SİYASƏT
İSLAM KONFRANSI TƏŞKİLATININ BAŞ KATİBLİYİ MƏTBUAT BƏYANATI
İSLAM KONFRANSI TƏŞKİLATI DAĞLIQ QARABAĞ BÖLGƏSİNDƏ SEÇKİLƏRİN KEÇİRİLMƏSİNİ PİSLƏYİR VƏ ONU BEYNƏLXALQ QANUNLARA ZİDD SAYIR
İslam Konfransı Təşkilatı Azərbaycanın Dağlıq Qarabağ bölgəsində hökmranlıq edən separatçı hərəkatın həmin bölgədə (yerli hakimiyyət orqanlarına) seçkilər keçirilməsini çox dərin həyəcanla qarşılamışdır.
İslam Konfransı Təşkilatı bu tədbiri bütün beynəlxalq qanun və qaydalara zidd hesab edərək, onun keçirilməsinə qəti surətdə etirazını bildirir və Azərbaycan Respublikası ərazisində, o cümlədən Dağlıq Qarabağ bölgəsində erməni işğalına son qoyulması ilə əlaqədar özünün sabit mövqeyini bir daha təsdiq edir. Azərbaycan Respublikasının ərazisinin işğalına son qoymağı, onun suverenliyinə, milli vəhdət və ərazi bütövlüyünə hörmət etməyi Ermənistan Respublikasından tələb edən İKM Ermənistan-Azərbaycan münaqişəsinin İslam Konfransı Təşkilatı, Birləşmiş Millətlər Təşkilatı və Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı tərəfindən verilmiş qərarlara əsasən sülh və danışıqlar yolu ilə həll edilməsinə çağırır.