Azərbaycan Dövlət İnformasiya Agentliyi

İqlim maliyyəsinə çıxış imkanlarının və prosedurların sadələşdirilməsi vacib məsələdir

İqlim maliyyəsinə çıxış imkanlarının və prosedurların sadələşdirilməsi vacib məsələdir

Bakı, 18 sentyabr, AZƏRTAC

İqlim dəyişikliyi ilə mübarizədə və bu dəyişikliyə adaptasiya məsələsində maliyyələşmənin cəlb edilməsi əsas məsələlərdəndir. İqlim dəyişikliyinin bu qədər sürətlə baş verməsinə və intensiv şəkildə davam etməsinə səbəb əsasən inkişaf etmiş ölkələrin sənaye inqilabından sonrakı dövrdə atmosferə atdığı istixana effekti yaradan qazlarla bağlıdır. Beynəlxalq və ətraf mühitlə bağlı hüquqda da təsbit olunub ki, inkişaf etmiş ölkələr bu məsələdə daha çox məsuliyyət daşıyır, inkişaf etməkdə olan ölkələr və daha zəif ölkələr, eyni zamanda ada dövlətləri daha həssas vəziyyətdədirlər.

Hələ Paris Sazişi qəbul olunmazdan əvvəl Çərçivə Konvensiyasında müəyyənləşdirilib ki, bu məsələdə balansı müəyyən etmək və iqlim dəyişikliyi ilə effektiv mübarizə aparmaq üçün inkişaf etmiş ölkələr inkişaf etməkdə olan ölkələrə öz iqtisadiyyatlarını iqlim dəyişikliyi ilə mübarizə məsələsinə adaptasiya etmək üçün maliyyə dəstəyi göstərməlidirlər. Belə olduğu halda, həmin dövlətlər iqlim dəyişikliyi ilə effektiv mübarizə apara bilərlər. Ancaq maliyyələşmə ilə bağlı məsələ meydana gəldikdən sonra bununla bağlı bir sıra problemlər ortaya çıxdı və bu məsələlər indiyə kimi öz müsbət həllini tapa bilməyib. COP29-da da maliyyələşmə ilə bağlı məsələlərin həllində hansı irəliləyişlərin baş verəcəyi əsas gözləntilərdən biridir.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında ətraf mühit hüququ və siyasəti üzrə ekspert, ADA Universitetinin müəllimi Sadiqə Mehdiyeva deyib.

Ekspert maliyyələşmə ilə bağlı əvvəlki illərdə əldə olunmuş razılığa toxunaraq əlavə edib: “Bundan əvvəl əldə olunmuş razılıq ondan ibarət idi ki, 2020-ci ilə qədər inkişaf etmiş ölkələr inkişaf etməkdə olan ölkələr, ada dövlətləri və az inkişaf etmiş ölkələr üçün illik olaraq 100 milyard məbləğində vəsait toplamaq niyyətində idilər. Bu məbləği də iqlim maliyyəsi qismində ölkələrin adaptasiya məsələsinə yönəltməli idilər. Lakin təcrübə göstərdi ki, qeyd edilən məbləği toplamaq mümkün deyil. Yəni, ilk problem ondan ibarət oldu ki, real maliyyənin toplanmasında ciddi əngəllər var. İkinci problem ondan ibarət idi ki, iqlim maliyyəsi anlayışının özündə bir qeyri-müəyyənlik mövcuddur. Dünyada adı bu qədər tez-tez səsləndirilən bir anlayışın konkret tərifi yoxdur. Belə bir tərif olmadığı üçün onun tətbiqini monitorinq etmək və şəffaflığını qorumaq da çətindir. Qeyri-rəsmi şəkildə bildirilir ki, bu, dövlət, qeyri-dövlət, özəl sektordan iqlim dəyişikliyinə mübarizə üçün cəlb edilən maliyyə axını deməkdir. Bu maliyyədən həm transmilli, həm də yerli səviyyədə istifadə etmək mümkündür. Ancaq hər hansı beynəlxalq hüquqi sənəddə bu anlayışın dəqiq tərifi olmadığına görə, maliyyənin formalaşdırılması və monitorinq edilməsi, onun ədalətli bölüşdürülməsinə də nəzarət etmək də kifayət qədər çətindir.

Digər vacib problem isə toplanmış, mövcud olan maliyyənin iqlim dəyişikliyi ilə mübarizədə adaptasiya və qabaqlayıcı tədbirlər arasında qeyri-bərabər şəkildə bölüşdürülməsidir. Qabaqlayıcı tədbir odur ki, siz iqlim dəyişikliyi yaradan istixana effekti verən qazların həcmini azaldırsınız. Bu məsələdə böyük həcmdə iqlim dəyişikliyinə qlobal təsiri olan ölkələrin iqtisadi modelinin müəyyən qədər dəyişdirilməsi, yaşıl sənayeyə keçid nəzərdə tutulur. Ancaq bu, kifayət qədər xərc tələb edən, eyni zamanda da çətin prosesdir. Məsələ burasındadır ki, iqlim dəyişikliyi ilə mübarizə aparmaq üçün təkcə qazların emissiyasını azaldılması üsulu kifayət deyil. Burada ən böyük rol iqlim dəyişikliyinə adaptasiya məsələsinin üzərinə düşür. Məlumdur ki, dünyanın böyük bir hissəsi iqlim dəyişikliyindən əziyyət çəkir. Əhali daşqınlardan tutmuş miqrasiya məsələsinə kimi çox ciddi təsirlərə məruz qalır. Belə olduğu təqdirdə, adaptasiya tədbirləri görülməzsə, təkcə istixana qazlarının azaldılması ilə iqlim dəyişikliyinə qarşı effektiv mübarizə aparmaq mümkün deyil. Adaptasiya tədbirlərinə kifayət qədər maliyyə ayrılmazsa, sosial vəziyyəti ağır olan ölkələrin və ərazilərin sayı artacaq. İqlim maliyyəsinin təqribən beşdəbir hissəsi adaptasiya məsələsinə xərclənir. Ancaq beşdə üç və beşdə dörd hissəsi qabaqlayıcı tədbirlərə ayrılır. Bu, böyük disbalansdır”.

S.Mehdiyeva qeyd edib ki, iqlim maliyyəsində ən vacib ədalətsizliyə yol açan məsələlərdən biri də maliyyənin inkişaf etmiş ölkələr tərəfindən inkişaf etməkdə olan ölkələrə və zəif ölkələrə çox vaxt borc qismində təqdim olunmasıdır: “İnkişaf etməkdə olan və daha zəif ölkələrin, o cümlədən ada dövlətlərinin kifayət qədər xarici dövlət borcu olur. Buna görə də mövcud olan xarici dövlət borcunun üstünə əlavə borclanmanı qəbul etmək istəmirlər. Burada bir sual meydana çıxır ki, inkişaf etmiş ölkələr maliyyə dəstəyi verməlidir dedikdə, borc almaq məsələsi nəzərdə tutulur? Qeyd edim ki, güzəştli şərtlərlə maliyyə verən inkişaf etmiş dövlətlər də var. Amma güzəştli maliyyənin həcmi güzəştsiz maliyyəyə baxanda çox az təşkil edir. Həmin dövlətlər bazar şərtlərinə uyğun borc verirlər. Bu da bildiyimiz adi kreditdir ki, nəticədə dövlət borcu yaranmasına gətirib çıxarır. Belə olduğu təqdirdə nə inkişaf etməkdə olan ölkələr, nə də az inkişaf edən ölkələr iqlim maliyyəsindən tam yararlana bilmirlər. Bu da onların iqtisadiyyatı üçün əlavə problem yaradır. Ona görə də bu cür ölkələrə maliyyəni sadə şərtlərlə təqdim etmək vacibdir. Kommersiya məqsədləri və maraqları olmadan güzəştli şəkildə maliyyə verilməlidir.

Başqa bir problem isə maliyyənin alınması üçün müraciət prosedurlarının sadə olmaması ilə bağlıdır. Az inkişaf etmiş ölkələrdə və ada dövlətlərində bəzən kadr potensialı və institusional hazırlıq müraciət prosedurlarını həyata keçirməyə imkan vermir. Çünki müraciət prosedurları kifayət qədər mürəkkəbdir. Bundan əlavə, maliyyə borc kimi təqdim edildiyinə görə, istənilən halda borcu geri almaq imkanları da inkişaf etmiş ölkələr tərəfindən dəyərləndirilir. İqtisadi göstəriciləri yaxşı olmayan ölkələr üçün bu kriteriyaları keçmək çətindir. Bu zaman da böyük ədalətsizlik meydana gəlir. Onsuz da bu ölkələr iqlim dəyişikliyindən əziyyət çəkir, belə olan halda da mürəkkəb prosedur qaydalarının öhdəsindən gələ bilmirlər”.

COP 29-da iqlim maliyyəsi məsələsinin əsas müzakirə mövzusu olmasını müsbət hal kimi dəyərləndirən ekspert, eyni zamanda, qlobal iqlim tədbirinə inkişaf etməkdə olan ölkə kimi Azərbaycanın ev sahibliyi etməsini vacib addım kimi qiymətləndirib. Bildirib ki, Azərbaycan indiyə qədər bu ayrı-seçkiliyə məruz qalan və prosesdən əziyyət çəkən, iqlim təsirlərindən itki verən ölkə kimi həm ada dövlətlərinin, həm də ən az inkişaf etmiş ölkələrin səsini dünya ictimaiyyətinə daha yaxşı formada çatdıra bilər.

“COP29-dan ekspert kimi gözləntim ondan ibarətdir ki, əvvəla, mütləq şəkildə iqlim maliyyəsinə çıxış imkanları və prosedurları sadələşdirilməlidir. İkinci gözləntim ondan ibarətdir ki, dünyada bu istiqamətdə təqdim edilən maliyyəni güzəştli şərtlərlə hüquqi baxımdan prioritetə çevirmək lazımdır. Çünki bazar şərtlərinə uyğun kredit verilməsi və bunun iqlim maliyyəsi şəklində adlandırılması ədalətsizlikdir. Ona görə də COP29-da güzəştli kreditlər məsələsi gündəmə gətirilməlidir. Digər vacib məsələ isə iqlim maliyyəsinin adaptasiya və qabaqlayıcı tədbirlərə bərabər şəkildə paylanması üçün bir mexanizm irəli sürülməsidir. Qabaqlayıcı tədbirlər vacibdir, ancaq adaptasiya ehtiyacı olan ölkələri maliyyədən kənarda qoymaq insanları özlərinin başlatmadığı bir müharibədə döyüş meydanında tək qoymağa bənzəyir. Çünki adaptasiya məruz qalan ölkələrin heç biri iqlim dəyişikliyini yaradan ölkələr deyil. Onların çətin və kritik zamanlarında maliyyəni ancaq qabaqlayıcı tədbirlərə xərcləmək böyük disbalans yaradır. Əgər bu disbalans aradan qalxmasa, iqlim maliyyəsinin nə qədər toplanmasının elə də böyük əhəmiyyəti qalmır.

Bu üç məsələnin həllində COP 29-dan böyük gözləntilərim var. Azərbaycanın diplomatik, siyasi və hüquqi imkanları hər üç məsələni vurğulamağa geniş imkan yaradır. Yeri gəlmişkən, Azərbaycan özü də ciddi şəkildə iqlim dəyişikliyindən əziyyət çəkir. Naxçıvan Muxtar Respublikası, Aran zonası və sahilyanı ərazilər çox ciddi təsir altındadır”, - deyə ekspert qeyd edib.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

ABŞ dörd Latın Amerikası ölkəsinin rəsmilərinə viza məhdudiyyəti tətbiq edib

Sabirabadda piyadanın ölümü ilə nəticələnən yol qəzası olub

“Axios”: Tramp nüvə məsələsində irəliləyiş olarsa, İrana qarşı sanksiyaları yumşalda bilər

Britaniya aviabazaya hücum planında şübhəli bilinənləri azadlığa buraxıb

Media: İran uranın zənginləşdirilməsini dayandırmağa razılaşıb

Təranə Paşayeva: Qənirə Paşayevanın xeyirxahlıq missiyasını yaşatmaq istəyirik

Ağsuda dağlıq ərazidə baş verən yanğın məhdudlaşdırılıb YENİLƏNİB VİDEO

Ağsuda dağlıq ərazidə baş verən yanğın məhdudlaşdırılıb YENİLƏNİB VİDEO

“Loqos Qadın Uzunömürlülük Rezidensiyası”nda Qənirə Paşayevanın Xatirə Otağı açılıb

“Xalq memarlığının Şəki üslubu. Onu formalaşdıran fasad naxışları” kitabı təqdim olunub

BMT-də qayıdış hüququ və dekolonizasiya mövzusunda beynəlxalq konfrans keçirilib -YENİLƏNİB

İğdırda “Şuşa” uşaq bağçasında “Xarıbülbül” rəngləmə müsabiqəsi keçirilib VİDEO

İğdırda “Şuşa” uşaq bağçasında “Xarıbülbül” rəngləmə müsabiqəsi keçirilib VİDEO

BMT-də qayıdış hüququ və dekolonizasiya ilə bağlı səssiz aksiya keçirilib

Yaroslavl vilayətində müəssisədə baş verən yanğın nəticəsində 10 nəfər həlak olub

“Qayıdış hüququ və dekolonizasiya: gecikmiş tarixi ədalətin bərpası” konfransının iştirakçıları BMT-nin Xüsusi Məruzəçilərinə birgə müraciət qəbul ediblər

Şahin Mustafayev İranın yol və şəhərsalma naziri Fərzanə Sadiq ilə görüşüb

Vudli Çarlz Albertis: Qayıdış üçün insanların öz doğma yurdunda ləyaqətli həyat şəraiti olmalıdır

Azərbaycan və İtaliya arasında neft-kimya sahəsində əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə edilib

Prabjot Sinq Virrinq: Öz müqəddəratını təyinetmə hüququ bütün xalqlara şamil edilməlidir

Gürcüstanda Anım Günü ilə əlaqədar silsilə tədbirlər keçirilib

Azər Şükürov: Dağ-mədən sahəsində peşəkar idarəetmə mexanizmlərinin formalaşdırılması nəzərdən keçirilə bilər

“Mingəçevir Reqatası-2026” beynəlxalq turnirinin püşkü atılıb

Bu saata olan əsas xəbərlər

Azərbaycan Almatıda beynəlxalq neft-qaz sərgisində təmsil olunacaq

Svami Şarada: Azərbaycanda mənəvi cəhətdən yüksəlmək və inkişaf etmək üçün geniş imkanlar var

Fransua Benedetti: Xalqların azadlıq, ləyaqət və suverenlik mübarizəsi oxşar maneələrlə üzləşir

“BioNTech” Almaniyada üç istehsal müəssisəsini bağlayır

Sevinc Hacıyeva: Palçıq Vulkanları Kompleksinə dünyanın müxtəlif ölkələrindən turistlər gəlir

Dimitri Qenegei: Qayıdış hüququ tarixi ədalətin və xalqın öz taleyinə sahib çıxmasının bərpasıdır

Macarıstan parlamenti Baş nazir Peter Macyarın toxunulmazlığını dayandırıb

La-Manş boğazını keçməyə çalışan 3 miqrant həyatını itirib

Mingəçevir Reqatası ərəfəsində Füzulidə sakinlərlə görüş olub

Azərbaycan Kodeks Alimentarius Komissiyasının Avropa regionu üzrə koordinatoru olacaq

Vahid Tarif-İxtisas Sorğu Kitabçalarının İSCO-08 ilə uyğunlaşdırılması məsələsi nəzərdən keçirilib

Kimya İnstitutunda alunit filizindən vanadiumun çıxarılması üzrə tədqiqat aparılıb

Azərbaycan süni intellektdən maksimum dividend əldə edərək qeyri-neft iqtisadiyyatını yeni mərhələyə yüksəldə bilər - ŞƏRH

Səməd Vurğun oğlunun gözü ilə: Şair, insan və dövrün fenomeni

Cun Kristin Mari Sumer: Siyasi müstəqillik tam suverenlik demək deyil

Karlayl Korbin: Bakı Təşəbbüs Qrupunun dekolonizasiya məsələsində ardıcıl fəaliyyəti mühüm əhəmiyyət daşıyır

“28 May” Nəqliyyat Mübadilə Mərkəzi və “Şamaxinka”da yeni dayanacaqlar quraşdırılıb

Dövlət Uşaq Filarmoniyasında Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı çərçivəsində növbəti konsert

Dünya Bankı: Orta Dəhlizin imkanlarından istifadə Azərbaycan üçün ÜDM-in əlavə 1,84 faiz artımını təmin edə bilər

Roda Rebekka Arrindell: Qayıdış hüququ bütün məcburi köçürülmüş xalqlara şamil edilməlidir

“Yuventus” “Barselona”nın sabiq qapıçısını transfer edib

Prokurorluq orqanlarının yaradılmasının 108-ci ildönümünə həsr edilmiş tədbir olub VİDEO

Prokurorluq orqanlarının yaradılmasının 108-ci ildönümünə həsr edilmiş tədbir olub VİDEO

Təhsil Tələbə Krediti Fondu növbəti beynəlxalq mükafata layiq görülüb

Doğma yurdunu azad edən gizir: “Mühasirəyə düşmüşdük...” VİDEO

Doğma yurdunu azad edən gizir: “Mühasirəyə düşmüşdük...” VİDEO

“Vyanadan Bakıya”: Avropa caz ənənəsi ilə Azərbaycan musiqisinin vəhdəti

Özbəkistanda Data Mərkəzi layihələri üzrə investisiya 6 milyard dolları ötüb

Aİ-nin Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi dəniz koalisiyasına qoşulacağı gözlənilir

MDU ilə “Mingəçevir Tekstil” arasında əməkdaşlıq memorandumu imzalanıb

Şuşada mina partlayıb, 1 nəfər xəsarət alıb

Hər şey Vətən üçün... - şəhidin son döyüşü

Çinin Honkonq Kore Akademiyasının nümayəndə heyəti AMEA-da olub

H.A.Babayevin Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

M.S.Məmmədovun Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

N.O.Əliyevin Bakı şəhəri Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

BMT-də qayıdış hüququ və dekolonizasiyaya dair beynəlxalq konfrans keçirilir

Azərbaycandan MDB ölkələrinə məhsul ixracının dəyəri 13 faizdən çox artıb – QRAFİK

Azərbaycanın əlverişli investisiya mühiti uzunmüddətli tərəfdaşlıqlar üçün möhkəm zəmin yaradır RƏY

AMEA prezidenti: Azərbaycan-Gürcüstan elmi əlaqələri çoxillik tarixi ənənələrə malikdir

Qaz bazarında qiymətlərin sabitləşməsi Yaxın Şərqdəki münaqişənin başa çatmasından asılıdır

Media: Son 3 gündə 2300-dən çox husi öldürülüb və yaralanıb

“Sumqayıt” amerikalı basketbolçu ilə müqavilə imzalayıb

“Qafqaz Albaniyası: tarixi və mədəni varislik”: DİA-da mühüm müzakirə

Tarixçi-alim: Albaniyanın etnik tərkibi mənbələrlə təsdiqlənir

Konstitusiya Məhkəməsi Plenumunun iclasında ombudsmanın sorğusu əsasında qərar qəbul edilib

Nazirlik: Dövlət sosial xidmətləri sahəsində süni intellektin imkanlarının tətbiqi üçün müvafiq “yol xəritəsi” üzrə işlər aparılır

Türk ekspert: Cənubi Qafqazın geoiqtisadi əhəmiyyəti daha da artır - ŞƏRH

“Deutsche Bank”: Gələn ilin ikinci rübündə misin qiyməti 22 min dolları ötəcək

Azərbaycan klubu heyətinə yeni voleybolçu cəlb edib

Dua et ana, mən arzuma çatım... – Vətən müharibəsi şəhidinin son arzusu

Aqrar Sığorta Fondu əkin sahələrinə dəymiş zərərlər üzrə ödənişlərə başlayır

Azərbaycan boksçuları Çində keçirilən turniri 10 medalla başa vurublar

Tam orta təhsil bazasında kolleclərin boş qalan plan yerlərinə qəbulun nəticələri açıqlanıb

Azərbaycan xarici sərmayə üçün açıq və əlverişli məkandır - ŞƏRH

Kimya İnstitutunda alunit filizindən alüminium oksidinin alınması üzrə tədqiqat aparılır

Britaniyalı şahmatçı qadınlar arasında qrossmeyster adını qazanan ən gənc oyunçu olub

® “Rabitəbank” ətraf mühitin qorunması istiqamətində növbəti təşəbbüsünü həyata keçirib

Çin ilk dəfə özünün xüsusi yüksək hündürlükdə uçan “WZ-7” kəşfiyyat PUA-sından istifadə edib

Qazaxıstan Manqistau vilayətində daha bir hərbçinin həlak olması barədə yayılan məlumatı təkzib edib

Vətən müharibəsində qazanılan Zəfər Azərbaycan gəncinin üzərinə böyük məsuliyyət qoyur

Roma Papası Avropa ölkələrini münaqişələri sülh yolu ilə nizamlamağa çağırıb

Dağ üzərinə atılan çınqıl daşlar - ŞƏRH

Hindistanda daşqınlar və torpaq sürüşməsi nəticəsində 81 nəfər ölüb

Qazaxıstan və Avstriya Xəzər dənizi vasitəsilə daşımaları genişləndirmək niyyətindədir

Sumqayıt Sənaye Parkında ildə 250-300 elektrik avtobusu yığılması planlaşdırılır

Analitik: Azərbaycanın dayanıqlı inkişafı sərmayə yatırımlarını da artıracaq

“Ası Lo Dice Mexico" qəzeti: 27 Sentyabr milli iradənin və tarixi yaddaşın rəmzidir

İtaliyadakı beynəlxalq seminarda Azərbaycanın qayaüstü sənət irsi və qədim kənd təsərrüfatı ənənələri təqdim olunub

Böyük Britaniyada minlərlə ev susuz qalıb

İşğaldan azad olunmuş ərazilər investorlar üçün geniş imkanlar təqdim edir

bp “Dərinsulu Günəşli”də çoxquyulu sualtı müdaxilə proqramını uğurla başa çatdırıb

Gürcüstanda əmlak vergisi ilə bağlı yeni qaydalar tətbiq olunacaq

Azərbaycan çayı Brüsseldə beynəlxalq auditoriyaya təqdim olunub

“Azərbaycan Kredit Bankı”nın ləğv prosesi yekunlaşıb

Sumqayıt Sənaye Parkının ərazisində 300-dək ağac əkilib

BDU Qazaxıstanın Maqsut Narikbayev Universiteti ilə əməkdaşlığa başlayır

Azərbaycan Alban-Udi Dini İcmasının nümayəndələri Xudavəng Monastır Kompleksini ziyarət ediblər – YENİLƏNİB VİDEO

Azərbaycan Alban-Udi Dini İcmasının nümayəndələri Xudavəng Monastır Kompleksini ziyarət ediblər – YENİLƏNİB VİDEO

Hövsanın bəzi ərazilərində içməli su təminatında fasilə yaranacaq

® “Azercell” abunəçilərinə mənzil, avtomobil və “iPhone” hədiyyə edir!