İsmayıllıda Aprel zəfəri parkı salınır
İsmayıllı, 7 aprel, AZƏRTAC
İsmayıllı şəhərində Azərbaycan Ordusunun Aprel döyüşlərində əldə etdiyi tarixi qələbə münasibətilə Zəfər parkı salınır.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, rayon icra hakimiyyətinin təşəbbüsü və təşkilatçılığı ilə salınan parkda artıq genişmiqyaslı işlərə başlanılıb. Bununla əlaqədar keçirilən kütləvi iməcilikdə 2 mindən çox küknar, şam, cökə, akasiya, göyrüş, ağcaqayın ağacı əkilib.
Parkda Aprel zəfəri barədə məlumatı əks etdirən xatirə lövhəsi, şəhid Mikayıl Vahabzadəyə həsr olunan guşə yaradılacaq.