DÜNYA
İraq DİN-in binasında partlayış olmuşdur
Bakı, 26 dekabr (AZƏRTAC). Dekabrın 26-da Bağdadda növbəti terror aktı nəticəsində azı 6 adam həlak olmuş, 30-dan çox adam yaralanmışdır. Güclü partlayış İraq Daxili İşlər Nazirliyinin binası yaxınlığında baş vermişdir.
Bu, son həftə qeydə alınan yeganə terror aktı deyildir. Bir neçə gün əvvəl İraq paytaxtında 70-dən çox adam silsilə terror aktlarının qurbanı olmuş, iki yüzdən çox adam yaralanmışdır.
Dünən intiharçı terrorçu mina qoyulmuş avtomobili düz polis blokpostunun üstünə sürmüşdür. Nəticədə 3 nəfər həlak olmuş, 12 nəfər yaralanmışdır.
ABŞ qoşunları ölkəni tərk etdikdən sonra terror aktlarının sayı həm paytaxtda, həm də əyalətlərdə, xüsusən, İraqın şimalında və cənubunda artmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 27.06.2024 [18:45]
Macarıstan Ursula Fon der Lyayenin yenidən seçilməsini dəstəkləməyəcək
- 27.06.2024 [17:41]
Maksim Rıjenkov Belarus Respublikasının xarici işlər naziri təyin edilib
- 27.06.2024 [17:14]
Britaniyada avtomobil istehsalı ötən ay 11,9 faiz azalıb
- 27.06.2024 [16:55]
Özbəkistanda elektrik enerjisinin istehsalı kəskin şəkildə azalıb
- 27.06.2024 [16:13]
Qazaxıstan və Çin 629 milyon dollarlıq sazişlər paketi imzalayıb
- 27.06.2024 [15:35]