etiraz edənlar də olmuşdur. Onlar belə bir dəlil gətirirdilər ki, xalqımızın düçar olduğu tarixi faciələri araşdırmağa guya ehtiyac yoxdur.

Yeri gəlmişkən deyək ki, həmin adamlar indi öz təsir dairəsində olan mətbuat orqanları vasitəsilə daha çox haray-həşir qaldırmağa başlayıblar və yəqin belə düşünürlər ki, baş verənləri bəlkə də istədikləri kimi yoza bilsinlər. Biz bu adamları yaddaşsızlıqda günahlandıra bilmərik. Təbii ki, onlar bu qədər unutqan deyil, sadəcə, baş vermiş qanlı-qadalı olaylarda bilavasitə iştirakçı olduqları üçün bu naqis varianta əl atırlar. Dünənə qədər gizlənməyi, susmağı məqbul bilən bu adamlar indi yenə də nəyin bahasına olursa-olsun, siyasi səhnədə xal toplamaq üçün şərdən, böhtandan, şantajdan da bəhrələnmək istəyirlər.

Açığını deyək ki, burada bizim, sadə vətəndaşların da günahı az deyildir. Torpaqlarımızın erməni faşistləri tərəfindən işğal olunması, onların hərraca qoyulması, xalqın faciəsi üstündə siyasi karyera qazanmaq istəyənlər bu gün özlərini partiya lideri, siyasi xadim kimi təqdim edir, dəstə-dəstə cangüdənlərin müşayiəti ilə aramızda vurnuxursa, deməli, hardasa biz də günahkarıq. Əslində, xalq bu adamlardan çoxdan öz tarixi haqqını tələb etməli idi. Onlar isə cəzasızlığını duyub, demokratiyanın bugünkü imkanlarından sui-istifadə edərək su bulandırmaqla məşğuldurlar. Vaxtilə xalqın üzünə çıxa bilməyən, ona arxa çevirən bu üzdəniraqların əgər yaddaşları korşalıbsa, onlara kim olduqlarını bir daha xatırlatmaq istəyirik.

1988-ci ildə Sovet imperiyası qüvvələrinin təhriki və köməyi ilə erməni faşistləri Azərbaycan torpaqlarına göz dikdilər, onu kəndbəkənd, şəhərbəşəhər, oba-oba işğal etmək iddiasına düşdülər. Belə bir vaxtda bütün qüvvələri səfərbər edib respublikamızı bu hücumlardan qorumaq əvəzinə, o vaxtkı iqtidar tamamilə başqa yol tutdu. Kremlin diktəsi ilə oturub-duran, onun bədnam ssenarisinin fəal icraçısına çevrilən Vəzirov, Mütəllibov xalqdan çox uzaq idilər. Məhz buna görə də özünü başsız-sahibsiz hiss edən xalq ayağa qalxdı, tarixi haqqının, torpağının şərəfini qorumaq iqtidarında olduğunu bütün dünyaya bəyan etdi.

        1988-ci ilin yayında alovlanan xalq hərəkatı bir millətin azadlıq mücadiləsinin, müstəqillik arzusunun təntənəsi idi. Təəssüf ki, xalqın belə ülvi, müqəddəs hisslərindən öz çirkin məqsədləri üçün istifadə edib hakimiyyətə gəlmək istəyən qüvvələr də tapıldı. Belə qüvvələrdən birinə Ayaz Mütəllibov başçılıq edirdi. O vaxtlar baş nazir olan Ayaz Mütəllibov Əbdürrəhman Vəzirovun xalq hərəkatı qarşısında tab gətirə bilməyəciyini görür və bu prosesi sürətləndirib özü hakimiyyətə gəlmək üçün min bir yola əl atırdı. Moskvadakı havadarlarına arxayın olan Mütəllibov xalq hərəkatının içində özünə dayaq axtarır, ayrı-ayrı dəstələrin əli ilə onlara maddi yardımlar göstərirdi. İkinci tərəfdən, ictimai vəziyyətə bilavasitə təsir etmək, adamları xofda, qorxu altında saxlamaq üçün xüsusi silahlı dəstələr saxlayırdı. Məhz “Qardaşlıq” cəmiyyəti kimi qoçu dəstəsi yaratmaqla Ayaz Mütəllibov millətin qardaşlığına, birliyinə sarsıdıcı zərbə vurdu və ilk dəfə olaraq hakimiyyətə silahlı yolla gəlmək ənənəsinin əsasını qoydu.

1990-cı ilin qanlı yanvar qırğını kimin kim olduğunu, hansı məqsədə qulluq etdiyini tam çılpaqlığı ilə açıb göstərdi. Xalq tərəfindən hec vaxt dəstək ala bilməyəcəyinəəmin olan Ayaz Mütəllibov bütün ümidlərini Moskvaya, oradakı havadarlarına bağladı. Məhz onların göstərişi ilə  xalqının gözünə mil çəkmək, əzmini qırmaq, onu mənən sındırmaq üçün Moskvadan qoşun çağrılmasının təşəbbüskarı oldu. Milyonlarla həmvətəninin qanı üstündən hakimiyyətin ən yüksək kürsüsünə dırmaşmağı özünə ar bilmədi.

Bakı küçələri şəhid qanı ilə yuyulan bir vaxtda o, Moskvadakı ağalarına hesabat verib daha yaxşı icraçı olacağını bildirdi. Xalqın üzünə çıxa bilməyən, şəhidlərin dəfninə belə gəlməyən Mütəllibov bir üzü qara, bir üzü qanlı, tarixin gələcək ittihamlarından utanmadan, çəkinmədən hakimiyyətə gəldi.

ASLAN  SALMANSOY (“20 Yanvar” cəmiyyətinin üzvü): 20 Yanvar faciəsi xalqın azadlıq uğrunda, müstəqillik uğrunda, dövlətçiliyini bərpa etmək uğrunda mübarizəyə qalxması və həmin mübarizənin o vaxtkı hakimiyyətin yerlərdəki əlaltıları tərəfindən yatırdılması oldu. Bu yolda 132 nəfər şəhid oldu, 700-dən çox insan əlil oldu. İlk dəfə olaraq, xalqımızın qanı kütləvi şəkildə axıdıldı. Şübhəsiz ki, bu işdə günahkar təkcə o vaxtkı SSRİ-nin rəhbərləri yox, həm də onların buradakı əlaltıları, nökərləri idilər.

 Konkret olaraq, Moskvanın məhz Ayaz Mütəllibovun üzərində dayanması, onu Azərbaycana birinci katib təyin etməsi də səbəbsiz deyildi. Bunlar Ayaz Mütəllibovun “xidmətləri” ilə bağlı məsələlər idi. Ayaz Mütəllibovun iştirakı ilə yanvarın 20-də Bakıda törədilən cinayətlər, vəhşiliklər, faciələr xalqın inamını qırdı. Xüsusilə 20 Yanvarda şəhid olanların ailələri, əlillər bu qırğının törədilməsindəəli olan, orada iştirak edən adamların cəzalandırılmasını çox səbirsizliklə gözləyirlər. Həmin cinayətkarların, bu işdəəli olanların Azərbaycana gətirilməsi və cəzalandırılması 20 Yanvar şəhidlərinin ailələrinə, əlillərə mənəvi təsəlli olardı. 

CAHANGİR  KAZIMOV ( “20 Yanvar” cəmiyyətinin üzvü):  20 Yanvar qırğınını törədənlərdən biri də Qorbaçovun əlaltısı olan Ayaz Mütəllibov idi. Bunu tarix, xalqımız heç vaxt unutmayacaqdır. Ayaz Mütəllibovun tərcümeyi-halında bu qara ləkə həmişəlik qalacaqdır.

Tbilisi şəhərində 9 aprel faciəsi baş verdi. Orada 9-10 nəfər adam ölmüşdü, onların hamısına Milli Qəhrəman adı verildi. Amma bizim 132 şəhidimizə, mərd övladımıza Ayaz Mütəllibov ekstremist damğası vurmağa cəhd göstərdi.

FƏRRUX  FƏTULLAYEV (Şəhər sakini): 1990-cı il Azərbaycanda qanlı hadisələrlə yadda qalıbdır. Mən 20 Yanvar qırğınının şahidi olmuşam,  gecə ikən xəstəxanalara yaralı aparmışam. Bu gün Şəhidlər xiyabanını ziyarət edəndə, dünyasını dəyişmiş həmin insanların qəbrini görəndə ürəyim qanla dolur. Bu hadisələr o vaxtkı rəhbərlərin - Ayaz Mütəllibovun, Əbdürrəhman Vəzirovun günahı ucbatından baş verdi. Onlar rəhbər olsaydılar, bu hadisələr baş verə bilməzdi. O vaxt millət öz azadlığı uğrunda ayağa qalxmışdı ki, xalqımız bu gün sərbəst yaşasın. Həmin vaxt Mütəllibov kimi manqurt rəhbərlər bunu istəmirdilər.

TAHİR  FƏRƏCOV (Şəhər sakini): O zaman Azərbaycanda bir qrup satqın, alçaq, rəzil, rus imperiyasına nökər işləyən vəzifəli şəxslər öz vəzifələrini qorumaq naminə xalqımızın qəlbinəən ağır sağalmaz yara vurdular. Həmin bu yara 20 Yanvar faciəsidir. Ayaz Mütəllibov kimi bir qrup cinayətkarın Azərbaycan xalqına vurduğu ən ağır zərbənin nəticəsidir ki, Şəhidlər xiyabanında analar öz balalarına ağı deyir. Bu isə hamımızın qəlbini kövrəldir.

Mən onu deyə bilərəm ki, haqq qalib gələcəkdir. Ayaz Mütəllibov kimi adamlar, satılmış nökərlər, bu gün Moskvada, dünyanın müxtəlif yerlərində gizlənənlər unutmasınlar ki, onlar ya bizim, ya da Allahın qəzəbinə düçar olacaqlar.

KİFAYƏT  VİDADİYEVA (Həkim): Biz o günlərin şahidləriyik. Biz bu gün böyüyən körpələrə 1990-cı il hadisələrini olduğu kimi izah etməliyik. Onlara başa salmalıyıq ki, ölkəmizə başqaları tərəfindən xəyanət edilsəydi, bu xalqımızı ağrıtmazdı. Respublikamızın o vaxtkı rəhbərlərinin Azərbaycan xalqına etdiyi xəyanəti biz heç cür bağışlaya bilmərik. 

Mən Ayaz Mütəllibovun hərəkətlərini heç cür başa düşə bilmirəm. 20 Yanvar faciəsini yaratmış, xalqımızı qırğına vermiş, ölkəmizin məhvinə yönələn cinayətlər etmiş, gənclərimizin həlak olmasına, şəhidlər xiyabanının yaranmasına səbəb olmuş bir adamın özünü azərbaycanlı adlandırmağa haqqı yoxdur. Onun bu cür hərəkətlərini bağışlaya bilmirəm.  İnsan nə qədər həyasız, ikiüzlü olmalıdır ki, bu hərəkətləri törədə bilsin.

APARICI: Ayaz Mütəllibovun hakimiyyətdə olduğu illər hamının yaddaşına xaos, anarxiya, özbaşınalıq dövrü kimi həkk olunmuşdur. O dövrdə qanun ayaq altına atıldı, iqtisadiyyat dağıdıldı, erməni işğalına rəvac verən Kreml siyasəti qarşısında təslimçilik xətti davam etdirildi. Bu adamların qəlbində məmləkətin taleyinə biganəlik, laqeydlik hakim kəsilmişdi.

1991-ci ilin noyabrında Dağlıq Qarabağda - Qara kənddə Azərbaycanın say-seçmə oğullarının uçduğu hərbi vertalyot müəmmalı şəkildə vuruldu. Qanlı yanvar hadisəsinin çözülməsini düyünə salan Ayaz Mütəllibov vertolyot qəzası hadisəsinin açılmasını da eyni qaydada həll etdi və yenə də cinayətkarlar cəzasız qaldılar.

Ayaz Mütəllibov hakimiyyətinin iflası labüd idi. Çünki iki il ərzində  apardığı naşı siyasəti ilə bu iflası özü hazırlamışdı. Xalqın yaddaşında, hafizəsində bir rəhbər, siyasətçi kimi onun portret cizgiləri bunlardan ibarət idi: siyasi cəhətdən kor, Moskvanın buyruq qulu, xalqdan uzaq, ikibortlu kostyumlu qətiyyətsiz, iradəsiz bir fərd.

Ayaz Mütəllibov hakimiyyətinin hər ayı, az qala hər günü Azərbaycan üçün yeni bir faciə, fəryadla yadda qalırdı. O dövrdə Vətəni oddan-alovdan, düşdüyü ağır vəziyyətdən çıxara bilən bir xilaskar lazım idi. Belə keyfiyyətlərdən xeyli uzaq olduğunu yaxşı bilən Ayaz Mütəllibov “məndə nə günah var, işləməyə qoymurlar” kimi miskin bir bəhanəyə söykənərək özünə haqq qazandırmağa çalışırdı. Məhz əsrin Xocalı faciəsi, Xocalı müsibəti də belə miskin düşüncənin nəticəsi idi.

AFİNA  ƏLİYEVA (Ağdam rayonu icra hakimiyyətinin Quzanlı çadır şəhərciyi üzrə nümayəndəsi): Bütün camaat, xocalılar haray salmışdı ki, bizi qırırlar, öldürürlər, torpaqlar əldən gedir. Amma Ayaz Mütəllibov bundan heç bir nəticə çıxarmırdı. Fikirləşmişdi ki, bu boyda Xocalı camaatı qırılır, heç olmasa, mənim Bakıda olan bir nümayəndəm gedib Xocalıda bu hadisəni gözləri ilə görsün.

Doğrudur o zaman Xalq Cəbhəsi istəyirdi ki, hakimiyyətə gəlsin, Ayaz Mütəllibov da hakimiyyətdən getsin. Ayaz Mütəllibov da kreslosunu möhkəm qucaqlamışdı  ki, oradan çıxsa, onu otağa qoymazlar. Xocalılara çox zülm oldu. Ayaz Mütəllibovun bu gün azərbaycanlıyam deməyə haqqı və hüququ yoxdur.

HƏSRƏT  XƏLİLOVA (Xocalı sakini): Ayaz Mütəllibova və onun tərəfdarlarına nifrət edirəm. Çünki onlar camaatı qırdırdılar. Bizə heç bir kömək gəlmədi. 

MURAD  ŞÜKÜROV (Xocalı sakini): Xocalı faciəsindən sonra Şuşa işğal olundu. Ona görə ki, 1988-1992-ci illərdə Xocalını qeyrətlə qoruyan, bütün əzab-əziyyətlərə qatlaşan insanlar kimlərinsə səhlənkarlığının, cinayətkarlığının qurbanı oldular. Erməniləri ilk növbədə silahlandıran rus ordusu idi. Həmin dövrdə Azərbaycana Ayaz Mütəllibov rəhbərlik edirdi və AXC-Musavat cütlüyü isəonun yerinə gəlmək istəyirdionlardan biri hakimiyyətə gəlmək uğrunda mübarizə aparırdı, digəri isə hakimiyyətini qoruyub saxlamağaçalışırdı. Məhz bunun nəticəsindədəXocalının qurban verilməsi  onlar üçün əhəmiyyətsiz bir iş idi.

        APARICI: Azərbaycandakı xaosdan, başıpozuqluqdan, yiyəsizliklə müşayiət olunan ictimai-siyasi vəziyyətdən hiyləgərliklə yararlanan erməni faşistləri torpaqlarımızı aramsız olaraq işğal edir, həmvətənlərimizi öz doğma yurd-yuvasından didərgin salırdılar. Odlanan, viran qalan kəndlərin, qəsəbələrin, öldürülən, işgəncəyə məruz qalan, təhqir olunan soydaşlarımızın iniltisi, harayı Mütəllibov hakimiyyəti tərəfindən eşidilməz olmuşdu.

Ayaz Niyazoviç cinayətkarcasına laqeydliyi, biganəliyi ilə sanki bütün millətin başına ağıl qoymaq istəyirdi ki, Moskvadan ayrılmaq, müstəqil dövlət qurmaq iddiasında olanların aqibəti budur.  O, sanki xalqımıza sübut etmək istəyirdi ki, nə qədər, qəlbinizdəki milli qürurunuzu, dövlətçilik hisslərinizi cilovlaya bilmirsiniz ölkəmiz  bundan da betər müsibətlərə düçar olacaq.

Xalqın mübariz ruhunu qırmaq, onun gözünü qorxudub mənliyini tapdalamaq məqsədi iləəsrin Xocalı faciəsi törəndi, 700-ə qədər azərbaycanlı qətlə yetirildi, 2 mindən çox vətəndaşımız yaralandı, necə-neçə ailə, nəsil tarixdə görünməmiş façiə ilə üzləşdi. Dünyanı sarsıdan, silkələyən Xocalı fəryadı da Mütəllibov hakimiyyətinin tükünü tərpətmədi. Hətta o vaxt bu faciəni ört-basdır etməyə cəhdlər də göstərildi. Sonradan isə baş verən tarixi faciələrə görə AXC ilə bir-birini günahlandıran Ayaz Mütəllibov bir şeyi unudurdu ki, o, həmin vaxtlar ölkənin rəhbəri idi. Bütün hallara, bu tarixi cinayətə o cavab verməli idi.

1992-cü il martın 6-da,  Xocalı faciəsindən 10 gün keçəndən sonra Ali Sovetin fövqəladə sessiyası çağırıldı. Bu sessiya məmləkətimizin taleyinə Mütəllibovun biganəliyinio cümlədən, hakimiyyət uğrunda çarpışan, vuruşan qüvvələrin əsl məqsədlərini də açıb göstərdi.

 

                ALİ SOVETİN 6 MART 1992-Cİ İL TARİXLİ  FÖVQƏLADƏ SESSİYASINDAN

 

AĞDAM RAYON SAKİNİ RƏŞİD MƏMMƏDOV: Bu gün fövqəladə sessiyanın çağırılması birinci növbədə, Dağlıq Qarabağda vəziyyətin gərgin olması iləəlaqədardır. Bu məsələ ilə ciddi məşğul olmamağın nəticəsidir ki, son vaxtlar Xocalıda belə bir faciə baş verdi. 

Elə fikirləşməyin ki, Qarabağdakı hadisələr bu faciə ilə qurtarmış olacaqdır. Xeyr, bu xəmir hələ çox su aparacaqdır. Ona görə də buna çox ciddi yanaşmaq və konkret yollar göstərmək lazımdır. Yəni, bu böhran vəziyyətindən çıxmaq üçün orada hansısa tədbirlər həyata keçirmək lazımdır.

Əlbəttə, Xocalı faciəsini xalq bizə bağışlamamalıdır. Həqiqətən çox böyük günahımız vardır. Xocalının xarici əlaqəsi, demək olar ki, tamamilə kəsilmişdi. Onların yeganəəlaqə vasitəsi radiotelefon idi. Lakin əfsuslar olsun ki, heç kimin Xocalı camaatına köməyi dəymədi.

FÜZULİ RAYONUNUN SAKİNİ ASLAN MEHDİYEV: Bu qırğınlar artıq neçə illərdir davam edir. İndi bütün Azərbaycan xalqı hər şeyi yaxşı bilir. Füzuli rayonu Hadrud və Martuni rayonlarının 17 kəndi ilə həmsərhəddir. Sərhədin uzunluğu 28 kilometrdir. Bir həftə bundan əvvəl bizim bir kəndimizə, Martuninin iki kilometrliyində olan Yuxarı Veysəlli kəndinə ermənilər 8 zirehli texnika ilə hücum etmişdilər. Bu texnikanın qabağında gücümüz ona çatdı ki, az itki verməklə camaatı çıxaraq. Əgər bu gün Füzuli rayonunu raket atəşinə tuturlarsa, demək, Cəbrayıl, Zəngilan, Qubadlı da belə olacaqdır. Ermənilərin məqsədi də elə budur.

ARİF  HACIYEV: Bir çox dairələrdə belə sual verilir ki, əgər prezident istefa verərsə, respublikanın problemlərinin həllinə  təminat olacaqdır. Bu suala cavab vermək çətindir. Əlbəttə, təminat yoxdur, lakin böyük ümid var. Təkcə bir məsələyə təminat var və xalqın əksər hissəsində ümid yaranıb ki, Mütəllibov nə qədər ki Azərbaycanın rəhbəridir, Azərbaycan fəlakətə düçar olmağa məhkumdur.

Prezidentin bugünkü çıxışı, Azərbaycanın qanunvericilik orqanı olan Ali Sovetin qəbul etdiyi qərarların, qanunların, o cümlədən müstəqillik aktının açıq-aydın ziddinə getməsi, yeritdiyi siyasət, ordunu bilərəkdən yaratmaması, siyasətdə ictimai rəyi, xalqın ümumi psixologiyasını nəzərə almaması, onun bir sıra müsahibələri və sairə göstərir ki, Ayaz Mütəllibov siyasətçi kimi tamamilə iflasa uğramışdır.

Müharibə şəraitində olan ölkənin vətəndaşı rəhbərinə inanmırsa, o ölkənin müharibədən qalib çıxacağına ümid yoxdur. Mütəllibovun hakimiyyəti dövründə xalqa qarşı mənəvi-psixoloji terror əməliyyatı həyata keçirilir, xalqı öz gücsüzlüyünə, məğlub olacağına inandırmağa çalışırlar.

AYAZ  MÜTƏLLİBOV: Məni təkləmək fikrindəsiniz?! Bu nə səviyyəsizlikdir.

YAQUB MƏMMƏDOV: Xahiş edirəm, yerdən danışmayın. 

AYAZ  MÜTƏLLİBOV: Əgər bura qadın gətirmək lazımdırsa, gətirə bilərik. Ancaq milləti qırğına vermək olmaz. Abır-həya olmalıdır, ayıbdır. Belə şey olar? “Xalqa xəyanət, xalqa xəyanət”, bu sözləri çox rahat işlədirsiniz. Mən heç birinizi tənqid etmək istəmirəm. Ancaq gərək siz də mənim vəziyyətimə fikir verəsiniz. Belə olmaz. Ay qardaşlar, belə olmaz! Mən nə deyirəm? Mən deyirəm ki, siyasəti ağılla aparmaq lazımdır. Mən başqa bir şey demirəm. Hesab edirsiniz ki, mən müstəqilliyin əleyhinəyəm?! 

Ay Tofiq, nə müstəqillik. Ay qardaş, cibin boşdur, amma müstəqillikdən danışırsan. (Yerdən etiraz səsləri:)

        TAHİR KƏRİMLİ: Sizin qarşınızda insan kimi diz çöküb yalvarıram, bu gün istefa verin.

APARICI: 1992-ci il martın 6-da Ali Sovetin fövqəladə sessiyasında Ayaz Mütəllibov istefa verməyə məcbur oldu.

AYAZ MÜTƏLLİBOV: Mən belə olan halda istefa verirəm və xahiş edirəm, bunu qəbul edəsiniz. Çox ağır bir faciə baş verib. Dünən danışdığımız kimi, bizim hamımızın təqsiri var. Mənim də təqsirim var və mən bu təqsiri boynuma götürürəm. Görünür, obyektiv-subyektiv səbəblərə görəəlimdən gələn hər şeyi edə bilməmişəm,  mənim ətrafımda olan yoldaşların köməyi olmayıbdır, mən də tələbkarlıq etməmişəm.

APARICI: Bu sessiya ölkəmizdəki ictimai-siyasi vəziyyətin barometri idi. İstefa sözünü eşidər-eşitməz, sanki Xocalı faciəsi unuduldu. Artıq real hakimiyyətin aydın üfüqlərini görən cəbhəçilər hətta az qala Mütəllibovun haaqında tost deməyə də başladılar. Onun bu yaxşılığının, yəni istefasının müqabilində ona yüksək maaş, mühafizə dəstəsi və xüsusi malikanə ayrılmasını da alqışladılar. Demək istəyirdilər ki,nə istəyirsən götür, təki get, bizim hakimiyyətə dırmaşan yolumuza mane olma. 

Gözləmək olardı ki, etdiklərinin müqabilində cəzasız qalan, ancaq bununla belə xüsusi imtiyazlar verilən Ayaz Mütəllibov taleyinə şükür edəcək, öz çirkin niyyətlərindən, hakimiyyət hərisliyindən əl çəkəcəkdir. Lakin belə olmadı. Sonralar “Qardaşlıq” cəmiyyətinin sədri Ağa Axundovun etirafı bir daha göstərdi ki, ölkənin taleyini dövlət və hökumət strukturları deyil, qoçu dəstələr həll edirmiş.

AĞA AXUNDOV (“Qardaşlıq” cəmiyyətinin sədri): Mart hadisələrindən bir az keçmişdi. Evimdə telefon zəng çaldı. Mən telefonun dəstəyini götürəndə Mütəllibovun səsini eşitdim. O, məni təcili yanına çağırdı ki, bəs, qardaş, haradasan, gəl, səninlə görüşmək istəyirəm. Ona dedim ki, bəs sənin ətrafındakılar hanı, 7-8 aydır sizinlə görüşmək istəyirəm, ancaq məni qəbul etmək istəmirsiniz. İndi isə mən lazım olmuşam. O dedi ki, mənim xəbərim olmayıbdır, gəl, səni görmək istəyirəm. 

Mən şəhərə yola düşdüm. Prezident Aparatının yaxınlığında olan prezidentin evində Mütəllibovla görüşdüm. O, məni görən kimi çox doluxsundu. Dedi, haradasan, mən martın 6-da səni çox gözlədim, səhərə kimi biz hamımız gözləyirdik ki, Ağa gəlib bizi buradan xilas edəcəkdir. Mən onun sözlərinə güldüm və dedim ki, Ağa nəyə görə gəlməliydi və sizi xilas etməli idi? Axı, sizin dövlət təhlükəsizliyi kömitəniz, daxili işlər nazirliyiniz və başqa orqanlar, əlinizin altında olan qüvvələriniz, dostlarınız, mafiya var, onlar xilas edəydilər. Nəyə görə sizə gəlib mən kömək etməliydim? O dedi ki, onlar hamısı satqın çıxdılar, məni aldatdılar, Xalq Cəbhəsinə qoşuldular. Əgər siz mənim hakimiyyətə yenidən qayıtmağıma kömək etsəniz, mən bu dəfə ayrı-seçkilik, yerlipərəstlik  etməyəcəyəm, xalqı birləşdirəcəyəm vəəsl hökumət başçısı olacağam. Mən bu sözləri eşidəndə dedim ki, inanmıram. Siz o adamlardan çox qorxursunuz, onlar yenidən sizin ətrafınıza doluşacaqlar və bu işlər yenidən təkrar olunacaqdır. O isə təkidlə müqəddəs Qurana and içdi ki,  onların heç birini yaxın buraxmayacağam.

Ümumiyyətlə, o, çox acınacaqlı vəziyyətdə idi. Ürəyimin yumşaqlığından razılaşdım, dedim ki, yaxşı, mən bu dəfə sənə kömək edəcəyəm. Ancaq bir şərtlə: Qurana and içmisən, o mafiozları daha ətrafına yığmayacaqsan, doğrudan da xalqı birləşdirib, rəhbər olacaqsan. Biz razılaşdıq. Sonra ondan soruşdum ki, mən bu məsələdə, sessiyanın təşkilində nə iş görməliyəm? O dedi ki, heç bir şey, Ali Sovetin içərisində adamlarımız var, onlar iş görürlər. Danışmışam, bayırda da mitinq edəcəklər. Bizəəsas Ali Sovetin ətrafını qorumaq lazımdır ki, Xalq Cəbhəsinin silahlı dəstələri deputatlara yenidən təzyiq göstərməsinlər. Ona görə də bizim öz silahlı dəstəmiz olmalıdır ki, sessiyanı nəzarət altında saxlasın və həmin müddətdə heç bir hadisə baş verməsin.

Mən həmin bu silahlı dəstəyə başçılıq etməli idim. Mən razılaşdım. O, dedi ki, sənə zəng edəcəyəm, gələrsən, görüşüb söhbət edərik. Mən ondan ayrıldım. Bir neçə gündən sonra zəng oldu və mən prezidentin bağına getdim. Həmin bağda Mütəllibov və onun yanında rus imperiyasının sılhalı qüvvələrinin generallarından bir nəfər var idi. Həmin generalla tanış olduq, oturub söhbət etdik. Söhbət əsnasında Mütəllibov mənə tapşırıq verdi ki, Salyan kazarmasına gedərsən, general Popova tapşırıq verilib, o, sənə silah verəcək, silahları alarsan. Mən razılaşdım.

Deyilən vaxtdan bir neçə gün sonra general Popov ilə görüşdüm və ondan 700 ədəd avtomat silah və döyüş sursatı aldım, “Kamaz” maşınına yükləyib kəndə gətirdim. Maşını da öz həyətimdə gizlətdim. Deyilən vaxta kimi silahlar məndə idi. Nəhayət, sessiyanın günü təyin olundu. Sessiya gününə kimi biz meydana getmirdik. Mən arada Mütəllibovla görüşürdüm. O vaxt hər bir şeyi hazırlamışdılar, deputatlarla danışıq aparmışdılar. 

 

APARICI: Mütəllibovun diqtəsi iləsilahlı adamlar Ali Sovetin qabağında fasiləsiz olaraq  mitinq keçirdilər. İlk günlər Xocalı faciəsinin günahkarlarınin tapılmasını tələb edən mitinqçilərin əsas məqsədləri bu bəhanə ilə Ayaz Mütəllibovu yenidən hakimiyyətə gətirmək idi. Lakin bunun mümkünsüzlüyünü, xalqın Ayaz Mütəllibova nifrət etdiyini mitinqçilərin  özləri də yaxşı bilirdilər.

Belə bir şəraitdə Ayaz Mütəllibov yenidən tarixi bir cinayətəəl atdı, Moskvadakı havadarlarından aktivləşməyi tələb etdi. 1992-ci ilin aprelində Pusiyanın xarici işlər naziri  Andrey Kozerev vəmüdafiə naziri Pavel Qraçov Azərbaycana gəldilər, Yaqub Məmmədovdan hakimiyyəti Ayaz Mütəllibova, Rəhim Qazıyevə verməyi ultimativ şəkildə tələb etdilər.

Məhz imperiyapərəst qüvvələrin hiyləsi ilə alınmaz Vətən qalası Şuşa mayın 8-də xəyanətin qurbanı oldu, düşmənə təslim edildi. Bununla da Ermənistanla ölüm savaşında çarpışan Azərbaycanın tarixində ilk dəfə olaraq Mütəllibov hakimiyyətə yiyələnmək üçün torpaq alverinin ağılasığmaz xəyanətin əsasını qoydu.

NİZAMİ BƏHMƏNOV \Şuşa şəhər İcra Hakimiyyətinin başçısı\: Mayın 12-də Yaqub Məmmədovla görüşmək mənə“qismət oldu”.  O, beşinci mərtəbədəəyləşirdi. Onun köməkçisi Gürşad müəllim idi. Beşinci mərtəbədəqəbul otağında gözləyəndəGürşad mənə dedi ki,  Ayaz Mütəllibov Yaqub müəllimin yanındadır, qoy, çıxsın, sonra keçin. Onda nəinki mən, heç kəs inana bilməzdi ki, Ayaz Mütəllibov yenidən hakimiyyətə gəlmək istəyir. Artıq məlum idi ki, onun gəlişi dəhşətli hadisə ilə sona yetməlidir. 

Ali Sovetin o vaxtkı deputatlarının əksər hissəsi artıq sessiyaya hazırlaşırdılar, onun  gününü təyin etmişdilər. Sessiyanın keçiriləcəyi gün Şuşa getməmişdən məlum idi. Hamısı hazırlanmışdı. Bir Şuşanın işğal olunması, bir də Ayaz Mütəllibovun hakimiyyətə gəlməsi qalmışdı.

Mayın 12-də Ayaz Mütəllibovu Yaqub müəllimin yanından çıxanda gördüm. Ayaz Mütəllibov da sağdır, Yaqub Məmmədov da sağdır, onlardan soruşa bilərsiniz. Onlar məndən əvvəl nə söhbət ediblər mənim o söhbətdən xəbərim yoxdur. Sonra Yaqub müəllim Ayazın nəyə görə gəldiyi barədə dedi ki, o, gəlmişdi, deyir, mənim günahım yoxdur. Bu sözləri Yaqub müəllim deyibdir, soruşa bilərsiniz.

Söhbət, mənim Ayaz Mütəllibovu onun yanında görməyimdən gedir. O, Yaqub müəllimin yanından çıxanda dedim ki, Ayaz müəllim, siz də Azərbaycana rəhbərlik etmisiniz, xahiş edirəm, getməyin, biz bir yerdə söhbət etməliyik. O da razılığını verərək dedi ki, bəs mən onun yanından indi çıxmışam, prezidentin səlahiyyətlərini icra edən adamdır, siz deyin, icazə versə, bir yerdə söhbət edək. Mən də Gürşad müəllimə dedim. O vaxtlar bizim sözümüz qəbul olunurdu. Elə oldu ki, biz bir yerdə Yaqub müəllimin yanına keçdik. Orada heç bir vəzifədən, prezidentlik məsələsindən söhbət olmadı. Mən orada Şuşadakı son vəziyyət barədə - yəni hansı silahlı qüvvələr kimə tabedir, Rəhim Qazıyevə hansı qüvvələr tabedir, Xalq Cəbhəsinə hansı qüvvələr tabedir - məlumat verdim. Bunlar da bir-birini tənqid etdilər. Məni bu maraqlandırmırdı. Oradan çıxanda məni onun dediyi söz maraqlandırırdı.

Onsuz da Ayaz Mütəllibov da başqaları kimi gec-tez Azərbaycana gətiriləcəkdir. Hələ ki bəzi obyektiv səbəblərdən onu həbs edib Bakıya gətirmək  mümkün deyil. Şərait yaradın, hansı vaxt deyirsiniz mənimlə bir yerdə Moskvaya gedək, orada mən bu sualı ona verim. Deyim ki, sən mənə belə bir söz demişdin, bu sözü bu gün də de.

Mən Yaqub müəllimin qəbuluna keçmək üçün Gürşad müəllimin yanında gözləyəndə Ayaz Mütəllibov mənə dedi ki, səndən bir xahişim var, sən bir həftə Şuşa əhalisini sakit edə bilərsən? Dedim, bəli, onsuz da sakitdirlər. Dedi ki, yox, başqa heç bir şey etməsinlər. Onları müvəqqəti olaraq yerləşdirin. O, müəyyən adamlara da bu barədə tapşırıq verdi və dedi ki, mayın 15-də mənim yanıma gəl. Dedim, haraya? Dedi ki, elə buraya. Mən Prezident Aparatından çıxanda küçədə məni gözləyən üç nəfərə bu sözləri deyəndə, elə bil ki, yatmışdıq, ayıldıq. O vaxt Şuşadan çıxmış adamlar Dövlət Filarmoniyasının yanına toplaşmışdılar. Onların yanına getdim.

Mütəllibovun mənə dediyi bu sözlərinin - mayın 15-də yanıma gələrsiniz, sizə lazım olan qədər maşın, texnika verəcəyəm - sözlərinin mənasını sonra başa düşdüm. Yəni o, bu sözləri mənə ona görə deyirmiş ki, mayın 15-də hakimiyyətə qayıdacaq və sonra da guya Suşaya hücum olacaqdı.

APARICI: Millətdə ruh düşkünlüyü, bədbinlik və Moskvasız yaşamağın mümkünsüzlüyünü təlqin etməklə  Ayaz Mütəllibov əslində xalqı yenəəsarətə sürükləyirdi. Moskvanın adamı kimi, yalnız nicat yolu məndədir, demək istəyirdi.

CAHANGİR HÜSEYNOV \Ali Sovetin sabiq deputatı\: 1992-ci ilin birinci yarısında respublikamızda siyasi hadisələr çox sürətlə cərəyan edirdi. Həmin dövrdə erməni təcavüzkarları Xocalı faciəsini törətdilər. Sonra ölkəmizdə ağır vəziyyət yarandı.

Mən o vaxtlar Ağdaş Rayon Daxili İşlər Şöbəsinin rəisi işləyirdim. Tez-tez Dağlıq Qarabağ iləəlaqə saxlayırdıq. Xocalı hadisələri baş verən vaxt biz təcili Ağdama ğetdik. Həmin çətin məqamların şahidi olduq. Ağdamdan birbaşa Bakıya - Ali Sovetə gəldik. Orada bir qrup deputatla görüşdük. Məsələ qaldırdıq ki, təcili Ali Sovetin sessiyası çagrılsın. Xocalı hadisələrinə siyasi qiymət verilsin.

Bu hadisələrə qiymət verilməsi o vaxtlar qəsdən yubadılırdı. Çalışırdılar ki, vaxt keçsin Xocalı hadisələri camaatın yaddaşında qalmasın. Bir sözlə Xocalı hadisələrini unutdurmağa çalışırdılar. Lakin bu hadisələr respublikada böyük bir təlaş əmələ gətirmişdi. Martın 6-da Ali Sovetin fövqəladə sessiyasının çağırılmasına nail ola bilmişdik.

Sessiyada Xocalı soyqırımı hadisəsi müzakirə olundu. Sessiyada demək olar ki, Ali Sovetin bütün deputatları iştirak edirdilər. Hadisələrlə bağlı camaat Ali Sovetin ətrafına toplaşmışdı, Ali Sovetin çıxaracağı qərarı gözləyirdilər.

Mən həmin sessiyada bir neçə dəfə çıxış etdim. Əlbəttə, söz mənim çıxışlarımdan getmir, bütün deputatlar fəallıq göstərirdilər. Mən çıxışlarımda dedim ki, artıq respublikamızda çox faciəli hadisələr baş verir, erməni təcavüzkarları demək olar ki, azğınlaşıblar, azərbaycanlılara qarşı böyük soyqırım törədirlər. O vaxtki rəhbərlik bu hadisələrin qarşısını almaq, onunla bağlı söz demək qabiliyyətinə malik deyildi.

Əlbəttə, 6 may sessiyasında Mütəllibov istefa vermək məcburiyyətində qaldı. Onun istefası Ali Sovetdə qəbul olundu. Bundan sonra hadisələr daha sürətlə cərəyan etməyə başladı. Mayın 8-də Şuşa Erməni qəsbkarları tərəfindən zəbt edildi. Həmin vaxtda Tehranda İran-Ermənistan-Azərbaycan arasında müqavilə bağlandı. Lakin buna baxmayaraq, həmin gün Şuşa işğal olundu.

O gün Ağdama getdim, oradan Şuşa iləəlaqə saxladıq. Artıq Şuşanın süqutu fakt idi. Belə bir vəziyyətdə yenidən mayın 14-də Ali Sovetin fövqəladə sessiyasının çağırılması barədə deputatlara müraciət olundu. Biz Ali Sovetə belə bir şəraitdə toplaşdıq. Bakıya gələrkən Ali Sovetin qarşısında müxtəlif siyasi qüvvələrin nümayəndələrini gördük. Onlar Mütəllibovun hakimiyyətə qaytarılması ilə bağlı çıxışlar edirdilər.

AĞA AXUNDOV : Sessiya başlamazdan yarım saat əvvəl mən silahlı dəstə ilə meydana daxil oldum. Orada bizdən əlavə də silahlı dəstələr vardı. Bütün silahlı dəstələrə komandanlığı öz üzərimə götürdüm. Tapşırdım ki, mən komanda vermədən heç kəs güllə atmasın,sakitliyi qorusunlar, əgər başqa tərəfdən pozuculuq cəhdləri olarsa dərhal mənə xəbər versinlər.

ƏLİ HƏSƏNOV \ALİ SOVETİN SABİQ DEPUTATI\: 1988-1992-ci lləri mən iki mərhələyə bölərdim. 1988-1990-1991-ci illər əgər milli azadlıq uğrunda mübarizədövrü idisə, yəni xalq öz azadlığı, müstəqilliyi üçün mübarizə aparırdısa, çox təəssüflər olsun ki, 1990-1992-ci illərdə bu, hakimiyyət mübarizəsinə çevrildi.

 

1990-1992-ci illər də bizim tariximizdir.Şübhəsiz ki, bunlar tarixə yazılmış çox faciəli illərdir. Faciəli olsa da bu bizim tariximizdir. Onu kənara ata bilmərik. Həmin illəri daim yada salmaq lazımdır, onları gələcək nəsil bilməlidir. O ki qaldı 1992-ci ilin mart-may sessiyalarına. Bəli, mən o vaxt Ali Sovetin deputatı idim. Təəssüflər olsun ki, deputatların əksəriyyətinin səlahiyyətləri alınmışdı. Sessiyalarda iştirak etmək hüququmuz vardı, lakin səs vermək hüququmuz yox idi.

Sizə aydındır ki, mart sessiyasında ölkə prezidenti Ayaz Mütəllibov istefa verdi. Bu istefa qabağı nələr baş verdi? Ən yadda qalan hadisələr,- yəni bizim tariximizdə silinməz izlər buraxan hadisələr - Xocalıda baş verən  qırğın, soyqırımı, bunlar bizim tariximizdə qara ləkə kimi qalacaq, yada salınacaq. Təəssüflər olsun ki, bu hadisələrin günahkarları hələ də tam layiqli cəzalarını almayıblar. O cümlədən 1992-ci ilin mayında baş verən hadisələrin günahkarları da hələ tam şəkildə öz cəzalarını almayıblar. Əgər həmin adamlar öz layiqli cəzalarını alsaydılar 8-10 ildən sonra buna bənzər hadisələr, siyasi mübarizələr yenidən baş verməzdi.

Bilirsiniz ki, 1992-ci il mayın 8-də Şuşa işğal olundu. Mayın 14-də sessiya çağırıldı, buraya bütün deputatlar dəvət olunmuşdu. Heç kəsin gündəlikdən xəbəri yox idi.

APARICI: 1992-ci il mayın 14-də keçirilən Ali Sovetin fövqəladə sessiyası əslində məzhəkəçilər klubunun tamaşasını xatırladırdı. Xalqın taleyinə biğanə, hadisələrə bu qədər bəsit, dayaz münasibət bu tamaşanı seyr edən hər bir adamı heyrətləndirirdi.

ELDAR İBRAHİMOV \ALİ SOVETİN DEPUTATI\:  Xocalının işğal olunmasında Mütəllibov doğrudan da günahkardır. Adam inana bilmir ki, onun damarlarından doğrudan da azərbaycanlı qanı axır.  Azərbaycanın milli müstəqilliyi dövründə, xalqımızın o qaynar, müharibə vaxtında belə bir adam prezident ola bilərdi? Çox haqlı olaraq o vaxt müxtəlif qüvvələrin təkidi ilə o, istefa verdi. Lakin bir qədər keçməmiş, yəni mayın 14-də keçirilən fövqəladə sessiyada gördük ki, Mütəllibovu gətirib təqdim etdilər ki, guya ayın 6-da sessiya düzgün çağırılmayıb,bu prezidentdir, o, yenidən öz kürsüsündə oturmalıdır.

Onu da deyim ki, o vaxt Rusiyapərəst adamlar parlamentdə çox idi. Onlar işi təşkil etdiklərinə görə bu hadisəni həyata keçirməyə nail oldular. Bildiyiniz kimi xalqının qədrini bilməyən bir adam mayın 14-də hakimiyyətə necə gəlmişdisə 15-də də o cür getməli idi.

Mənim çox yaxşı yadımdadır ki, Xalq Cəbhəsi haqlı olaraq Mütəllibovun hakimiyyətdən uzaqlaşdırılmasına nail oldu. Mən Mütəllibovu uzun müddətdir - 1990-cı ildən, deputat olduğum dövrdən tanıyıram. O Prezident kimi, insan kimi həddindən artıq zəif bir adam idi. Nədəndir bilmirəm, kommunist partiyası ləğv olunandan sonra o, həmin partiyadan əl çəkmirdi. Yəni onun ürəyində, qəlbində, qanında Azərbaycanın müstəqilliyi deyilən məfhum yox idi.

Rus xarakterli adam olduğuna görə, - televiziyadan, radiodan, qəzetlərdən də məlumdur ki,- 1990-cı ilin yanvar faciəsindəki qırğının da səbəbkarlarından biri Mütəllibov idi. Rus xarakterli olduğuna görə də ancaq Rusiyada özünə sığınacaq tapdı. İnanıram ki, haqq-ədalət gec-tez öz yerini tapacaq, hər bir insan layıq olduğu cəzasını alacaqdır. Yaxşı olar ki, günahı olanlar kişi kimi gəlsin dursun ədalət məhkəməsinin qarşısında cavab versin. Bu, əsl kişilik olar, nəinki qaçıb haradasa gizlənmək.

1992-ci ilin 6 mart, 14 may, 15 may hadisələri mənim yadımda bu cür qalıb. Bilirsiz ki, o vaxt Xalq Cəbhəsi hakimiyyətə ğəlmişdi. 1992-ci il mayın 18-də İsa Qəmbərin seçkisi oldu. Mən sizə deyim ki, bunların hamısı əvvəlcədən hazırlanmış bir oyun, ssenari idi. O vaxtlar mən də daxil olmaqla bəzi deputatlar bu məsələlərdən kənarda idik. Desəm ki, bunlar bir mafiya idi, bəlkə də yanılmaram. Yəni qruplaşmalar var idi. Kimlərsə kimin arxasında, kimlərsə kimin yanında idi. Görürsünüz ki, həyat elə gətirdi ki, Heydər Əliyevə qarşı çıxanlar, gedib günlərlə onun qapısı ağzında yatdılar, yalvardılar, ayağına düşüb Bakıya gətirdilər. Azərbaycandakı bu günki sabitlik də, əmin-əmanlıq da Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışından sonra yarandı.

CAHANGİR HÜSEYNOV: Mən bir hüquqşünas kimi o dövrlərdə göstərdim ki, əgər respublikanın prezidenti xalq tərəfindən seçilirsə, o, Ali Sovetdə deputatlar qarşısında istefa verirsə, belə bir protokol qəbul olunursa, Ali Sovet vasitəsilə onun yenidən hakimiyyətə qayıtması mexanizmi beynəlxalq hüquq təcrübəsində yoxdur. Lakin buna baxmayaraq, mayın 14-də Ali Sovetin fövqəladə sessiyası çağırıldı. Biz deputatlardan da məcburi surətdə orada iştirak etmək tələb olundu.

Həmin sessiya açıldı. Xocalı soyqırımı komissiyasının sədri Ramiz Fətəliyev çıxış etdi və ondan sonra belə bir məsələ qoyuldu ki, Ayaz Mütəllibovun istefası məsələsi düzgün olmayıb, həmin məsələyə yenidən baxılmalıdır. O, hakimiyyətə qaytarılmalıdır.

Əlbəttə, həmin sessiyada bu barədə çıxışlar olmadı, adbaad səsvermə keçirilmədi. Ümumi səsvermə təyin etdilər. Qəbul olundu ki, Mütəllibov hakimiyyətə qayıtsın.

Bayaq dediyim kimi nə beynəlxalq qanunvericilikdə, nə də dünya təcrübəsində belə bir mexanızm yoxdur. Buna baxmayaraq bizim sessiyamızda dünyada analoqu olmayan bir proses baş verdi. Ali Sovetdə başqa məsələyə baxılmadı. Mütəllibov çıxış etdi. Bunu yəqin ki, televiziya tamaşaçıları, Azərbaycan xalqı gördü.

Həmin gün rayona qayıtdıq. Mən başa düşdüm ki, artıq respublikada ictimai-siyasi, kriminogen vəziyyət ağır olacaq. Elə biz rayona çatanda eşitdik ki, Bakıda gərgin hadisələr cərəyan edir. 

ƏLİ HƏSƏNOV: Sessiya günü belə bir qeyri-normal, qeyri-konstitusion hadisə baş verdi. Biz parlament ölkəsi deyilik. Bizdə ölkə prezident üsuli-idarəsi ilə idarə olunur. Prezidenti xalq seçki yolu ilə seçə bilər. Ona görə də sessiyada qeyri-konstitusion qərar qəbul edildi. Ayaz Mütəllibov yenidən hakimiyyətə gəldi. Onun hakimiyyəti heç bir gün də davam etmədi.

Yəni sonrakı gün bir qrup insan, silahlı dəstə hakimiyyəti ələ keçirdi və Mütəllibov hakimiyyəti yenidən devrildi. Bundan çox qısa müddət sonra, yəni mayın 18-də Laçınin işğal olunması iləAzərbaycanda ikinci böyük hadisə baş verdi.

8-10 ildir 1 miyon köçkünümüz Azərbaycanın bölğələrinə səpələnib çox dözülməz şəraitdə yaşayır, əziyyət çəkir. Şuşanın, Laçının işğalı, bunlardan qabaq Xocalı hadisəsi, yəni bütün bunların bünövrəsi məhz o dövrdə qoyulmuşdur.

ARİF  RƏHİMZADƏ (Ali Sovetin deputatı): Sessiya başlayanda gündəliyə iki məsələ çıxarıldı. Birincisi, respublikada ictimai-siyasi durum, ikincisi, Xocalı faciəsini tədqiq edən komissiyanın hesabatı haqqında. Təklif etdilər ki, birinci Xocalı faciəsini müzakirə edək. Sonra dedilər, madam ki, Xocalı məsələsində Ayaz Mütəllibovun da adı çəkilir, gəlin, onu da zala dəvət edək. O, zala dəvət olundu. Ramiz Fətəliyevə söz verildi. O, Xocalı məsələsi ilə bağlı komissiyanın sədri idi. Ancaq hiss olunurdu ki, Ramiz Fətəliyev çox çətinliklə, özünü boğa-boğa danışır. Onun danışığı bundan ibarət oldu ki, komissiya öz fəaliyyətini hələ tamamlamayıbdır, qəti bir fikir deyə bilmərik. Onun sözündən belə çıxdı ki, gərək biz bu gün deyək ki, bu məsələdə Ayaz Mütəllibovun təqsiri olub, ya olmayıbdır. O dedi ki,  Ayaz Mütəllibovun bu məsələdə təqsiri olmayıbdır. Düzdür, müəyyən səhlənkarlıq olubdur, kadr məsələsində böyük səhvlərə yol verilibdir, məsələləri vaxtında həll etməyib və sairə. Ancaq onun cinayət təqsiri olmayıbdır. Bunu Mütəllibov da təsdiq edir.

Ondan sonra məsələ qoyuldu ki, vəziyyət belədir, millət batır, millət ölür. Yaqub Məmmədovu təriflədilər ki, çox böyük işlər görübdür, ancaq təkdir, bu işin öhdəsindən gələ bilməz. O, həm Ali Sovetin sədri, həm də prezidentin səlahiyyətlərini icra edən adam üçün çətindir. Odur ki, səhv etmişik, təzyiq altında belə qərar qəbul etmişik. Gərək, biz qərarımızı geri götürək və Ayaz Mütəllibovu yenidən prezident seçək.

Respublika prokurorunun müavini Cəfər Quliyev var idi. Həm hüquqşünasların, həm də cənub bölgəsindən olan deputatların adından çıxış etdi. Çalışdı izah etsin ki, Ayaz Mütəllibov yaxşı işçi olubdur, düzdür, səhvləri də olubdur. Onun fəaliyyətində cinayət xarakterli bir şey olmayıbdır. Ancaq Ayaz Mütəllibov prezidentliyəən yaxşı namizəddir, gərək, səhvimizi düzəldək, qərarımıza yenidən baxaq. Biz camaatın üzünə çıxa bilmirik. Bizi məzəmmət edirlər ki, siz nə edirsiniz, orada danışırsınız, amma xalqın qayğısına qalmırsınız.

Bir neçə belə çıxışlar da oldu. Nəhayət, Ayaz Mütəllibov kürsüyə dəvət olundu. Sonra da çıxış etdi, öz işi haqqında dedi və özünü qəti adam kimi göstərmək istədi, yumruğunu da göstərdi. Demək olar ki, bu məsələ bununla da qurtardı. Sonra Yaqub Məmmədov dedi ki, məsələlərin hamısı həll olunubdur. İkinci məsələ barədə uzun-uzadı danışmağa heç ehtiyac yoxdur, hamımız bu işin içindəyik və bununla da kifayətlənmək olar.

Ayaz Mütəllibov müəyyən bir məktəb keçmişdi, müəyyən səviyyələrdə işləmişdi. Nəhayət, dərk etməli idi ki, bu işin öhdəsindən gələ bilməz. Kənardan baxanda Ayaz Mütəllibov zahirən danışmağı da bilir, gedişi də bilir.

Ancaq bilirsiniz, rəhbər işdə olmaqdan ötrü, özü də bu səviyyəli işdə çalışmaq üçün bir çox xüsusiyyətlər var, hansı ki, bunlar Ayaz Mütəllibovda yoxdur. Mən elə başa düşürəm ki, Ayaz Mütəllibov 6 mart hadisələrində də, ondan əvvəl də, torpaqlarımız işğal olanda da, Xocalı hadisələrində də başa düşmüşdü ki, o, bu respublikaya rəhbərlik edə bilən, bu işi bacaran şəxs deyil.

Mən bir misal çəkmək istəyirəm. Tutaq ki, o, bir yerdə bir saat çıxış etsə, gərək iki gün istirahət etsin ki, sonra özünə gəlsin. Yəni bu, onun orqanizminin xüsusiyyətidir. Hələ mən başqa məsələləri demirəm. Onun fiziki imkanı da yox idi ki, bu vəzifəni icra etsin.

APARICI: Xalqin iradəsinin tam əksinə olaraq, Ali Sovetin növbədənkənar fövqəladə sessiyasında min bir hiylə, fitnə-fəsadla Mütəllibov yenidən hakimiyyətə gətirildi.

AYAZ  MÜTƏLLİBOV: İctimai qurumların, partiyaların, cərəyanların fəaliyyətlərini mütləq dayandırmalıyıq. Siyasi oyunlar nəticəsində xalqımızın başına fəlakətlər gəlibdir. Heç kim də günahını boynuna götürmür, heç kim buna cavab vermir. Biz burada demokratiyaya aid olan bütün məsələləri dərhal həll etməliyik. Biz qanunların hökm sürdüyü demokratik həyat qurmalıyıq. Mən diktatura demək istəmirəm. Ancaq lazım olsa, biz buna da getməliyik. Əfsuslar olsun ki, mən dəfələrlə belə çıxış etmişəm, ancaq buna əməl etməmişəm.

APARICI: Fikir verin, özünün dediyi kimi, iki ay özü-özü ilə danışan, başı daşdan-daşa dəyən Ayaz Niyazoviç yenə nə qədər dayaz və primitivdir. Bir neçə dəqiqəlik çıxışında özü-özünü təhqir edib, gah yalvaran, gah qışqıran, gah hədə-qorxu gələn, gah da özünü müdrik göstərmək istəyən Ayaz Mütəllibovun məlum oldu ki, xalqa deyəsi sözü çoxdan qurtarıb. Bircə onu dedi ki, sabah MDB-nin Daşkənddəki yığıncağına getməlidir. Lakin o, bilmirdi ki, Azərbaycanı daha yad əllərin dirijorluğu ilə idarə etmək mümkün deyil. Bu duyumdan uzaq olan Ayaz Mütəllibov hakimiyyəti bircə gündəəldə saxlaya bilmədi. Gəlişi kimi, gedişi də qanlı-davalı hadisələrlə yadda qaldı.

Cəmi iki gündən sonra Laçın rayonu erməni işğalçılarının caynağına keçdi. Ermənilər arzusunda olduqları xülyanı reallaşdıra bildilər. Dağlıq Qarabağ ilə Ermənistan arasında dəhliz açıldı, gələcək işğalların əsası qoyuldu. Mütəllibov Xalq Cəbhəsi qarşıdurması, hakimiyyət davası torpaqlarımızın itirilməsinə, ölkəmizi ağır məğlubiyyətə düçar etdi.

Əslində silahlı dəstə olan qüvvələr bu gücdən ancaq hakimiyyətə yiyələnmək üçün yararlanmaq istəyirdilər. Vətənin müdafiəsi isə unudulmuşdu. Elə o vaxtdan xalqın qəzəbindən, nifrətindən qaçıb Moskvada öz havadarlarının qoltuğunda məskunlaşan Ayaz Mütəllibov cınqırını çıxarmırdı. 

Etdiyi cinayətlər müqabilində cəzasız qaldığını görən Ayaz Mütəllibov bu gün yenə də su bulandırmaqdan çəkinmir. Heç şübhəsiz, həmişə şəxsi düşüncədən, mövqedən uzaq Ayaz Mütəllibov yeni ağalarının buyruğu ilə dingildəyir. Gah məlum hadisələrdə günahsızlığını sübut etmək istəyir, gah xeyriyyəçi kimi məscid tikdirir, gah da üzdəniraq yeni bir partiya yaradır, xarici ölkələrin xüsusi kəşfiyyat orqanlarının vasitəsilə təxribatlar yaratmağa çalışır.

O, Azərbaycanda sosial bazasını tamam itirdiyini yaxşı bildiyindən məhz həmin xarici təşkilatların köməyi ilə ayrı-ayrı qüvvələrlə siyasi işbirliyi qurmaq istəyir. Amma onu bilmir ki, özünü ciddi siyasi qüvvə hesab edən nəinki bir təşkilat, hətta ağlı başında olan adamlar da Mütəllibova əl uzatmaz. Çünki xalqımız Mütəllibovun xarakterinə, onun əməllərinə yaxşı bələddir. Lakin bir vaxtlar Ayaz Mütəllibovun hər addımını, hər sözünü dövlətçiliyimizə xəyanət kimi qiymətləndirən AXC-Müsavat cütlüyü, nə qədər qəribə olsa da, bu gün başqa hava çalır. Həmişə Ayaz Mütəllibova müstəqilliyimizin, suverenliyimizin düşməni, Rusiyadakı imperiyapərəst qüvvələrin buyruq qulu kimi baxan İsa Qəmbər bu gün heç nə olmayıbmış kimi onunla siyasi işbirliyi qurmaq üçün dəridən-qabıqdan çıxır. Dünən düşmən saydığı Ayaz Mütəllibovla indi canbir qəlbdə olmaq istəməsi onu göstərir ki, İsa Qəmbər üçün dövlətçiliyimiz, müstəqilliyimiz yox, hakimiyyəti ələ keçirmək önəmlidir. Onların düşmənçiliyini bu gün saxta dostluğa çevirən də hakimiyyəti qamarlamaq ehtirasıdır. Bütün bunları biz demirik, onların hərəkətlərindən doğan məntiq budur.

Torpaqlarımızın 20 faizindən çoxunun erməni quldurları tərəfindən işğal edilməsi, bir milyon soydaşımızın doğma yurd-yuvasından didərgin salınması, hələ də yaraları göynəyən vətənimizin on ildən artıq yaşadığı faciələr, müsibətlər nəticəsində Ayaz Mütəllibovun üzərinə bağışlanılmaz tarixi iddihamlar düşür. O, bu iddihamlardan  heç vaxt yaxa qurtara bilməz.   

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Muxtar Babayev: 2026-cı ildə Azərbaycanda keçiriləcək Ümumdünya Ətraf Mühit Günü qlobal miqyasda ən vacib tədbirlərdən biri olacaq

Sertifikatlaşdırma 2024: peşəkar müəllim - keyfiyyətli təhsil

Naxçıvanda yollarda yaranan problemlər aradan qaldırılır

İnger Andersen: UNEP olaraq Azərbaycanı COP29 “səyahəti”ndə dəstəkləməkdən şərəf duyuruq

Avropa çempionatı: Azərbaycan cüdoçusu qızıl medal qazanıb

Əlahiddə Ümumqoşun Orduda vətənpərvərlik mövzusunda silsilə tədbirlər keçirilib

“Baku ID” innovasiya festivalının birinci günü yekunlaşıb

Kosmik innovasiya: biznes strategiyalarının cəmiyyətin tələbləri ilə uyğunlaşdırılması, təxirəsalınmaz çağırışlar

Saməddin Əsədov: Hazırda Azərbaycan bir peyki vasitəsilə iqlim dəyişikliklərini izləyir

Xalq artisti Roza Cəlilovanın yubileyi qeyd olunub

Nazir: COP29 Məlumat Mərkəzində ziyarətçilər Azərbaycanın təbiəti və ictimai həyatı haqqında da informasiya əldə edə biləcəklər

Lahıc-Dəmirçi-Şamaxı yolunda sürüşmə baş verib

TDT ölkələri arasında yük daşımaları sadələşdiriləcək

A.Mirzoyan: Ermənistan sülh müqaviləsini tam şəkildə yekunlaşdırmağa və bir ay ərzində imzalamağa hazırdır

Bakı Dövlət Universiteti “Məzun günü” keçirib

Avropa çempionatı: Azərbaycanın qadın güləşçisi finala vəsiqə qazanıb

COP29 Məlumat Mərkəzi ziyarətçilərin istifadəsinə verilib

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə strateji sahələrdə əməkdaşlığın genişləndirilməsi məsələlərini müzakirə edib

UNEP-in icraçı direktoru Azərbaycanda “yaşıl” iqtisadiyyata keçidlə bağlı görülən işlər haqqında məlumatlandırılıb

Sahibkarlar Xankəndi şəhərinin iqtisadi potensialı ilə tanış olublar

UNEP ilə Azərbaycan arasında COP29 çərçivəsində əməkdaşlıq məsələləri müzakirə edilib

Azərbaycanın FIFA referisi UEFA-dan təyinat alıb

Macarıstan Ursula Fon der Lyayenin yenidən seçilməsini dəstəkləməyəcək

Mərkəzi Seçki Komissiyasının iclası keçirilib YENİLƏNİB VİDEO

Pedaqoji Universitetdə “#CodeForFuture” layihəsinin bağlanışı və mükafatlandırma mərasimi keçirilib

İsmayıllı-Lahıc avtomobil yolu yenidən bağlanıb - YENİLƏNİB - 3 VİDEO

Mərkəzi icra hakimiyyəti orqanlarının və digər idarəetmə qurumlarının rəhbərləri tərəfindən 2024-cü ilin iyul ayında şəhər və rayonlarda keçiriləcək vətəndaşların qəbulu CƏDVƏLİ

Nazir: Dərs saatlarının bölgüsündə sertifikatlaşdırma balı nəzərə alınacaq

Azərbaycan-Ukrayna münasibətlərinin mövcud vəziyyəti ilə bağlı fikir mübadiləsi aparılıb

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİ ADMİNİSTRASİYASININ VƏTƏNDAŞ QƏBULU MƏRKƏZİNDƏ 2024-cü ilin iyul ayında vətəndaşların qəbulu CƏDVƏLİ

“AmCham Azərbaycan”ın Direktorlar Şurası yenidən formalaşdırılıb

MEK ilə Özbəkistanın Ürgənc Dövlət Universiteti arasında memorandum imzalanıb

İnstitutda Azərbaycan xalq yaradıcılığının təşəkkülü, inkişaf qanunauyğunluqları istiqamətində tədqiqat aparılır

Bəzi seçki dairələrinin hüdudlarında və adında dəyişikliklər olunub

Avropa çempionatında 1/8 final mərhələsinin təqvimi

TƏBİB-in rəhbəri əlavə ödənişlərin tələb olunmasına görə tibb işçilərinə xəbərdarlıq edib

Maksim Rıjenkov Belarus Respublikasının xarici işlər naziri təyin edilib

Azərbaycan ilə AİB arasında tərəfdaşlığın 25 illiyi qeyd olunur

“Azərkosmos”un rəhbəri kosmik sahədə fəaliyyət göstərən azərbaycanlı gənc startapları əməkdaşlığa dəvət edib

Mərkəzi Elmi Kitabxananın əməkdaşları şəhid Həmidağa Hüseynzadənin ailəsini ziyarət ediblər

Rusiya Xəzər flotiliyasının gəmiləri Bakıya dostluq səfərinə gəliblər

Alper Gezeravcı: Kosmik sahədə təxirəsalınmaz çağırışlara hazır olmaq qarşımızda duran əsas vəzifələrdəndir

ÜST nümayəndəsi uşaqlıq boynu xərçəngi və Azərbaycanda onunla mübarizə tədbirlərini müzakirə edib

Britaniyada avtomobil istehsalı ötən ay 11,9 faiz azalıb

ACCA imtahanları artıq UNEC-də

Şəhid Ucar Zeynalovun nəşinin qalıqları Göygöldə torpağa tapşırılıb

Serbiya Futbol İttifaqının vitse-prezidenti və baş katibi istefaya göndərilib

DOST Agentliyi Avropa Sosial Konfransında təmsil olunur

Azərbaycanda zoonoz xəstəliklərlə bağlı beynəlxalq tədbir keçiriləcək

Azərbaycan və Liviya beynəlxalq təşkilatlarda qarşılıqlı dəstək nümayiş etdirirlər

Aşqabadda Türkiyə və Türkmənistan arasında müdafiə sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub

BANM tələbələri Polşada keçirilən sammitdə iştirak ediblər

Konstitusiya Məhkəməsinin Plenumu Milli Məclisin buraxılmasının Konstitusiyaya uyğunluğuna dair Prezidentin sorğusuna baxıb YENİLƏNİB - 3 VİDEO

Azərbaycan ilə Gürcüstan arasında parlamentlərarası münasibətlərin inkişaf perspektivləri müzakirə olunub YENİLƏNİB

Özbəkistanda elektrik enerjisinin istehsalı kəskin şəkildə azalıb

Hamburq Universitetində Azərbaycanın qədim nəfəs alətləri haqqında mühazirə dinləniləcək

AZƏRBAYCAN RESPUBLİKASI ADINDAN
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun QƏRARI

ABŞ nəşri “Bakı ID” festivalından yazıb

Abituriyentlərlə Qarabağ Universiteti ilə bağlı görüş keçirilib

Akademik Məmməd Arif Dadaşzadənin 120 illiyinə həsr olunmuş elmi sessiya keçirilib

Milli Məclisin Elm və təhsil komitəsinin yaz sessiyasında gördüyü işlər qənaətbəxş hesab olunub

“Real Madrid”dən ayrılan futbolçu Səudiyyə Ərəbistanı klubuna keçib

SOCAR 2023-cü ili qənaətbəxş nəticələrlə başa vurub

Ceyhun Bayramov: Yaxın gələcəkdə sülh sazişi ilə bağlı müsbət xəbərlər eşidəcəyik

Misirdə tapılan yunan-Roma məzarları qədim dövrün xəstəlikləri barədə yeni məlumatlar verib

Şəki gəncləri Şuşanın azadlığı uğrunda: miflər və həqiqətlər - tədbir

Güləş üzrə Ukrayna millisinin azərbaycanlı məşqçisinə Bakıda xüsusi mükafat verilib

“Ednews”: Şuşada Azərbaycan Silahlı Qüvvələr Günü qeyd olunub

Tokayev: Qazaxıstanda AES-in tikintisi üzrə referendum payızda keçiriləcək

Qazaxıstan və Çin 629 milyon dollarlıq sazişlər paketi imzalayıb

4SİM və SABAH.HUB ölkədə startap ekosisteminin inkişafına birgə dəstək göstərəcəklər

Azərbaycan alimi İtaliyada keçirilən beynəlxalq konfransda çıxış edib

Çin şirkətləri ilə enerji saxlanc sistemlərinin tətbiqi sahəsində əməkdaşlıq müzakirə edilib

Dövlət qulluğunda inzibati rəhbər vəzifələr üzrə müsabiqənin test imtahanına qeydiyyat elan edilib

Xalq artisti Mərahim Fərzəlibəyovun 75 illiyinə həsr olunmuş yubiley gecəsi keçirilib

Nazir: İkili ixtisası olan müəllimlər hər iki fəndən sertifikasiyaya cəlb olunacaqlar

Araz çayında suyun səviyyəsi artıb VİDEO

Emin Əmrullayev: Məktəb direktoru və müavinləri də sertifikatlaşdırma prosesindən keçməlidirlər

İslamabad abadlıq üzrə Bakının təcrübəsindən faydalanacaq

UEFA Regionlar Kuboku: Azərbaycan çempionunun oyunlarını idarə edəcək hakimlər açıqlanıb

Azərbaycan ilə Gürcüstan arasında ikitərəfli münasibətlərin inkişaf perspektivləri müzakirə olunub YENİLƏNİB

Prezident İlham Əliyev BMT-nin Baş katibinin müavini və Ətraf Mühit Proqramının icraçı direktorunu qəbul edib YENİLƏNİB VİDEO

Nazir Rəşad Nəbiyev Ağsuda vətəndaşlarla görüşəcək

“Sənət sevgi ilə işlənən zaman daha gözəl olur” FOTO VİDEO

Özbəkistanda II Beynəlxalq Maqom Sənəti Forumu keçirilir

Nazir: Sertifikasiyada yüksək nəticə göstərən müəllimlərin orta aylıq əməkhaqqının 1295 manata çatması ehtimal olunur

Bakıda “Kənddən Şəhərə” həftəsonu yarmarkası təşkil olunacaq

® “Unibank” Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə bağlı silsilə tədbirlərə dəstək olub

Hərbi ekspert: Ukraynada cəbhədə vəziyyət çox ağırdır

MİQ-dən keçənlərin orta sertifikatlaşdırma balı 52, MİQ-də iştirak etməyənlərin orta balı isə 43 olub

Emin Əmrullayev: Xarici dil müəllimlərinin 21 faizi sertifikasiya imtahanında keçid balını toplaya bilməyib

Nazir müəllimlərin sertifikatlaşdırılması nəticəsində yaranmış vakant saatların bölünməsi məsələsinə aydınlıq gətirib

Astanada ŞƏT sammitində dünya liderləri iştirak edəcəklər

Sertifikasiya imtahanında orta balı yüksək olan müəllimlərin olduğu rayon və şəhərlərin adları açıqlanıb - RƏSMİ

İngiltərə millisinin üzvü oyun zamanı komanda yoldaşını təhqir edib

Ceyhun Bayramov: Azərbaycan-Gürcüstan münasibətlərinin inkişafında dövlət və hökumət başçıları mühüm rol oynayır

Nazir: İbtidai sinif müəllimlərinin 20 faizi sertifikasiya imtahanında 51 bal və daha yüksək nəticə göstərib

Aslan Kərimov: Gürcüstan millisinin bu cür oyunla qrupdan çıxmağı gözlənilməz oldu

Emin Əmrullayev: İbtidai sinif müəllimlərinin 86 faizi sertifikasiya imtahanında uğurlu nəticə göstərib

Danimarka “iqlim meteorizmi”nə vergi tətbiq edən ilk ölkə ola bilər