ELM VƏ TƏHSİL
İnformatika fənni üzrə 2014/2015-ci tədris ili üçün magistratura pilləsinə qəbul imtahanı proqramının layihəsi müzakirə ediləcəkdir
Bakı, 23 oktyabr (AZƏRTAC). İnformatika üzrə elmi-metodik seminarın iclası keçirilmişdir.
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından AZƏRTAC-a bildirmişlər ki, müxtəlif ali təhsil müəssisələrini təmsil edən nümayəndələrin iştirak etdikləri iclasda 2014/2015-ci tədris ili üçün informatika fənni üzrə seminarın iş planı müzakirə edilərək qəbul olunmuşdur.
Növbəti seminarda informatika fənni üzrə 2014/2015-ci tədris ili üçün magistratura pilləsinə qəbul imtahanı proqramının layihəsi müzakirə ediləcəkdir.