İDMAN
“İhlas” xəbər agentliyi: “Dünyanın gözü Azərbaycandadır”
![“İhlas” xəbər agentliyi: “Dünyanın gözü Azərbaycandadır”](/files/2015/2/1200x630/14339550731123637079_1200x630.jpg)
Bakı, 10 iyun, AZƏRTAC
Türkiyənin “İhlas” xəbər agentliyi “Bakı-2015” ilk Avropa Oyunları ilə bağlı məqalə yayıb.
AZƏRTAC xəbər verir ki, “Dünyanın gözü Azərbaycandadır” sərlövhəli məqalədə dörd ildən bir keçiriləcək bu böyük idman tədbirinin birincisinə Bakının ev sahibliyi edəcəyi qeyd olunur. “Dünya idman ictimaiyyətinin həyəcanla gözlədiyi birinci Avropa Oyunlarının başlamasına sayılı günlər qalıb. Oyunlara bir milyondan artıq tamaşaçının gələcəyi gözlənilir”, - deyə məqalədə vurğulanır.
Məqalədə Türkiyənin gənclər və idman naziri Akif Çağatay Kılıça istinadən birinci Avropa Oyunlarının əhəmiyyətli tədbir olduğu qeyd edilir. Müəllif Oyunların keçiriləcəyi məkanlar, idmançıların qalacağı Atletlər Kəndi haqqında da məlumat verir.