Azərbaycan Dövlət İnformasiya Agentliyi

İqlim dəyişikliyi diplomatiyası Yaxın Şərqdə münaqişələrin qarşısını ala bilər

İqlim dəyişikliyi diplomatiyası Yaxın Şərqdə münaqişələrin qarşısını ala bilər

Qahirə, 5 noyabr, AZƏRTAC

Noyabrın 6-da Misirin Şarm əl-Şeyx şəhərində başlayacaq COP-27 sammitində dünyanın müxtəlif ölkələrindən 30 mindən çox nümayəndə, o cümlədən Azərbaycanın ekologiya və təbii sərvətlər naziri Muxtar Babayevin rəhbərlik etdiyi nümayəndə heyəti iştirak edəcək.

AZƏRTAC xəbər verir ki, yaxın iki il ərzində Yaxın Şərq və Şimali Afrika regionunun iki ölkəsi BMT-nin illik iqlim dəyişikliyi konfranslarına ev sahibliyi edəcək. Misirdən sonra Birləşmiş Ərəb Əmirliklərində gələn ilin noyabrında COP-28 iqlim dəyişikliyi konfransı təşkil olunacaq. Bu mötəbər tədbirlərdə region ölkələrində iqlim problemləri müzakirə olunacaq, ekosistemi bərpa etmək istiqamətində təşəbbüslər irəli sürüləcək.

Beynəlxalq ekspertlər hesab edirlər ki, ən mühüm məsələ iqlim diplomatiyası ilə bağlı geosiyasi amillərə diqqət yetirilməsidir. Yaxın Şərq və Şimali Afrika regionunda 2001 və 2016-cı illərdə Mərakeş və Qətərdə keçirilmiş konfranslardan sonra heç bir əməli iş görülməyib. Bu, bir sıra amillərlə, o cümlədən region ölkələrinin iqlim dəyişikliyinə laqeyd yanaşması, bu bölgədə müvafiq elmi tədqiqatların aparılmaması və ən əsası, ən təhlükəli problemlərə - ekosistemin pozulmasının miqrasiya, qida və su qıtlığına təsirinə məhəl qoyulmaması ilə bağlı olub.

Yaxın Şərq və Şimali Afrika regionunun quraqlıq, daşqın, yanğın, qida və su təhlükəsizliyinə qarşı həssas olmasına baxmayaraq, ərəb ölkələri qlobal iqlim dəyişikliyi diplomatiyası masasında nisbətən kiçik bir aktor olublar. Bununla belə, qida, su və sağlamlığa təhdidlər milli təhlükəsizliyin bir hissəsinə çevrildikcə, artıq region ölkələri iqlim dəyişikliyini öz siyasətlərinin mərkəzinə qoymağa və iqlim diplomatiyası ilə bağlı qlobal arenada daha fəal rol almağa başlayıblar. Xüsusilə Ukraynadakı müharibənin ərzaq və enerji təhlükəsizliyinə vurduğu zərbə iqlimlə bağlı problemlərin həllini daha aktual edib. Qlobal ərzaq tədarükü zəncirindəki sarsıntılar sözügedən regionun ərzaq təhlükəsizliyi problemlərini daha da artırıb.

COP-27 sammitindən əvvəl keçirilmiş mətbuat konfransında konfransın prezidentinin müavini Vael Abulməcd AZƏRTAC-ın sualını cavablandırıb. O bildirib ki, Azərbaycanın uğurla sədrlik etdiyi və 120 ölkəni birləşdirən Qoşulmama Hərəkatı iqlim dəyişikliyi məsələsində yeni təşəbbüslər irəli sürə bilər. Bu, Azərbaycan Prezidenti İlham Əliyevin Ərəb Dövlətləri Liqasının 31-ci Zirvə toplantısında iştirakı və Yaxın Şərq ölkələrinin əməkdaşlıq proseslərinə daha fəal cəlb edilməsi fonunda olduqca faydalı ola bilər.

Mətbuat konfransında çıxış edən Vael Abulməcd diqqətə çatdırıb ki, Yaxın Şərq və Şimali Afrika bölgəsi illərdir su problemləri və ekstremal temperatur şəraiti ilə mübarizə aparır. Artan əhali və münaqişələr diqqəti daha çox bu çağırışlara yönəldib.

İqlim dəyişikliyi ilə bağlı problemlər üzrə ixtisaslaşmış alim Ayşa Əl-Sarihi hesab edir ki, region ölkələrində neqativ nəticələr doğuran “Ərəb baharı” adlı proses də iqlim dəyişikliyi ilə əlaqəlidir. Onun sözlərinə görə, 2011-ci ildə Tunisdəki etirazlar ərzaq qiymətlərinə təsir edən və münaqişəyə səbəb olan quraqlığın nəticəsi idi. Ekoloq iqlim dəyişikliyini dövlətlərin milli təhlükəsizliyi və sabitliyi ilə əlaqələndirib, hökumətlərə bu sahədə inteqrasiya etmək təklif olunub.

Analitiklərin qənaətinə görə, iqlim dəyişikliyi ilə bağlı su qıtlığı problemi də məsələyə milli təhlükəsizlik nöqteyi-nəzərindən baxan Türkiyə, İran, İraq və Suriya da daxil olmaqla, bölgədəki qonşu ölkələr arasında münaqişə mənbəyi olub. Transsərhəd su bu ölkələrin davamlı inkişafında mühüm rol oynayır və beləliklə, inkişafla bağlı böyük potensial risklər və faydalar yaradır. İraq bu ölkələr arasında iqlim dəyişikliyinin, o cümlədən su və ərzaq təhlükəsizliyinin təsirlərinə ən həssas olan ölkədir və neftlə zəngin bu dövlət onilliklər boyu davam edən müharibədən sonra yoxsulluqdan əziyyət çəkir. Dəclə və Fərat çaylarında suyun səviyyəsinin aşağı düşməsi də qeyri-sabitlik içində olan Suriya və İraq üçün böyük problemlər yaradır. Bu ölkələr hazırda iqlim fəlakətinin astanasındadır. Qarşılıqlı əməkdaşlıq artıq sövdələşmə məsələsi deyil, yaşamaq üçün zərurətə çevrilib. Su və ərzaq qıtlığı ölkələrin milli təhlükəsizliyinə də ciddi təhdiddir. Son illərdə BƏƏ, Türkiyə və Səudiyyə Ərəbistanı arasında iqlim dəyişikliyi ilə bağlı bir sıra sazişlər imzalanıb və bu ölkələr növbəti 25-40 il ərzində karbon qazı emissiyasını sıfıra endirməyi öhdələrinə götürüblər.

Bütün bu amilləri nəzərə alaraq demək olar ki, COP27 iqlim dəyişikliyi konfransı təkcə iqlim diplomatiyasının ağırlıq mərkəzini Yaxın Şərq və Şimali Afrika regionuna köçürmür, həm də bu ərazidəki ölkələrə iqlim dəyişikliyinə uyğunlaşma və onun mənfi təsirlərini yumşaltma prosesində əsas rol oynamaq şansı verir.

Oqtay Bayramov

AZƏRTAC-ın xüsusi müxbiri

Qahirə

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Filip Riker: Mərkəzi Asiya və Qafqaz rifah naminə əməkdaşlığı gücləndirməlidir

Millətlər Liqası: Azərbaycan və Lixtenşteyn yığmalarının start heyətləri açıqlanıb

Süni intellekt əsaslı ağıllı sistemlər nəqliyyat problemini həll edə bilər? – AÇIQLAMA

Azərbaycan xalqının milli-mədəni irsinin inkişafına töhfələr vermiş şair: Xaqani Şirvani

Beynəlxalq Üzgüçülük Federasiyasının prezidenti Azərbaycana təşəkkür edib

“Sərhədsiz incəsənət”: “Şabran-2026” Beynəlxalq İncəsənət Simpoziumunun yekun sərgisi

Orta Dəhlizin inkişafı nəqliyyat və logistika infrastrukturuna investisiyaları artırır - ŞƏRH

Cənubi Koreyada yaşlı əhalinin payı 21,6 faizə çatıb

AQTA rəsmisi: Qida zəhərlənmələrinin 65 faizdən çoxu məişətdə təşkil olunan kütləvi tədbirlər zamanı baş verir

Nazir: Azərbaycanda hər il, hər ay idman sahəsində növbəti uğurlar əldə olunur

Cəlilabadda fərdi yaşayış evində yanğın olub

® Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin nümayəndə heyəti ictimai səhiyyə üzrə elmi-praktik konfransda iştirak edib

Ülviyyə Heydərova: Sanki “İnanıram” pyesi ürəyimdə, beynimdə hazır imiş və bir təkliflə üzə çıxdı

Hərbi prokurorluq orqanları arasında əlaqələrin inkişaf etdirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb

“ADEX” Azərbaycanın müdafiə sənayesinin beynəlxalq təqdimat platformasına çevrilib ŞƏRH

Metyu Brayza: CAMCA gənc liderlər üçün yeni əməkdaşlıq imkanları açır

Hərbi Prokurorluğun rəhbərliyi kursantlarla görüşüb

Orta Dəhlizin inkişafı Avropa ilə Asiya arasında iqtisadi əlaqələrin güclənməsinə töhfə verə bilər – ŞƏRH

“Qızıl Saray” şadlıq evində istehlaka yararsız ətlər aşkarlanıb

Özbəkistanlı jurnalist: CAMCA ölkələr arasında təcrübə mübadiləsi üçün mühüm platformadır

Hikmət Hacıyev: Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə verdiyi töhfə Aİ ilə münasibətlərimizin mühüm istiqamətlərindəndir

Ötən ay 908 mina və 4525 partlamamış digər hərbi sursat zərərsizləşdirilib

Gəncədə zəhərlənmə hadisəsi baş vermiş məktəbin bufetində yoxlama aparılıb, fəaliyyəti məhdudlaşdırılıb – YENİLƏNİB 3 VİDEO

Gəncədə zəhərlənmə hadisəsi baş vermiş məktəbin bufetində yoxlama aparılıb, fəaliyyəti məhdudlaşdırılıb – YENİLƏNİB 3 VİDEO

KTN-in vəzifəli şəxslərinin oktyabrda bölgələrdə keçirəcəyi vətəndaş qəbullarının qrafiki təsdiqlənib

Aİ quruma üzv ölkələrdə qalmaq hüququ olmayan şəxslərin geri qaytarılması qaydalarını sərtləşdirib

Azərbaycanda makaron məmulatlarının istehsal həcmi açıqlanıb

Frederik Starr: Mərkəzi Asiya və Cənubi Qafqazdakı dövlətlər vahid komanda kimi təmsil olunmalıdır

Ali Məclisin deputatının mandatı ləğv edilib

Sentyabrda orta aylıq temperatur iqlim normasından yuxarı olub

"Birliyin Gücü – 2026” birgə hərbi təliminin "Yüksək Səviyyəli Müşahidəçi Günü" keçirilib YENİLƏNİB

Akademik Musiqili Teatrda “Şahmaran” tamaşasının premyerası olacaq

ABŞ-də xüsusi qayğıya ehtiyacı olan insanlar üçün Azərbaycan muğamı səsləndirilib

Azərbaycandan Lüksemburqa ixracın dəyəri 306 dəfə artıb – QRAFİK

Yeni reallıqlar Azərbaycanın iqtisadi imkanlarını genişləndirir - ŞƏRH

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib

Azərbaycanın regionlarında sərmayə yatırmaq üçün səmərəli imkanlar yaradılıb - ŞƏRH

Fuad Kərimov: CAMCA Forumu regionun investisiya potensialının müzakirəsi üçün mühüm platformadır

Azərbaycanın müdafiə sənayesinin beynəlxalq bazara çıxış imkanları genişlənir - ŞƏRH

“ADEX 2026”da Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində istehsal edilən 130 adda məhsul nümayiş olunur VİDEO

“ADEX 2026”da Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində istehsal edilən 130 adda məhsul nümayiş olunur VİDEO

“Azneft”: İstehsalat sahələrində təhlükəsizlik tədbirləri gücləndirilib

Xankəndidə mina təhlükəsinə dair yekun maarifləndirmə təlimləri təşkil edilib

BMT gübrə yüklərinin Hörmüz boğazından keçməsinə imkan verəcək mexanizm hazırlayıb

İctimai Şura üzvləri ilə 2027-ci il üzrə dövlət büdcəsinin və icmal büdcənin layihələri müzakirə edilib

Azərbaycan idmançılarının reytinq cədvəlində dəyişiklik olub

Karib hövzəsi ölkələri ASAN modelini öyrənir

Ərdoğan: Ölkədəki hər siyasi partiyanın prioriteti Türkiyə olmalıdır

BMT-nin iclasında Ermənistan cəmiyyətində revanşist fikirlərin artmasından narahatlıq ifadə olunub

ADEX sərgisi Azərbaycanın hərbi-texniki əməkdaşlıq coğrafiyasını genişləndirir ŞƏRH

Oktyabrda Səyyar ASAN xidmətin fəaliyyət göstərəcəyi ünvanlar açıqlanıb

Azərbaycanlı alimlər Qazaxıstanda türk irsinə həsr olunmuş konfransda iştirak edirlər

BDYPİ gözlənilən hava şəraiti ilə əlaqədar hərəkət iştirakçılarına müraciət edib

Bülbül prospektinin daha bir hissəsində mikromobillik zolağı təşkil olunub

Dəmir Yolları: Bakı-Tbilisi-Bakı marşrutu üzrə gündəlik 4 reys həyata keçiriləcək

Azərbaycan – Lixtenşteyn oyununa 4500 bilet satılıb

AZAL daha bir yeni nəsil “Airbus A321neo” təyyarəsi ilə donanmasını genişləndirib

İsrailin Rusiyadakı səfiri: “Flydubai” reysində baş verən insident terror aktına cəhd kimi qiymətləndirilir

BDU-da “Azərbaycan dili - açıq dərslər” layihəsinin növbəti görüşü

“Birliyin Gücü – 2026” təlimi çərçivəsində media nümayəndələri səhra hospitalı ilə tanış olublar VİDEO

“Birliyin Gücü – 2026” təlimi çərçivəsində media nümayəndələri səhra hospitalı ilə tanış olublar VİDEO

Fransada lisey şagirdlərinin aksiyaları genişlənir: 625 nəfər saxlanılıb

Bakıda üzgüçülük üzrə Dünya Kuboku çərçivəsində fan zona təşkil edilib

Ukraynalı uşaqlar Qəbələdə reabilitasiya xidmətlərinə cəlb olunub

BMU “ADEX 2026”da tətbiqyönümlü elmi-tədqiqat nəticələrini təqdim edir

Aqrar sahədə insan kapitalının inkişafına yönəlmiş tədbirlər davam etdirilir

ABŞ qlobal yanacaq qiymətlərini sabitləşdirmək üçün Almaniya və Fransaya dizel ehtiyatlarını azaltmağı təklif edib

Naxçıvanda emal sənayesi üzrə məhsul istehsalı 5,3 faiz artıb

Siyasi şərhçi: Azərbaycanın müdafiə sənayesi təhlükəsizliyin əsas dayaqlarından biridir

Gəncədə “PeşəFest-2026” layihəsi reallaşıb

“Qarabağ” “Zirə” klubu ilə qarşılaşacaq

Yunanıstan mediası: Azərbaycanla əməkdaşlıq enerji çərçivəsindən çıxaraq yeni sahələri əhatə edir

Pedaqoji Universitetin magistratura plan yerləri 5 ildə 71 faizdən çox artıb

Tailandda şiddətli yağışlar 3 milyondan çox insana ziyan vurub

Qərbi Azərbaycanda tarixi abidələrimiz - Göy məscid

“Nyukasl” 1988-ci ildən bəri ilk dəfə loqosunu yeniləyib

“Birliyin Gücü – 2026” təlimində Xocavənddə müxtəlif döyüş tapşırıqları icra olunub VİDEO

“Birliyin Gücü – 2026” təlimində Xocavənddə müxtəlif döyüş tapşırıqları icra olunub VİDEO

Ortaq mədəni irsin önəmi: İraq türkmanları ilə akademik əməkdaşlıq gücləndirilir

Azərbaycanın müdafiə sənayesinin inkişafı regionda sabitliyə töhfə verir ŞƏRH

Giorgi Tsikolia: Cənubi Qafqaz süni intellektin inkişafının bir neçə əsas istiqaməti üzrə güclü fundamentə malikdir

Anar Cahangirli: Qarabağ Universiteti regionun hərəkətverici mühərrikidir

İzmirdə fabrikdə partlayış olub, 7 nəfər yaralanıb

Şuxrat Xalmuxamedov: “Birliyin Gücü – 2026” hərbi qulluqçular arasında döyüş təcrübəsinin mübadiləsinə imkan yaradır

Yaşar Gülər: Bölgəmizdəki bütün vəziyyətləri nəzərə alaraq, “müharibəyə hazır ol” deməkdən başqa şansımız yoxdur

Narkoloji Mərkəzdə maarifləndirici tədbir: Dövlət Komissiyası və QHT-lər bir arada

“Neftçi” yoxlama oyunu keçirəcək

Bu gündən Almaniyada yanacaq güzəşti qüvvəyə minib

Zakir Həsənov: “Birliyin Gücü – 2026” təlimi regionda sülhün və sabitliyin təmin olunmasına töhfə verəcək

Antibiotik qəbul edərkən şirniyyat yemək olarmı? – araşdırma

Zaqrebdə Azərbaycan-Xorvatiya əlaqələri müzakirə olunub

Türkmən baxşılarının Türk dünyasının ortaq mədəni yaddaşında rolu

Azərbaycan voleybol millisi hazırlığını Qubada davam etdirir

Bill Qeyts süni intellektin zərərlərinin faydalarından çox olacağını bildirib

Azərbaycan və Rusiya Baş prokurorluqları arasında Əməkdaşlıq Proqramı imzalanıb

Uşaqların süni intellektlə emosional bağ qurması narahatlıq yaradır - Araşdırma

Bonn Universitetinin nümayəndələri Botanika İnstitutunda olublar

Mingəçevir Reqatasında 3 qızıl medal qazanan avarçəkən: Yarışa ciddi hazırlaşmışdım VİDEO

Mingəçevir Reqatasında 3 qızıl medal qazanan avarçəkən: Yarışa ciddi hazırlaşmışdım VİDEO

Zaqatalada episentrdə 4 bal hiss edilən zəlzələ olub

Azərbaycan və Yunanıstan arasında Hökumətlərarası Komissiyanın VI iclası baş tutub

Ərtegin Salamzadə: 35 ildə Azərbaycanın irsinin dünya səviyyəsində tanıdılması mühüm nəticədir

Onlayn kazino şəbəkəsinin üzvləri saxlanılıb VİDEO

Onlayn kazino şəbəkəsinin üzvləri saxlanılıb VİDEO

Mark Rutte: Hazırda NATO ölkələri üçün Rusiya tərəfindən heç bir təhlükə yoxdur

Almaniyada klinika direktoru olan azərbaycanlı: Sutkada cəmi 3-4 saat yatırdım - ONUN HEKAYƏSİ VİDEO

Almaniyada klinika direktoru olan azərbaycanlı: Sutkada cəmi 3-4 saat yatırdım - ONUN HEKAYƏSİ VİDEO