DÜNYA
İranda parlament seçkilərində iştirak edəcək namizədlərin qeydiyyatına başlanılmışdır
Tehran, 25 dekabr (AZƏRTAC). AZƏRTAC xəbər verir ki, dekabrın 24-də İran İslam Şurası Məclisinə növbəti seçkilərdə iştirak edəcək namizədlərin qeydiyyatına başlanılmışdır. Sayca doqquzuncu parlament seçkilərinə namizədlərin qeydiyyatı yeddi gün sonra başa çatacaqdır. 2012-ci il martın 2-də keçiriləcək seçkilərdə, əsasən, dini təmayüllü siyasi partiya nümayəndələri mübarizə aparacaqlar. 290 mandatlıq yerlə formalaşan parlamentin səlahiyyət müddəti dörd ildir.
Qeyd edək ki, bu ölkədə seçkiləri Daxili İşlər Nazirliyi həyata keçirir.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Tehran
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 27.06.2024 [18:45]
Macarıstan Ursula Fon der Lyayenin yenidən seçilməsini dəstəkləməyəcək
- 27.06.2024 [17:41]
Maksim Rıjenkov Belarus Respublikasının xarici işlər naziri təyin edilib
- 27.06.2024 [17:14]
Britaniyada avtomobil istehsalı ötən ay 11,9 faiz azalıb
- 27.06.2024 [16:55]
Özbəkistanda elektrik enerjisinin istehsalı kəskin şəkildə azalıb
- 27.06.2024 [16:13]
Qazaxıstan və Çin 629 milyon dollarlıq sazişlər paketi imzalayıb
- 27.06.2024 [15:35]