İRANLA BÖYÜK BRİTANİYA ARASINDA FİKİR AYRILIĞI VARDIR
İranın və Böyük Britanıyanın xarici işlər nazirləri Tehranda mətbuat konfransında iki ölkə arasında bir sıra regional və beynəlxalq problemlərə dair mövqe eyniliyi ilə yanaşı, fikir ayrılığı olduğunu da təsdiqləmişlər. İyunun 29-da Tehrana gələn Böyük Britaniya XİN-in başçısı Cek Stro iranlı həmkarı Kamal Xərrazi ilə iki saat danışıq aparmışdır. İTAR-TASS-ın verdiyi xəbərə görə, tərəflər İraq, Əfqanıstan, Yaxın Şərqdə vəziyyət kimi mühüm problemləri, habelə terrorizm və kütləvi qırğın silahları ilə bağlı problemləri müzakirə etmişlər. K.Xərrazi demişdir: “Yaxın Şərqdə vəziyyətin nizama salınması məsələlərində, terrorizm və kütləvi qırğın silahlarının ləğv olunması problemlərinin həllinə münasibətdə bizim aramızda fikir ayrılığı mövcuddur”. Xərrazinin sözlərinə görə, İran qonşu İraqdakı vəziyyətdən narazıdır. O demişdir: “İraqın problemini başqa üsullarla həll etmək lazımdır. Orada xalq hökuməti yaradılmalıdır”.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.08.2026 [22:35]
Ukrayna Prezidenti Volodimir Zelenski Ceyhun Bayramovu qəbul edib
- 06.08.2026 [13:04]