SİYASƏT
İsrail Xarici İşlər Nazirliyi qondarma “erməni soyqırımı”nın tanınmasına dair qanun layihəsinin əleyhinə çıxış etmişdir
Bakı, 26 dekabr (AZƏRTAC). İsrail Xarici İşlər Nazirliyi Knessetdə müzakirəyə çıxarılmış qondarma “erməni soyqırımı”nın tanınmasına dair qanun layihəsinin əleyhinə çıxış etmişdir.
Azərbaycan Türkiyə KİV-lərinə istinadla xəbər verir ki, İsrail Xarici İşlər Nazirliyinin nümayəndəsi bu layihəni qiymətləndirərək, indiki vəziyyətdə belə bir addımın Türkiyə ilə münasibətlərə çox ciddi təhlükə ola biləcəyi barədə xəbərdarlıq etmişdir.
XİN rəsmisi demişdir: “Hazırda Türkiyə ilə bizim münasibətlərimiz çox amanabənddir. Əndazəni aşmaq olmaz. Əks halda bu, ciddi strateji nəticələrə gətirib çıxara bilər”.
Əvvəllər İsraildə “erməni soyqırımı”nı tanımağa cəhd göstərilməmişdir. Bununla əlaqədar Xarici İşlər və Müdafiə Komitəsinə təqdim edilmiş layihələr rədd edilmişdir.