DÜNYA
İordaniya Misirdə partlayışların törədilməsini pisləyir
Əmman, 25 yanvar (AZƏRTAC). İordaniyanın informasiya naziri Muhammed Əl-Momani Misirin ərəb dünyasında və bütün dünyada rolunu qeyd edərək bildirmişdir: “İordaniya yanvarın 24-də Misirin paytaxtında baş vermiş partlayışları pisləyir və təsdiq edir ki, İordaniya həmişə qardaş Misirin yanında olacaqdır”.
Nazirin sözlərinə görə, İordaniya hökuməti Misir hökuməti və Misir xalqı ilə həmrəyliyini ifadə edir. O, terrorçuluğun və zorakılığın bütün formalarının təzahürünün pislənməsi ilə bağlı ölkəsinin dəyişməz mövqeyini təsdiq etmişdir.
M.Momani, həmçinin terror qurbanlarının ailələrinə başsağlığı vermiş, partlayışlar nəticəsində xəsarət alanların tezliklə sağalmalarını arzulamışdır.
Asya Hacızadə
AZƏRTAC-ın xüsusi müxbiri
Əmman
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.05.2024 [15:07]
Dehlidə qasırğa nəticəsində 2 nəfər ölüb, 23 nəfər yaralanıb
- 11.05.2024 [14:57]
Əfqanıstanda daşqın nəticəsində ölənlərin sayı 150 nəfərə çatıb
- 11.05.2024 [14:30]
Astronomlar ilk dəfə öz atmosferi olan qayalı planet kəşf ediblər
- 11.05.2024 [13:23]
Ermənistan polisi İrəvanda etiraz aksiyasının 41 iştirakçısını saxlayıb
- 11.05.2024 [12:28]
Keniyada daşqınlar nəticəsində ölənlərin sayı 267 nəfərə yüksəlib
- 11.05.2024 [12:13]
Qazaxıstanda daşqından zərər çəkən 20,6 min ailə birdəfəlik müavinət alıb
- 11.05.2024 [11:42]