İLİN BİRİNCİ RÜBÜNDƏ 8,2 MİLYARD MANATLIQ ÜMUMİ DAXİLİ MƏHSUL İSTEHSAL EDİLMİŞDİR
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirmişlər ki, 2008-ci ilin birinci rübündə ölkədə 8,2 milyard manatlıq ümumi daxili məhsul (ÜDM) istehsal edilmişdir. Onun həcmi ötən ilin eyni dövrünə nisbətən 13,8 faiz və ya 727,4 manat artmışdır.
İstehsal sahələrinin ümumi daxili məhsulda xüsusi çəkisi 73,4 faizədək yüksəlmiş, xidmət sahələrinin payı isə müvafiq olaraq 25,1 faizdən 19,3 faizə enmişdir. Məhsula və idxala xalis vergilər ÜDM-nin 7,3 faizini təşkil etmişdir.
ÜDM-in 66,4 faizi sənaye, 1,3 faizi kənd təsərrüfatı, ovçuluq və meşə təsərrüfatı, 5,7 faizi tikinti, 3,8 faizi nəqliyyat, 1,9 faizi poçt və rabitə, 6 faizi topdan və pərakəndə ticarət, avtomobillərin, məişət məmulatlarının və şəxsi istifadə əşyalarının təmiri, 0,7 faizi mehmanxana və restoran xidmətləri, 6,9 faizi sosial və digər xidmət sahələrində fəaliyyət göstərən iqtisadi vahidlər tərəfindən yaradılmış əlavə dəyərin payına düşmüşdür.
Yanvar-mart aylarında ÜDM-in əhalinin hər nəfərinə düşən həcmi 12,5 faiz artaraq 963,4 manat (1142,7 dollar) təşkil etmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.06.2026 [11:52]
Dəmir zavodu layihəsinin əsas mərhələlərindən biri uğurla tamamlanıb VİDEO
- 05.06.2026 [11:50]
® ABB-dən kiçik sahibkarlara böyük imkanlar yaradan biznes kartı
- 05.06.2026 [11:48]
Mayda enerji qiymətləri indeksi 5,4 faiz azalıb - HESABAT
- 05.06.2026 [11:41]