Azərbaycan Dövlət İnformasiya Agentliyi

İQTİSADİ İNKİŞAF NAZİRİ HEYDƏR BABAYEVİN ÇIXIŞI

- Möhtərəm cənab Prezident!

Hörmətli iclas iştirakçıları!

Müasir Azərbaycan dövlətçiliyinin banisi Heydər Əliyevin rəhbərliyi ilə başlanmış sosial-iqtisadi inkişaf strategiyasının bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində 2005-ci ildə ölkənin sosial-iqtisadi inkişafı daha da sürətlənmiş, əhalinin həyat səviyyəsinin yüksəldilməsi üçün əhəmiyyətli işlər görülmüşdür.

Möhtərəm Prezident, Sizin qeyd etdiyiniz kimi, inkişaf sürətinə görə nəinki MDB məkanında, hətta dünyada ön sıralara çıxmış Azərbaycanda ötən il ÜDM-in artımı 26,4 faiz təşkil etmişdir. Təbii ki, belə yüksək inkişaf sürəti düşünülmüş iqtisadi doktrinanın real nəticəsidir və mən 2005-ci ilin yekunlarının bəzi məqamları üzərində qısaca dayanmaq istərdim.

Ötən il iqtisadi qanunvericiliyin beynəlxalq tələblərə uyğunlaşdırılması prosesi davam etdirilmiş, 20-dən çox qanun, o cümlədən “İpoteka haqqında”, “Sosial sığorta haqqında”, “Azərbaycan Respublikasının 2006-cı il dövlət büdcəsi haqqında”, “Ailə kəndli təsərrüfatı haqqında” “Telekommunikasiya haqqında” və sair mühüm sənədlər qəbul edilmişdir.

Azərbaycan iqtisadiyyatının lokomotivi sayılan neft-qaz sektorunda layihələrin həyata keçirilməsi, xüsusilə Bakı-Tbilisi-Ceyhan neft və Bakı-Tbilisi-Ərzurum qaz kəmərlərinin inşası ölkəmizin uzun illər üçün davamlı inkişafının möhkəm təməlini yaratmışdır. Yeri gəlmişkən vurğulamaq istərdim ki, neftin müxtəlif istiqamətli ixrac infrastrukturunun mövcudluğu Azərbaycanı gələcəkdə hər hansı təzyiqdən qorumaq imkanı verir və bu baxımdan iqtisadi təhlükəsizliyimizin mühüm amilidir.

2005-ci ildə neft sazişlərinin həyata keçirilməsindən əldə edilmiş 660 milyon yeni manat həcmində gəlir, ötən illərdə olduğu kimi, ölkəmizin iqtisadi qüdrətinin artmasına, sosial baxımdan çox ehtiyacı olan vətəndaşlarımızın həyat şəraitinin yaxşılaşdırılmasına yönəldilmişdir. Belə ki, Ağdam, Füzuli, Biləsuvar, Bərdə və Ağcabədi rayonları ərazisində məskunlaşmış qaçqın və məcburi köçkünlərin sosial, mənzil-məişət vəziyyətinin yaxşılaşdırılmasına, məşğulluğunun təmin edilməsinə təxminən 40,4 milyon yeni manat, Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan neft kəmərinin inşasına 41 milyon yeni manat xərclənmiş, dövlət büdcəsinə 150 milyon yeni manat məbləğində vəsait köçürülmüşdür.

Neft-qaz sektorundakı uğurlar digər istehsal sahələrinin yüksək sürətlə inkişafını təmin etmiş və nəticədə ötən il sənaye məhsulunun artımı 33,5 faiz təşkil etmişdir.

Aqrar sektorda müsbət meyillər daha da möhkəmlənmiş, xüsusilə cənab Prezidentin tapşırığı ilə dövlət büdcəsinin vəsaitləri hesabına texnika və gübrənin alınaraq, fermerlərə güzəştli şərtlərlə verilməsi kənd təsərrüfatı istehsalının 7,5 faizlik artımını təmin etmişdir. Bu sahədə əhəmiyyətli məqam ondan ibarətdir ki, artıq bizim gündəlik istehlakımızda yerli məhsullar mühüm yer tutur ki, bu da onların yüksək keyfiyyəti və daha ucuz qiyməti ilə bağlıdır. Digər tərəfdən, aqrar sektorun məhsullarının ixracı da tədricən artır. Kənd təsərrüfatı istehsalının artımını gələcəkdə də stimullaşdırmaq məqsədi ilə qarşıdakı illərdə ünvanlı subsidiyalaşdırma və digər mexanizmlərin tətbiqi nəzərdə tutulur.

Azərbaycanın ümumi daxili məhsulunda böyük xüsusi çəkiyə malik olan xidmətlər sahəsində son illərdə ciddi yüksəliş müşahidə edilir. Bu, bir tərəfdən, istehsalın inkişafı ilə bağlıdırsa, digər tərəfdən, əhalinin maliyyə imkanlarının yaxşılaşmasından xəbər verir. Ötən il yük daşımaları 9,2 faiz, rabitə xidmətləri 36 faiz, əhaliyə göstərilən pullu xidmətlərin həcmi 26,1 faiz artmışdır.

Ölkəmizin davamlı inkişafının ən mühüm və həlledici şərti sərmayə qoyuluşlarının artırılmasından, onun strukturunun təkmilləşdirilməsindən ibarətdir. Müstəqillik illərində Azərbaycan iqtisadiyyatına 20 milyard dollardan çox xarici sərmayə qoyulmuşdur. Fərəhləndirici haldır ki, bu gün sərmayələrin adambaşına düşən həcminə görə Azərbaycan MDB və Şərqi Avropa ölkələri arasında ilk yerlərdən birini tutur.

2005-ci ildə iqtisadiyyata sərmayə qoyuluşu 12,7 faiz artmışdır. BMT-nin Ticarət və İnkişaf Konfransının (UNCTAD) 2005-ci ildə dərc etdirdiyi hesabata görə, sərmayə cəlbediciliyi baxımından Azərbaycan dünyada birinci yeri tutur. Bu göstərici ÜDM-in adambaşına düşən həcminin birbaşa xarici sərmayələrin adambaşına düşən həcminə nisbəti əsasında hesablanır və ölkənin xarici sərmayələrə açıqlığını xarakterizə edir. Ölkəmiz bu göstəriciyə görə 2002-ci ildə 13-cü, 2003-cü ildə 3-cü yeri, bu il isə, dediyim kimi, 1-ci yeri tutmuşdur. Cənab Prezident, hesab edirəm ki, bu hesabat Azərbaycanı dünyanın ən yoxsul və zəif inkişaf etmiş ölkələrlə bir sırada yerləşdirən bəzi beynəlxalq təşkilatların qeyri-obyektivliyindən, məsələlərə ikili standartla yanaşmasından xəbər verir.

Ölkə başçısının iqtisadi doktrinasının ən mühüm tərkib hissəsi tarazlı inkişafın təmin edilməsindən ibarətdir. Belə ki, məhz, bu yanaşma inkişafın davamlılığını təmin edə bilər. Təsadüfi deyil ki, cənab Prezident regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasına xüsusi diqqət yetirir. Bunun nəticəsidir ki, 2005-ci ildə 400 yeni emal müəssisəsi fəaliyyətə başlamış, proqramın qəbul edildiyi vaxtdan etibarən 340 min iş yeri yaradılmışdır ki, bunun da 170 mini daimidir.

2005-ci il bazar iqtisadiyyatının əsas atributu olan xüsusi mülkiyyətin, azad sahibkarlığın genişləndirilməsində mühüm mərhələ olmuşdur. Sahibkarlara, xüsusilə regionlardakı sahibkarlara ötən il 200 milyard manat məbləğində güzəştli kredit verilmiş, bunun nəticəsində 17 mindən çox yeni iş yeri yaradılmışdır.

Azərbaycan Prezidentinin apardığı sosial-iqtisadi siyasətinin ən mühüm istiqamətlərindən biri ölkəmizin dünya iqtisadi sisteminə inteqrasiyasının sürətləndirilməsindən, ticarət əlaqələrinin genişləndirilməsindən ibarətdir.

Ötən il, digər sahələrdə olduğu kimi, xarici ticarətdə də müsbət keyfiyyət dəyişiklikləri baş vermiş, qeyri-neft məhsullarının ixracı 2004-cü illə müqayisədə 61 faiz artmışdır.

Möhtərəm Prezident!

Hörmətli iclas iştirakçıları!

Sadalanan uğurların daha da möhkəmləndirilməsi, cənab Prezidentin müəyyən etdiyi siyasətin reallaşdırılması üçün 2006-cı ildə qarşımızda çox mühüm vəzifələr durur. İlk növbədə, Azərbaycanın beynəlxalq səviyyədə bazar iqtisadiyyatlı ölkə kimi tanınması istiqamətində işlərin sürətləndirilməsi nəzərdə tutulur. Azərbaycandan dünya bazarına rəqabətqabiliyyətli malların çıxarılmasını təmin etmək üçün müqayisəli üstün sahələrin inkişafına xüsusi diqqət yetiriləcək, maliyyə imkanlarının artması ilə əlaqədar dövlət bu proseslərdə daha fəal iştirak etməlidir.

2006-cı ildə Dünya Ticarət Təşkilatı ilə danışıqlar həlledici mərhələyə qədəm qoyacaqdır. Cənab Prezident, verdiyiniz tapşırığa əsasən, - bunu şüar kimi qəbul etmişik, - biz Azərbaycanın Dünya Ticarət Təşkilatına üzv qəbul olunmasını çox təmkinlə həyata keçirəcəyik. Burada əsas məqsədimiz Siz dediyiniz kimi, bu təşkilata maksimum əlverişli şərtlərlə daxil olmaqdan ibarətdir.

Təbii ki, bütün bu tədbirlərin kökündə vətəndaşlarımızın həyat səviyyəsinin yüksəldilməsi durur. Cənab Prezidentin tapşırığına uyğun olaraq hazırlanan Yoxsulluğun Azaldılması və Davamlı İnkişaf Proqramının əsas fəlsəfəsini məhz BMT-nin Minilliyin İnkişaf Məqsədlərinin Azərbaycanda reallaşması təşkil edəcəkdir.

Bu il minimum əmək haqqı və pensiyaların səviyyəsinin minimum istehlak səbətinin dəyərinə yaxınlaşdırılması, sosial sığorta sisteminin təkmilləşdirilməsi, əmanətlərin qaytarılması, ipoteka kreditlərinin verilməsi, istehlakçıların hüquqlarının daha etibarlı qorunması və digər əhəmiyyətli işlər görüləcəkdir ki, bunlar da, şübhəsiz, əhalinin həyat səviyyəsinə müsbət təsir göstərəcəkdir.

Cənab Prezident!

Sizi əmin etmək istərdim ki, müəyyən etdiyiniz siyasətin, verdiyiniz tapşırıqların layiqincə həyata keçirilməsi üçün bütün imkanlarımızı səfərbər edəcəyik.

Diqqətinizə görə çox sağ olun.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

10 августа: Всемирный день льва, Международный день биодизеля и День видеоблогера

® “Avant Bakıxanov”da yeni premium layihəyə start verildi: “Green by Avant”da 10 faiz ilkin ödənişlə ipoteka imkanı  FOTO  VİDEO

® “Avant Bakıxanov”da yeni premium layihəyə start verildi: “Green by Avant”da 10 faiz ilkin ödənişlə ipoteka imkanı FOTO VİDEO

Bakıda mikromobillik vasitələri 6,9 milyon dəfədən çox sifariş olunub

Azərbaycanın 2 boksçusu Qazaxıstanda qızıl medal qazanıb

Maldiv adalarında gənclərin ekoloji hərəkatı geniş vüsət alır

“Trabzonspor” heyətinə daha bir ulduz futbolçu qatır

Yüksək nəticə göstərən 300 tələbəyə “Gələcəyin müəllimi” təqaüdü verələcək

BMU magistrantı Çində minillik freskaların süni intellektlə bərpasını araşdırıb

Tağlar mağarasında arxeoloji tədqiqatların üçüncü mövsümü başlanıb

® “Ziraat Bank Azərbaycan” 15 milyon manat həcmində istiqraz emissiyasını təqdim edir!

Azərbaycan komandası Qazaxıstanda gənc yol hərəkəti müfəttişlərinin toplantısında iştirak edəcək

Bakıda axşam konsertləri keçirilir

BDYPİ: Velosiped sürərkən mobil telefondan istifadə etmək yolverilməzdir

Dünya birjalarında qızıl ucuzlaşıb, gümüş bahalaşıb VİDEO

Dünya birjalarında qızıl ucuzlaşıb, gümüş bahalaşıb VİDEO

Neft bahalaşıb VİDEO

Neft bahalaşıb VİDEO

Azərbaycanın bir neçə bölgəsinə elektrik enerjisinin verilişi dayandırılacaq

Bakıda sıxlıq olan yollar açıqlanıb

Çin “Delfin” qasırğası ilə əlaqədar bir milyondan çox insanı təxliyə edib

Yəmən ordusu: Husilərin hücumu nəticəsində 7 nəfər ölüb

İsrail Livanın cənubuna hücumlarını davam etdirir

Hörmüz boğazının açılmasının qeyri-müəyyən qalması fonunda neft qiymətləri artıb

Rəsmi Dəməşq və Moskva Suriyadakı hərbi bazalar ilə bağlı razılığa gəlib

ABŞ hərbçiləri İranın blokadasının davam etməsi üçün 55 gəminin istiqamətini dəyişdiriblər

Netanyahu: İsrail Trampın Qəzza ilə bağlı 15 bəndlik planını rədd edir

Cəlilabadda transformator partlayıb, ətraf ərazidə yanğın baş verib

Bir il sonra: Vaşinqton razılaşmaları Azərbaycanı hansı yeni geosiyasi mərhələyə çıxardı?

Kanadada meşə yanğınları: 22 min insan təxliyə edilib

Rusiya ərazisində 285 Ukrayna dronu məhv edilib

Azərbaycan cüdoçuları Avropa Kubokunu 7 medalla üçüncü yerdə başa vurublar

Almaniya dron hücumlarından müdafiə qüvvələrini ikiqat artırır

Yasamal və Nərimanov rayonlarının bəzi ərazilərində elektrik enerjisinin verilişində fasilələr yaranacaq

Bakıda 11 marşrut xəttinin dayanacaq məntəqələri müvəqqəti dəyişdiriləcək

Həsən Seyidbəyli küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Moskvaya yaxınlaşarkən vurulan dronların sayı altıya çatıb

Vuçiç: Avropa böyük bir müharibənin astanasındadır

Türkiyənin Qara dəniz sahilində ekipajsız kater məhv edilib

Bu saata olan əsas xəbərlər

İran parlamentində Hörmüz boğazı ilə bağlı yeni qanun layihəsi təsdiqlənib

Dünya əhalisinin 6 faizini təşkil edən yerli xalqlar iqlim dəyişikliyinin təhdidi altındadır

Xətai rayonunda baş verən yanğın söndürülüb - YENİLƏNİB

Rezidenturaya qəbul imtahanının ikinci mərhələsi keçirilib

Aqrar sığorta üzrə müstəqil ekspert sertifikatı üçün test imtahanı təşkil edilib

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Sumqayıtda motosiklet sürücülərinə qarşı nəzarət-profilaktik tədbirlər keçirilib VİDEO

Sumqayıtda motosiklet sürücülərinə qarşı nəzarət-profilaktik tədbirlər keçirilib VİDEO

İmişlidə Araz çayında batan şəxsin meyiti tapılıb - YENİLƏNİB 2

Fərid Xəlilov: Yaxın illərdə Azərbaycanda beynəlxalq oxatma turnirinin təşkili planlaşdırılır VİDEO

Fərid Xəlilov: Yaxın illərdə Azərbaycanda beynəlxalq oxatma turnirinin təşkili planlaşdırılır VİDEO

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq elan olunub

Suriya ilə Rusiya hərbi bazaların gələcəyi ilə bağlı memorandum imzalayıb

Kamandan oxatma üzrə ölkə çempionatı və kubokunun qalibləri mükafatlandırılıb VİDEO

Kamandan oxatma üzrə ölkə çempionatı və kubokunun qalibləri mükafatlandırılıb VİDEO

Kamandan oxatma üzrə Azərbaycan çempionatı və kubokuna yekun vurulub VİDEO

Kamandan oxatma üzrə Azərbaycan çempionatı və kubokuna yekun vurulub VİDEO

Beynəlxalq Yerli Xalqlar Günündə müstəmləkəçiliyin davam edən izləri

İstirahət zonalarında polisin fasiləsiz xidməti təşkil edilib

Tovuzda fərdi yaşayış evində yanğın olub, xəsarət alan var VİDEO

Tovuzda fərdi yaşayış evində yanğın olub, xəsarət alan var VİDEO

Cənubi Qafqazda köhnə münaqişə reallığı tarixə qovuşur, yeni siyasi-iqtisadi düzən formalaşır - ŞƏRH

Qazaxıstanda sərnişin avtobusu yanıb

Almaniya XİN: Cənubi Qafqazda sülh və sabitlik ortaq maraqlarımıza uyğundur

Tanınmış şair və tərcüməçi Çingiz Əlioğlu vəfat edib

Rektor: Azərbaycan və Ermənistan liderlərinin Vaşinqton görüşü regionda sülhün və təhlükəsizliyin təməlini qoydu

Azərbaycan-Ermənistan münasibətləri artıq siyasi bəyanatlardan praktik əməkdaşlıq mərhələsinə keçir ŞƏRH

Yəmənin Mokha limanına raket və dron hücumu təşkil edilib

Almaniyada infrastrukturun dronlardan qorunması üçün yeni tədqiqat mərkəzi yaradılır

Sumqayıtda yaşayış binasında yanğın söndürülüb, 6 sakin təxliyə edilib

Avqustun 10-da hava necə olacaq? - PROQNOZ

Xocalı və Xocavəndin bir sıra kənd və qəsəbələrinin elektrik şəbəkəsi yenidən qurulur

Sinqapur Respublikasının Prezidenti Zati-aliləri cənab Tarman Şanmuqaratnama

Xarkova hava zərbələri endirilib, ölənlər və xəsarət alanlar var

Şəhid Elcan Məmmədovun atası: O, mənim yarımçıq qalmış missiyamı ən ali səviyyədə tamamladı

“Yay Fest 2026”nın “Müasir şəhərlər və texnologiya” düşərgəsi başa çatıb

Vaşinqtonda keçirilən tarixi görüşlər Cənubi Qafqazın siyasi tarixində yeni mərhələnin başlanğıcını qoydu ŞƏRH

Bu gün DOST Agentliyinin yaranmasının 8 ili tamam olur VİDEO

Bu gün DOST Agentliyinin yaranmasının 8 ili tamam olur VİDEO

Finlandiya Ukraynaya “Patriot” raketləri verməkdən imtina edib

Bu gün Beynəlxalq Yerli Xalqlar Günüdür

“Atletiko” dünya çempionunu 20 milyon avroya satıb

Qaziantepdə 4,5 bal gücündə zəlzələ olub

“Qalatasaray” rusiyalı futbolçunun transferi üçün “Lokomotiv”lə anlaşıb

Neymar yenidən Messi ilə komanda yoldaşı ola bilər

Türkiyə köhnəlmiş ABŞ silahlarını Ukraynaya verə bilər

Nigerdə sərnişin avtobuslarının toqquşması nəticəsində 22 nəfər ölüb

Belqorod vilayətinə dron hücumu olub, 13 nəfər yaralanıb

Siciliya sahillərində Roma imperiyasına aid batmış gəmi tapılıb

FIFA İnfantino ilə bağlı iddialara cavab verib

İraqda qonşu ölkəyə hücum planlaşdıran qrup üzvləri həbs edilib

Ekspert: Vaşinqton görüşü Cənubi Qafqazda münasibətlərin normallaşması yolunda tarixi dönüş nöqtəsidir

Marko Rubio: ABŞ Azərbaycan və Ermənistanla işləməyə tam sadiqdir

Zelenski: Ukrayna ordusu Donbasdan geri çəkilməyəcək

Leypsiq-Halle aeroportunda dron hadisəsindən sonra təhlükəsizlik tədbirləri gücləndirilib

Hakan Fidan: Türkiyə Azərbaycan və Ermənistan arasında davamlı sülhün əldə edilməsi səylərini dəstəkləyir

Bakıdan Limaya uzanan yeni körpü: Azərbaycanın Perudakı strateji sərmayəsi

MDU ilə Azərbaycan Texniki Universiteti birgə kadr hazırlığına başlayır

Paytaxtın Yasamal rayonunda keçirilən ödənişsiz skrinninq aksiyasında 400-ə yaxın qadın müayinə olunub

Xocavənddə buldozerin minaya düşməsi ilə bağlı araşdırma aparılır

Prezident İlham Əliyev Vaşinqton Zirvə Görüşünün ildönümü münasibətilə ABŞ Prezidentinə məktub ünvanlayıb

Amerika Birləşmiş Ştatlarının Prezidenti Zati-aliləri cənab Donald Trampa

Vaşinqton Bəyannaməsi – qlobal xaos fonunda işləyən sülh modeli ŞƏRH

Türk ekspert: Vaşinqton görüşü Prezident İlham Əliyevin diplomatiyasının növbəti uğurudur

Bu saata olan əsas xəbərlər

Nika Çitadze: Azərbaycan ilə Ermənistan arasında əldə olunan razılaşma sülh prosesinin yekunlaşması üçün zəmin yaradıb

Prezidentin Mətbuat Xidmətinin məlumatı VİDEO

Milli Kitabxanada yazıçı Əlisa Nicatın 90 illik yubileyinə həsr edilmiş kitab sərgisi təqdim olunub

Vaşinqton görüşü regionun gələcəyini müəyyən edən siyasi mərhələnin başlanğıcı kimi qiymətləndirilməlidir ŞƏRH