İQTİSADİYYAT
“İnvestor” stimullaşdırıcı lotereyasına start verilib
![“İnvestor” stimullaşdırıcı lotereyasına start verilib](/files/2022/2/1200x630/16517622731016232006_1200x630.jpg)
Bakı, 5 may, AZƏRTAC
“Azərbaycan Fond Bazarı İştirakçıları Assosiasiyası” İctimai Birliyinin təşkilatçılığı ilə, “Bakı Fond Birjası” QSC-nin və birjanın üzvü olan investisiya şirkətlərinin iştirakı ilə “İnvestor” stimullaşdırıcı lotereyasına start verilib.
Bakı Fond Birjasından AZƏRTAC-a bildirilib ki, martın 9-dan etibarən Bakı Fond Birjasının üzvü olan, İnvestisiya Şirkətləri vasitəsilə korporativ istiqraz alan investorlar “İnvestor” stimullaşdırıcı lotereyasında iştirak hüququ qazanır və 1000 AZN qazanmaq şansı əldə edir.
Lotereyada iştirak etmək istəyən şəxslər investisiya şirkətinə müraciətini tamamlayıb və minimal nominal dəyəri 1000 manat/ABŞ dolları/Avro valyutalarında istiqraz alışını sifariş verən və Bakı Fond Birjası QSC-nin təşkil etdiyi korporativ qiymətli kağızlar bazarında premium və standart seqmentində əqdi keçən 18 yaşı tamam olmuş fiziki şəxs “1 əqd-1 lotereya bileti” prinsipi ilə lotereya biletini əldə edir və lotereyada iştirak etmək hüququnu qazanır.
Nəzərinizə çatdıraq ki, “İnvestor” stimullaşdırıcı lotereyası martın 9-u və noyabrın 15-də aralıqlarında 4 tirajda keçiriləcək.
Hər tirajda 3 qalib müəyyən ediləcək və hər qalib 1000 AZN məbləğində mükafata sahib olacaq.
Tədbirin başlama vaxtı mayın 10-u saat 14:30-da Bakı Fond Birjasında olacaq.