Azərbaycan Dövlət İnformasiya Agentliyi

İsrail qəzeti 15 erməni təxribatçısının Azərbaycan tərəfindən azad edilməsi barədə yazıb

İsrail qəzeti 15 erməni təxribatçısının Azərbaycan tərəfindən azad edilməsi barədə yazıb

Bakı, 5 iyul, AZƏRTAC

On beş nəfər erməni əsilli təxribatçı hərbi əsir 30 illik erməni işğalı və sonuncu Qarabağ müharibəsi dövründə Azərbaycanın Füzuli və Zəngilan rayonlarında basdırılmış azı 92 min minanın göstərildiyi xəritələrin müqabilində Azərbaycan tərəfindən azad edilib.

AZƏRTAC xəbər verir ki, jurnalist Şmuel Dan Elmas İsraildə çıxan nüfuzlu ivritdilli “Israel HaYom” qəzetində dərc edilmiş “Mina sahələrinin xəritələri müqabilində Azərbaycan 15 erməni təxribatçını azad edib” sərlövhəli məqaləsində bu barədə yazıb.

Məqalə müəllifi qeyd edir ki, bu məsələdə rəsmi Moskva, konkret olaraq Qarabağdakı Rusiya sülhməramlı qüvvələrinin komandanı general Rüstəm Muradov vasitəçilik edib.

Müəllif yazır: “Ermənilərin minaladığı sahələrin xəritəsini rusiyalı komandan özü Azərbaycan Müdafiə Nazirliyinə təqdim edib, digər tərəfdən, erməni əsilli 15 təxribatçı bilavasitə general Muradovun iştirakı ilə azad edilib və Yerevana aparılıb”.

Azərbaycan Xarici İşlər Nazirliyinin məlumatında deyilir: “Mina xəritələrinin alınması üzrə humanitar təşəbbüsün həyata keçirilməsində göstərdiyi vasitəçilik xidmətlərinə görə Azərbaycan Respublikasının ərazisində müvəqqəti yerləşdirilmiş Rusiya Federasiyası sülhməramlı kontingentinin komandanı Rüstəm Muradova təşəkkürümüzü ifadə edirik.

Mina xəritələrinin əldə edilməsi on minlərlə vətəndaşımızın, o cümlədən minatəmizləyənlərin həyatını təhlükədən xilas edəcək və işğaldan azad edilmiş ərazilərimizdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən əsası qoyulan tikinti və yenidənqurma layihələrini və məcburi köçkünlərin qayıdışı prosesini sürətləndirəcəkdir”.

İsrailli jurnalist qeyd edir ki, təqribən 1 ay bundan əvvəl İkinci Qarabağ müharibəsi dövründə işğaldan azad edilmiş Kəlbəcər rayonunda iki azərbaycanlı jurnalist tank əleyhinə minaya düşərək həlak olmuşdu. Bu hadisədən sonra Rusiya tərəfi vasitəçilik edib.

Məqalədə Azərbaycan Respublikası Prezidentinin köməkçisi, xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin sözləri də sitat gətirilib. H.Hacıyevin məlumatında deyilir: “Ermənistandan Azərbaycana tərəf axan Oxçuçayın vəziyyəti ekoloji fəlakətə dəlalət edir. Ermənistanda mədənçıxarma sənayesinin fəaliyyəti ilə əlaqədar bu çayda kimyəvi zəhərlənmənin yüksək səviyyədə olması qeydə alınıb. Buna görə cavabdeh olan şirkətlər öz fəaliyyətini dayandırmalıdırlar”.

Məqalə müəllifi qeyd edir ki, Araz çayının sol qolu olan Oxçuçay mənbəyini Zəngəzur sıra dağlarının Qapıcıq dağından (3285 metr) götürür. Çayın çox hissəsi Ermənistanın Sünik vilayətindən keçir. Şmuel Dan Elmas vurğulayır: “Oxçuçayın su ehtiyatlarından əsasən suvarma məqsədləri üçün istifadə edilir. Lakin Ermənistan ərazisində sənaye tullantıları ilə daim güclü çirklənməyə məruz qalan transsərhəd çay olan Oxçuçay onun axarı boyunca yerləşən sənaye obyektləri üçün kollektor rolu oynayır və bu çayın su ehtiyatları Azərbaycan ərazisində istifadə üçün yararsız vəziyyətə düşür.

Oxçuçayın Cənubi Qafqazda ikinci ən böyük çay olan Araza töküldüyünü nəzərə alsaq, Oxçuçayın çirklənməsi Araz çayının su ehtiyatlarının keyfiyyətinə də birbaşa təsir göstərir. Kür çayının ən iri sağ qolu olan Araz da Ermənistanla transsərhəd çaydır. Lakin Arazda suyun keyfiyyətini nəzərə alsaq, bu sudan məişət və kənd təsərrüfatı ehtiyacları üçün istifadə edilməsi son dərəcə mənfi nəticələrə gətirib çıxara bilər.

Məlumdur ki, mədənçıxarma və emal müəssisələrinin fəaliyyəti nəticəsində ağır metal duzlarının çox hissəsi ətraf mühitə düşür. Bu fakt belə güman etməyə əsas verir ki, Ermənistanın Sünik vilayətində Oxçuçayın mənbəyində yerləşən ən iri mədənçıxarma müəssisələrindən biri istehsal tullantılarını hər hansı şəkildə emal edilmədən bilavasitə çaya axıdır, bu isə ekoloji normalara ziddidir”.

İsrailli jurnalistin fikrincə, Ermənistandakı Qacaran mis-molibden kombinatı və Qafan filizsaflaşdırma kombinatı tərəfindən çaya hədsiz çox miqdarda ağır metal tullantılarının axıdılması çayın faunasını məhv etməklə yanaşı insanların sağlamlığı üçün hədsiz təhlükəlidir.

Qəzet yazır: “Çirklənmiş sudan istifadə edilməsi mədə-bağırsaq traktının pozulmasından, böyrəklərdə və sümük iliyində destruktiv proseslərdən başlamış ürək-damar, əsəb və qanyaratma sistemlərinin pozuntularına qədər təhlükəli nəticələrə gətirib çıxara bilər.

Əvvəllər Ermənistan tərəfindən işğal edilmiş Azərbaycan torpaqlarının azad edilməsi nəticəsində yerli, o cümlədən Zəngilan rayonunun ərazisi ilə axan çayların azərbaycanlı ekoloqlar üçün əlçatanlığı təmin edilib. 2021-ci ilin yanvar-mart aylarında Oxçuçaydan götürülmüş su nümunələrinin analizinin nəticələri həmin suyun tərkibində mis, molibden, manqan, dəmir, sink və xrom kimi ağır metalların hədsiz çox olduğunu göstərib.

Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin hesabatına əsasən həmin suyun tərkibində mis-molibden birləşmələrinin miqdarı normadan 2 dəfə, dəmirin miqdarı 4 dəfə, nikelin miqdarı isə 7 dəfə yüksək olub”.

Məqalə müəllifi qeyd edir ki, Oxçuçayın suyunun rəngi vaxtaşırı dəyişərək gah ağ rəngdə, gah da sarı turşu rəngində olur. Jurnalist Şmuel Dan Elmas İsraildə çıxan nüfuzlu ivritdilli “Israel HaYom” qəzetində dərc olunmuş məqaləsinin sonunda yazır: “2021-ci ilin mart ayında Oxçuçayın suyunda dəmir, mis, nikel, molibden və digər ağır metalların çox olması nəticəsində alabalıq növünün kütləvi şəkildə qırılması qeydə alınıb”.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Vüsal Xəlilov: Ani Ödənişlər Sisteminin genişləndiriləcək və fintexlər üçün yeni imkanların yaradılacaq

BMT-nin ekspertlərindən xəbərdarlıq: Sudanda aclıq təhlükəsi artır

Azərbaycanla Qlobal Cənub ölkələri arasında siyasi və iqtisadi əməkdaşlığın perspektivləri – ŞƏRH

Azərbaycan və Laos prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər YENİLƏNƏCƏK

Prezident: Azərbaycanın xarici ölkələrə sərmayə qoyuluşu ildən-ilə genişlənir

İtaliyanın Baş naziri yanacağın qiymətlərinin artması ilə bağlı Avropa İttifaqı rəhbərliyinə müraciət edib

Lənkəranda ər arvadını və azyaşlı oğlunu bıçaqlayıb

Bakıda Azərbaycan-Laos biznes-forumu keçiriləcək

Oxfam Fransanı məhkəməyə verməyə hazırlaşır

İcraçı direktor: Türkiyə ilə Azərbaycanın maliyyə texnologiyaları sahəsində əməkdaşlığının genişləndirilməsi vacibdir

Azərbaycan Prezidenti: Laosla siyasi əlaqələr uzun illərdir uğurla inkişaf edir

Tolerantlıq həyat tərzimiz, təhsil isə milli təhlükəsizliyimizin təminatıdır - Coşqun Məmmədov

Gürcüstan Müdafiə Qüvvələrinin sayı gələn il 37 min nəfər olacaq

Prezident İlham Əliyev: Əminəm ki, Laosla ikitərəfli əməkdaşlıq daha da dərinləşəcək

Banklar Assosiasiyasının prezidenti: Türk dövlətlərinin maliyyə infrastrukturlarının qarşılıqlı inteqrasiyası strateji vəzifələrdəndir

Milli Məclisin sədri: Parlamentin üzvləri kimi dövlətimizin möhkəmləndirilməsinə kömək göstərməliyik

Qara dəniz sahillərində gəmillərə endirilən hava zərbələri nəticəsində Azərbaycan vətəndaşları xəsarət alıblar

Milli İncəsənət Muzeyində ilin sonunadək bir sıra mühüm sərgilər açılacaq

Səudiyyə Ərəbistanı paytaxtının hava limanı bu həftə bağlı qalacaq

Azərbaycan ilə Laos arasında Birgə Bəyanat qəbul olunub və sənədlər mübadilə edilib YENİLƏNƏCƏK

“Layihə idarəetməsi” modulu üzrə təlimlərə başlanılıb

Azərbaycan Banqkokda beynəlxalq ipək sərgisində təmsil olunur

Prezident İlham Əliyevin Laos Prezidenti ilə geniş tərkibdə görüşü olub YENİLƏNƏCƏK

Zakir Nuriyev: Yarım ildə ölkədaxili nağdsız ödənişlər 14,5 faiz artıb

Cənubi Azərbaycan folklorunun aktual problemlərinə dair seminar təşkil edilib

Baş katib: OPEC neft tələbatının artım proqnozunu sutkada 400 min barelə endirib

Sabah Bakı, Sumqayıt və Abşeron üzrə pensiyalar ödəniləcək

AFFA İntizam Komitəsi Premyer Liqa klublarını cərimələyib

Şirin Məlikova: Yeni kitabların nəşrini planlaşdırırıq

Buxarada “Azərbaycan mədəniyyəti: Ədəbiyyat və sənət həftəsi” çərçivəsində konsert təşkil edilib VİDEO

Buxarada “Azərbaycan mədəniyyəti: Ədəbiyyat və sənət həftəsi” çərçivəsində konsert təşkil edilib VİDEO

Fransada yükdaşıma şirkətləri dizelin bahalaşmasına etiraz edir

Milli Məclisdə 13 məsələnin müzakirəsinə başlanılıb

Naxçıvanda vergiödəyicilərinin sayı 7 faizədək artıb

Vüsal Xəlilov: Açıq bankçılıq finteklər üçün yeni imkanlar yaradır VİDEO

Vüsal Xəlilov: Açıq bankçılıq finteklər üçün yeni imkanlar yaradır VİDEO

Baş məşqçi: Slovakiya klubu ilə matçda daha yaxşı oyun göstərməyə çalışacağıq

OPEC+: İran müharibəsi neft daşımalarının xərcini rekord həddə çatdırıb

Səhiyyə Nazirliyində “Vətəndaş qəbulu” tam rəqəmsallaşıb

Azərbaycanın iki klubu FIBA Avropa Kubokunda növbəti oyunlarına çıxırlar

Politoloq: MDB-yə sədrliyin 2028-də Azərbaycana keçməsi üzv dövlətlər üçün mühüm fürsət olacaq

Mərkəzi Bank: Ani ödənişlər sistemində gündə 1 milyon əməliyyat keçirilir VİDEO

Mərkəzi Bank: Ani ödənişlər sistemində gündə 1 milyon əməliyyat keçirilir VİDEO

Azərbaycanda vergiödəyicilərinin sayı 4,6 faiz artıb

Prezident İlham Əliyevin Laos Prezidenti ilə təkbətək görüşü olub

DİN: Cinayət törətməkdə şübhəli bilinən 40 nəfər saxlanılıb

Məktəblərdə vahid geyim forması: dünyəvilik, sosial bərabərlik və tolerantlıq prinsipləri

Azərbaycanın FIFA referisi “Roma” - “Real Madrid” oyununu idarə edəcək

İqor Ponomaryov: Düşünürəm ki, futbolçular bu dəfə daha inamlı çıxış edəcəklər

Baş Prokurorluğun nümayəndə heyəti beynəlxalq tədbirdə iştirak edib

Daha bir qrup ukraynalı uşaq reabilitasiya xidmətlərinə cəlb olunmaq üçün ölkəmizə gətirilib

Laos Prezidentinin Bakıda rəsmi qarşılanma mərasimi olub VİDEO

Fransa Hind okeanında “kölgə donanması”na qarşı əməliyyat keçirib, neft tankeri saxlanılıb

BMT Baş Assambleyasında pandemiya bəyannaməsi qəbul edilib

"ASAN xidmət"in Kambocada tətbiqi ilə bağlı işlər sürətləndirilir

Asiya İnkişaf Bankı “Bakı Metropoliteni” QSC-yə 302 milyon dollar kredit ayırıb

Bu ilin ilk 8 ayında əhaliyə 65 milyondan çox tibbi xidmət göstərilib

Bakıda türk dövlətlərinin maliyyə və fintex sektoruna dair müzakirələr aparılır

Çempionlar Liqası: “Qalatasaray” “Barselona”ya qarşı

® ABB-nin təşkilatçılığı ilə Beynəlxalq Risk Forumu keçiriləcək

NATO təliminin iştirakçıları üçün ekskursiyalar təşkil olunub

Ağdam Sənaye Parkında un istehsalı layihəsi həyata keçiriləcək

Hakim vəzifələrinə təyin olunmuş prokurorluq əməkdaşlarına fəxri fərmanlar təqdim edilib

Azərbaycanın logistika imkanları İzmirdə təqdim olunub

Xaçmazlı və qusarlı məzunlar Prezident təqaüdçüsü oldular

Bakıda növbəti “Xarici Siyasət Proqramı” təşkil olunub

AZAL 9 ayı artım və beynəlxalq nailiyyətlərlə başa vurub

Türkiyədə Ankaranın paytaxt elan edilməsinin 103-cü ildönümü qeyd olunur

NİİM-dən motosiklet və skuter idarə edənlərə xəbərdarlıq VİDEO

NİİM-dən motosiklet və skuter idarə edənlərə xəbərdarlıq VİDEO

Qızıl və gümüş bahalaşıb VİDEO

Qızıl və gümüş bahalaşıb VİDEO

Azərbaycan güləşçisi U-23 dünya çempionatının finalına vəsiqə qazanıb

Neft ucuzlaşır VİDEO

Neft ucuzlaşır VİDEO

Sumqayıt, Ağdaş və Göyçayın bəzi ərazilərində elektrik enerjisinin verilişində məhdudiyyət olacaq

“Sabah” Çempionlar Liqasında “Slaviya” ilə qarşılaşacaq

Azərbaycan nefti 131 dollara satılır VİDEO

Azərbaycan nefti 131 dollara satılır VİDEO

BDYPİ-dən sürücülərə xəbərdarlıq: Dəmir yolu keçidləri təhlükəli yol sahəsidir! VİDEO

BDYPİ-dən sürücülərə xəbərdarlıq: Dəmir yolu keçidləri təhlükəli yol sahəsidir! VİDEO

Xarkov şəhərinə intensiv hava zərbələri endirilib, ölənlər və xəsarət alanlar var VİDEO

Xarkov şəhərinə intensiv hava zərbələri endirilib, ölənlər və xəsarət alanlar var VİDEO

Pakistanda qatarın relsdən çıxması nəticəsində beş nəfər ölüb

“44” bədii filmi ilə bağlı mətbuat konfransı təşkil olunub

Aeroport şosesində qəza nəqliyyatın sıxlığına səbəb olub

BVF Yaxın Şərqdəki vəziyyətlə əlaqədar yeni qiymət artımı riski barədə xəbərdarlıq edib

Azərbaycanın nəhəng kinematoqrafiya layihələrindən birinin – “44” bədii filminin premyerası olub

Bakıda bəzi yollarda nəqliyyatın hərəkətində sıxlıq yaranıb

Nizami rayonunda qaz təchizatında fasilə yaranacaq

Bakının iki rayonunda elektrik enerjisinin verilişi məhdudlaşdırılacaq

Ekspert: Süni intellekt kibertəhlükəsizlik mütəxəssislərinin rolunu dəyişir

Panamada 6,4 bal gücündə zəlzələ baş verib

Şimali Koreya taktiki ballistik raketi sınaqdan keçirib

Novak: Hörmüz boğazına görə qlobal bazara gündə 6-7 milyon barel neft çatdırılmır

Rubio və Miliband Böyük Britaniyada ABŞ aktivlərinin qorunmasını müzakirə ediblər

Daimi nümayəndəlik: Azərbaycan 2032-ci ilədək bərpaolunan enerji gücünü 8 giqavata çatdırmağı planlaşdırır

“Əl-Nəsr” qalib gəlib, Ronaldo karyerasının 981-ci qolunu vurub

ABŞ Prezidenti Asiya səfəri zamanı Kim Çen Inla görüşə biləcəyini açıqlayıb

Tramp: Putin və Zelenski razılaşmaq istəyirlər, lakin bunu necə edəcəklərini bilmirlər

Bolqarıstan Qara dənizdə dron hücumlarının araşdırılması üçün NATO və Aİ-dən kömək istəyib

Husilər Ər-Riyad hava limanına raket zərbəsi endirdiklərini iddia ediblər

Hörmüz boğazında tanker atəşə tutulub

Füzulidə qadınların təşəbbüsü ilə yaradılan cücə-inkubator sexinin açılışı olub

Prezident İlham Əliyevin sosial media hesablarında Kambocanın Baş nazirinin Azərbaycana səfərinə dair videoçarx paylaşılıb VİDEO

Ərdoğan: Ankara fikir ayrılıqlarının diplomatik yollarla həllinin tərəfdarıdır

Ramin Məmmədov: Azərbaycanın dünyəvi idarəetmə modeli ilə dini dəyərlər arasında ziddiyyət yoxdur

Dövlət məktəblərində geyim qaydalarının icrasına nəzarət gücləndirilib

Sarayevoda mina qurbanlarına həsr olunmuş növbəti ekspozisiya açılıb