DÜNYA
İşgüzar adamlar üçün Britaniya ulduz falı (26 dekabr – 1 yanvar)
QOÇLAR bu həftə bir qədər çox işləməli olacaqlar. Günəş yola saldığımız ilin ən azı son 10 gününü sizin karyera sektorunda keçirəcəkdir. Deməli, sizin də işgüzarlığınız zirvədə olacaqdır. Həftə sonu ulduzlar danışıqların aparılmasına, işgüzar ezamiyyətlərə şərait yaradacaqdır. Lakin təşəbbüs göstərməkdən çəkinin, çünki rəhbərliklə razılaşdırılmamış və onun tərəfindən bəyənilməmiş addımlar problemlərə gətirib çıxara bilər.
BUĞALAR işlərini sahmana salmaq üçün əlverişli dövrə qədəm qoyurlar. İşinizin səmərəliliyini artırmaq üçün Siz gizli imkanlarınızdan istifadə edə biləcəksiniz. Bütün gücünüzü çoxdan düşündüyünüz bir layihənin icrasına sərf etməlisiniz. Sizi və kollektivinizi qeyri-standart biznes məsələlərinin həllinə yönəldə biləcək emosiyalarınızı əsla gizlətməyə çalışmayın.
ƏKİZLƏRƏ London astroloqları uzunmüddətli tərəfdaşlıq əlaqələrini inkişaf etdirməyi tövsiyə edirlər. Amma bu işin aqibəti həmkarlarınızdan asılı olacaqdır. Uran və Yupiter karyera sektorunuza daxil olduğu üçün maliyyə durumunuz yaxşılaşacaqdır. İstədiyiniz krediti ala biləcəksiniz. Biznesinizin taleyi tərəfdaşlarla danışıqlarınızdan asılı olacaqdır.
XƏRÇƏNGLƏRİN sanki gözləri açılacaq, hər şey gün kimi aydın olacaqdır. Nəticədə əvvəllər biznesdə bəzi yanlış addımlar atdığınızı və çox güman, strategiyanızı yenidən nəzərdən keçirməli olduğunuzu başa düşəcəksiniz. Üstəlik, enerji və qətiyyətinizin atdığını hiss edəcəksiniz. Əgər rəissinizsə, əməkdaşlarınızla daha yumşaq rəftar etməyə çalışın. Yeni il ərəfəsində ürək qırmağa dəyməz.
ŞİRLƏRİN işgüzar ili digər Zodiak işarələrinə nisbətən daha tez başlayacaqdır. Həftənin əvvəlində siz yaradıcılıq enerjisi ilə dolub-daşdığınızı hiss edəcəksiniz. Belə əhval-ruhiyyə işinizə son dərəcə yaxşı təsir göstərəcəkdir. Ələlxüsus, əgər işiniz moda, istirahət və əyləncə sektorları ilə bağlıdırsa. Fəaliyyəti bilavasitə insanlara xidmət sahələri ilə bağlı olan peşələrin nümayəndələri daha çox uğura imza atacaqlar.
QIZLAR bu həftə işdə irəliləyə biləcəklər. Siz bunu çoxdan gözləyirdiniz və daxilən buna hazırlaşırdınız. İrəliyə doğru daha bir cəsarətli addım atın, lakin ikincini atmağa tələsməyin. Heç kimin qazandığınız uğuru sizə edilən iltifat kimi təqdim etməsinə imkan verməyin. Bu, yalnız sizin qələbənizdir və onu var gücünüzlə ətrafa duyurmalısınız.
TƏRƏZİLƏR həftə ərzində lazımlı adamlarla tanış ola bilərlər. Sizin ünsiyyətcilliyiniz, çevikliyiniz, müxtəlif informasiyalarla işləmək və düzgün qərarlar qəbul etmək bacarığınız güclənir. Venera və Ay hələlik himayəsini sizdən əsirgədiyi üçün ilin axırında biznes fəallığınız xeyli zəifləyəcəkdir. Müvəqqəti sakitlikdən faydalanmağa, 2012-ci ildə yeni sürət götürmək və yeni məsələləri həll etmək güc toplamağa çalışın.
ƏQRƏBLƏRƏ yenə də Uran hamilik edir. Bu isə o deməkdir ki, düşüncələriniz yenə də gələcəyə istiqamətlənmişdir. Həftə sonu intensiv informasiya axınının içinə düşəcəksiniz. Yaxanızı kənara çəkməyə çalışmayın. Aldığınız informasiya hadisələrin bir-birini sürətlə əvəzlədiyi bir vəziyyətdə manevr etməyinizə və maksimum səmərəli qərarlar qəbul etməyinizə kömək edəcəkdir.
OXATANLARA astroloqlar bütün biznes məsələlərini ikinci plana çəkməyi tövsiyə edirlər. Marsın təsiri altında siz müəyyən müddət - Yeni ilədək sanki bir növ vakuumda olacaqsınız. Müvəqqəti sakitlikdən şəxsi münasibətlərinizi yoluna qoymaq, yığılıb qalmış problemləri həll etmək üçün istifadə edin. Bu yükdən başa çatmaqda olan ildə qurtulmağa çalışın.
OĞLAQLARA diqqəti öz üzərlərinə çəkmək tövsiyə olunmur. Onlar, həmçinin öz niyyətlərini açıq ifadə etməkdən çəkinməlidirlər. Bu günlər intuisiyanızı diqqətlə dinləyin və ayıq-sayıq olun. Sonrakı günlər sizin üçün daha uğurlu olacaqdır. Siz, ələlxüsus cəsarət, məsuliyyət və qeyri-standart yanaşma tələb edən fəaliyyət sahələrində müvəffəqiyyət qazanacaqsınız.
DOLÇALARI qarşıdan gələn günlərin hadisələri sərfəli olmayan təklifi qəbul etməyə sövq edəcəkdir. Lakin indiki halda həmin təklif ümid bəsləyə biləcəyiniz ən məqbul təklifdir. Təlaşlanmayın və məyusluğa qapılmayın, özünüzə bir az istirahət verib daha əlverişli dövr gözləyin. Yadda saxlayın ki, tələsən təndirə düşər. Müqavilə imzalayarkən tələsik hərəkət etməyiniz xoşagəlməz nəticələr verəcəkdir.
BALIQLAR, xüsusən rəhbər vəzifə tutanlar üçün həftənin ikinci yarısı daha uğurlu olacaqdır. Siz təşkilatçılıq bacarığınızı nümayiş etdirəcəksiniz, qərarlarınız isə dəqiqliyi və səmərəliliyi ilə seçiləcəkdir ki, bunu da həm tabeliyinizdəki işçilər, həm də bilavasitə rəhbərliyiniz qiymətləndirəcəkdir. İndi kollektivinizin işini optimallaşdırmaq və təkliflərinizi rəhbərliyə təqdim etmək üçün gözəl imkan yaranmışdır. Amma astroloqlar yeni investisiyalar yatırmağı məsləhət görmürlər.