İNSANLARA DİQQƏT VƏ QAYĞI AZƏRBAYCANIN DÖVLƏT SİYASƏTİNİN ANA XƏTTİDİR
AZƏRTAC-ın müxbiri xəbər verir ki, Prezident İlham Əliyevdən sitat gətirilərək söylənən bu fikir aprelin 30-da Kürdəmirdə əhalinin sosial müdafiəsi mərkəzi üçün ayrılmış binanın açılış mərasimində səslənmişdir.
Rayon ictimaiyyəti nümayəndələrinin, ağsaqqalların və qonaqların iştirak etdikləri tədbirdə Kürdəmir Rayon İcra Hakimiyyəti başçısının sosial-iqtisadi məsələlər üzrə müavini Arzu Şahbazov və digər çıxış edənlər son illər rayonda tikinti-quruculuq işlərinin geniş vüsət aldığını, müxtəlif təyinatlı yeni inzibati binaların istifadəyə verildiyini, əhaliyə göstərilən xidmətlərin müasir tələblərə uyğun təşkil olunduğunu bildirmiş və butün bunlara görə ölkəmizdə sürətli sosial-iqtisadi inkişafın təşkilatçısı olan Prezident İlham Əliyevə minnətdarlıqlarını ifadə etmişlər.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin şöbə müdiri Vüqar Həsənov çıxışında inzibati binanın açılış mərasiminin ümummilli lider Heydər Əliyevin 85 illik yubileyi günlərinə təsadüf etdiyini vurğulayaraq bu gün Azərbaycanda böyük tikinti-quruculuq işlərinin aparıldığını söyləmiş, bütün bunları ölkəmizdə həyata keçirilən sosial-iqtisadi inkişaf strategiyasının uğurlu nəticələrinin bariz nümunəsi kimi dəyərləndirmişdir. İnsanların həyat səviyyəsinin, maddi rifah halının yaxşılaşdırılması, onların sosial müdafiəsi sahəsində ulu öndərin yürütdüyü siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini diqqətə çatdıran natiq, yeni inzibati binanın əhaliyə daha yüksək səviyyədə xidmət göstərməyə imkan verəcəyini bildirmişdir.
Rayon icra hakimiyyətinin başçısı Fəxrəddin Məlikov mərasimdə çıxış edərək sosial müdafiə mərkəzində çalışanları hər cür şəraiti olan yeni iş yerinə köçmələri münasibətilə təbrik etmiş, Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində son illər rayonda görülmüş işlərdən, həyata keçirilən layihələrdən danışmışdır. Göstərmişdir ki, açılan istehsal sahələri, tikilən yeni binalar insanların həyat səviyyəsinin yüksəldilməsinə, müasir standartlara uyğun iş şəraitinin yaradılmasına xidmət edir.
Sonra inzibati binanın rəmzi qırmızı lenti kəsilmiş, qonaqlar burada yaradılmış iş şəraiti ilə tanış olmuşlar. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sifarişi ilə “Qafqaz Tikinti” MMC tərəfindən yenidən qurulmuş və əsaslı təmir işləri aparılmış ikimərtəbəli, 16 otaqdan ibarət inzibati bina müasir işıqlandırma və istilik sistemləri ilə təmin edilmiş, iş otaqları yeni inventar və avadanlıqla tam təchiz olunmuşdur.
######

MÜƏLLİFLƏ ƏLAQƏ
Lefkoşa: Fransa ilə imzalanan saziş regional balansa xələl gətirir
- 08.06.2026 [23:50]
Azərbaycan ilə Suriya arasında ilk konsulluq məsləhətləşmələri aparılıb
- 08.06.2026 [23:27]
Cəlal Hüseynov: San-Marinoya qarşı asan oyun olmayacaq
- 08.06.2026 [22:00]
Ayxan Abbasov: Bizə qələbə lazımdır
- 08.06.2026 [21:44]
İlmələrdə yaşayan yaddaş: Bakıda beynəlxalq qobelen sərgisi
- 08.06.2026 [20:53]
“Şamaxı”nın yay hazırlıq planı məlum olub
- 08.06.2026 [20:40]
Bu saata olan əsas xəbərlər
- 08.06.2026 [20:00]
Yeni qaydalar Avropanın hava limanlarında sıxlığı artıra bilər
- 08.06.2026 [19:09]
Azərbaycan Sloveniyada keçirilən Bled Su Forumunda təmsil olunub
- 08.06.2026 [18:43]
Si Cinpin Kim Çen Ina güclü dəstək vəd edib
- 08.06.2026 [18:40]
Uşaqların rəqəmsal savadlılığının artırılması vacibdir - PSİXOLOQ
- 08.06.2026 [18:33]
Serbiyanın idman naziri Azərbaycana gəlib
- 08.06.2026 [18:30]
® “Bakcell” yeni baş icraçı direktor təyinatını elan edib
- 08.06.2026 [18:29]
Veteran futbolçu: Dünya çempionatında Braziliyanı favorit hesab edirəm
- 08.06.2026 [18:28]
Bakı Türkoloji Qurultayının 100 illiyi Varşavada qeyd olunub
- 08.06.2026 [18:26]
Panama Respublikasının Prezidenti Xose Raul Mulino Kinterodan
- 08.06.2026 [18:18]
“Şəfa”nın yeni mövsüm üçün hazırlıq planı müəyyənləşib
- 08.06.2026 [18:06]
Roberto Mançini İtaliya millisinin yeni baş məşqçisi olacaq
- 08.06.2026 [18:03]
Cari ilin qalan dövrü ərzində dünya bazarında neft 81-100 dollara satılacaq
- 08.06.2026 [18:03]
Amsterdamda çay üzərində 650 milyon avroya körpü tikiləcək
- 08.06.2026 [18:02]
® “AccessBank” taksi xidməti tenderi elan edir
- 08.06.2026 [17:59]
Daha 10 KOB subyektinə “Startap” şəhadətnaməsi verilib
- 08.06.2026 [17:53]
Niyazinin mənzil-muzeyində “Melodiyaların palitrası” adlı konsert olub
- 08.06.2026 [17:52]
Qızıl investisiya cəlbediciliyini qismən itirir
- 08.06.2026 [17:47]
İsrail Donald Trampın xahişi ilə İrana hücumları dayandırıb
- 08.06.2026 [17:43]
Bu il övladlığa verilən uşaqların sayı açıqlanıb
- 08.06.2026 [17:42]
Kimya İnstitutunda beynəlxalq seminar: innovativ batareya texnologiyaları
- 08.06.2026 [17:35]
İran hərbçiləri İsrailə qarşı əməliyyatların dayandırıldığını elan ediblər
- 08.06.2026 [17:33]
“Turan Tovuz”un məşqçisi: CAS-ın qərarının xeyrimizə olacağına inanırıq
- 08.06.2026 [17:31]
Oman yaxınlığında Vaşinqtonun sanksiyaları altında olan tanker vurulub
- 08.06.2026 [17:30]
DİM-də hazırlıq kursları təşkil olunub
- 08.06.2026 [17:28]
“Tekro” Respublika Texniki Olimpiadasının qalibləri mükafatlandırılıb
- 08.06.2026 [17:25]
Üçüncü rübdə yanacağa daha çox ehtiyac yaranır
- 08.06.2026 [17:18]
“Heydər Əliyev məktəbi” layihəsi başa çatıb
- 08.06.2026 [17:15]
Yunis Hüseynov: Millimiz C Liqasına qayıtmaq məcburiyyətindədir
- 08.06.2026 [17:15]
Assosiasiya sədri: Gələcəyin peşələri sürətlə dəyişir
- 08.06.2026 [17:13]
Baş nazir Əli Əsədov Vyetnamın Baş prokuroru ilə görüşüb
- 08.06.2026 [17:08]
Azərbaycan parfümeriya xammalı Fransada: “Lecheq” “SIMPPAR 2026”da
- 08.06.2026 [16:58]
® “Vistar” Mükəmməllik Mərkəzinin üçüncü təlim dalğasına qeydiyyat başlayıb
- 08.06.2026 [16:55]
Məsud Pezeşkian: İran danışıqlar masasından geri çəkilməyib
- 08.06.2026 [16:50]
BŞTİ: Məktəblilərə insan hüquqları və hüquqi dövlət prinsipləri aşılanır
- 08.06.2026 [16:49]
ADY: Ötən ay 1,6 milyon tondan çox yük daşınıb
- 08.06.2026 [16:43]
Goranboyda yol qəzası zamanı 2 nəfər ölüb, 3-ü xəsarət alıb
- 08.06.2026 [16:41]
Qlobal mənzil böhranı artıq gələcəyin deyil, bu günün problemidir - ŞƏRH
- 08.06.2026 [16:37]
Britaniya dövlət borcunun artım tempinə görə dünyada ikinci yerdədir
- 08.06.2026 [16:36]
AMEA-da akademik Vəli Axundovun 110 illik yubileyi qeyd olunub
- 08.06.2026 [16:23]
Azərbaycanda bu günə qədər 888 uşaq övladlığa verilib
- 08.06.2026 [16:16]
Avropa İttifaqı İrana qarşı yeni sanksiya tətbiq edib
- 08.06.2026 [16:14]
BMU-da Dövlət Proqramı İdarəetmə Qrupunun rəhbər heyəti ilə görüş olub
- 08.06.2026 [16:13]