DÜNYA
İranın Qərbi Azərbaycan vilayətində minaya düşən beş əsgərdən dördü həlak olmuşdur
Tehran, 15 avqust (AZƏRTAC). İranın Qərbi Azərbaycan vilayətində yerləşən Şahur təpələrində bu ölkənin silahlı qüvvələrinin beş əsgəri minaya düşmüşdür.
Əsgərlərdən üçü hadisə yerində həlak olmuşdur. Hospitala çatdırılan iki hərbiçidən birinin həyatını xilas etmək mümkün olmamışdır. Digər yaralı əsgərin vəziyyətinin də ağır olduğu bildirilir.
Rəsmi məlumata görə, faciəyə səbəb olan mina İran-İraq müharibəsi dövründən qalmışdır.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Tehran
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 27.06.2024 [18:45]
Macarıstan Ursula Fon der Lyayenin yenidən seçilməsini dəstəkləməyəcək
- 27.06.2024 [17:41]
Maksim Rıjenkov Belarus Respublikasının xarici işlər naziri təyin edilib
- 27.06.2024 [17:14]
Britaniyada avtomobil istehsalı ötən ay 11,9 faiz azalıb
- 27.06.2024 [16:55]
Özbəkistanda elektrik enerjisinin istehsalı kəskin şəkildə azalıb
- 27.06.2024 [16:13]
Qazaxıstan və Çin 629 milyon dollarlıq sazişlər paketi imzalayıb
- 27.06.2024 [15:35]