İPƏK YOLUNUN BƏRPASI
Nəqliyyat Nazirliyi “Nəqliyyatservis” departamentinin xarici əlaqələr və investisiya şöbəsinin müdiri Nazim Qasımov AZƏRTAC-ın müxbirinə demişdir ki, möhtərəm Prezidentimiz Heydər Əliyevin tarixi İpək Yolunun bərpası naminə apardığı uzaqgörən siyasət artıq reallaşmaq üzrədir. 46 kilometrlik Ələt-Qazıməmməd avtomobil yolunun yenidənqurulması ilin axırınadək başa çatacaqdır. Bakı-Ələt yolunun əsaslı təmiri isə gələn il qurtaracaqdır.
94 kilometrlik Gəncə-Qazax yolunun Gəncə-Şəmkir hissəsinin 21-ci kilometrində torpaq, asfalt, körpü-tikinti işləri davam edir. Bu yolun bərpası və istismara verilməsi 2005-ci il üçün nəzərdə tutulmuşdur.
Tarixi İpək Yolunun –503 kilometrlik digər hissələrində layihə, təhqiqat və sənədləşdirmə işləri aparılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.06.2026 [18:02]
® Bakıda “Force of Love 2026” yay festivalı keçirilib
- 10.06.2026 [17:38]
® “Birbank”dan yenilik: 73 yaşadək təqaüdçülər kredit əldə edə biləcəklər
- 10.06.2026 [17:12]
Energetika naziri vətəndaşların müraciətlərini dinləyib
- 10.06.2026 [15:54]