İQTİSADİYYAT
İFS VƏ AYİB BAKI-TBİLİSİ-CEYHANIN TİKİNTİSİNƏ KREDİTLƏR AYIRACAQ
Beynəlxalq Maliyyə Korporasiyası (İFS) oktyabrın sonunda Bakı-Tbilisi-Ceyhan neft kəmərinin tikintisinə 100-150 milyon dollar kredit ayırmaq barədə qərar qəbul edəcəkdir. Sentyabrın 4-də keçirilmiş brifinqdə korporasiyanın Bakı-Tbilisi-Ceyhan layihəsi üzrə qrupunun rəhbəri Şahbaz Məvəddad bu barədə məlumat vermişdir.
Onun dediyinə görə, neft kəmərinin tikintisinə kredit ayrılması barədə qərar oktyabrın 14-dən sonra, layihənin ekoloji və sosial cəhətləri üzrə ictimai dinləmələrə ayrılmış 120 günlük müddət başa çatdıqdan və Direktorlar Şurası İFS-ə hesabat təqdim etdikdən sonra qəbul olunacaqdır.
İFS-in və Avropa Yenidənqurma və İnkişaf Bankının nümayəndələri bildirmişlər ki, beynəlxalq maliyyə qurumları Bakı-Tbilisi-Ceyhan layihəsinə, ümumən 400-600 milyon dollar ayıracaqlar: onun bir hissəsini öz vəsaitlərindən, digər hissəsini isə sindikatlaşdırılmış kredit cəlb edilməsi hesabına verəcəklər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 02.07.2024 [15:33]
Bakı Metrosunda QR bilet istifadəçilərinin sayı 1 milyonu ötüb
- 02.07.2024 [15:17]
Paytaxtın Azadlıq prospektində təmir işləri aparılır VİDEO
- 02.07.2024 [15:07]
Tverdə Azərbaycan məhsullarının təqdimatı keçirilib
- 02.07.2024 [15:02]
Gömrük nəzarətindən gizlədilən məhsullar aşkarlanıb
- 02.07.2024 [14:46]
® ABB “AKA Bank”la müqavilə imzalayıb
- 02.07.2024 [14:33]