İsmayıllıda “Qızlar futzal kuboku” turniri keçirilib
Bakı, 22 aprel, AZƏRTAC
İsmayıllıda 13 yaşadək məktəbli qızlar arasında “Qızlar futzal kuboku” turniri keçirilib.
AZƏRTAC AFFA-ya istinadla xəbər verir ki, İvanovka kənd tam orta məktəbin idman zalında təşkil olunan yarışda 12 məktəbdən 105 şagird iştirak edib.
Turnirin ilk günündə qrup mərhələsi üzrə 12 görüş, ertəsi gün isə play-off mərhələsinin qarşılaşmaları və final oyunu keçirilib. UEFA-nın və AFFA-nın dəstəyi ilə təşkil olunmuş turnirdə komandalar top və idman gödəkcələri ilə təmin olunublar.
Turnirin qalibi 2 nömrəli tam orta məktəbin komandası olub. Topçu kənd tam orta məktəbin təmsilçiləri yarışı ikinci, İsmayıllı şəhər 3 nömrəli məktəb-liseyin komandası isə üçüncü pillədə başa vurublar.
Ən yaxşı oyunçu 2 nömrəli tam orta məktəbin şagirdi Səbinə Mursalzadə seçilib.
Xatırladaq ki, layihənin əsas məqsədi gələcəkdə qızlar futzal liqasının, eləcə də qadınlardan ibarət milli komandanın yaradılmasıdır. “Qızlar futzal kuboku” layihəsi bundan əvvəl Quba, Mingəçevir, Balakən, Lənkəran, Qax və Gəncədə təşkil olunub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.10.2026 [11:15]
AFFA İntizam Komitəsi Premyer Liqa klublarını cərimələyib
- 13.10.2026 [10:59]
Azərbaycanın iki klubu FIBA Avropa Kubokunda növbəti oyunlarına çıxırlar
- 13.10.2026 [10:49]
Azərbaycanın FIFA referisi “Roma” - “Real Madrid” oyununu idarə edəcək
- 13.10.2026 [10:28]
Çempionlar Liqası: “Qalatasaray” “Barselona”ya qarşı
- 13.10.2026 [10:09]
Azərbaycan güləşçisi U-23 dünya çempionatının finalına vəsiqə qazanıb
- 13.10.2026 [10:03]
“Sabah” Çempionlar Liqasında “Slaviya” ilə qarşılaşacaq
- 13.10.2026 [02:21]
“Əl-Nəsr” qalib gəlib, Ronaldo karyerasının 981-ci qolunu vurub
Hörmüz boğazında tanker atəşə tutulub
- 12.10.2026 [23:56]
Dövlət məktəblərində geyim qaydalarının icrasına nəzarət gücləndirilib
- 12.10.2026 [22:15]
Sarayevoda mina qurbanlarına həsr olunmuş növbəti ekspozisiya açılıb
- 12.10.2026 [22:04]