İSTEDADLI VƏ YARADICI GƏNCLƏRƏ DÖVLƏT QAYĞISI DAİM DİQQƏT MƏRKƏZİNDƏDİR
İstedadlı və yaradıcı gənclərə dövlət qayğısı daim diqqət mərkəzindədir.
AZƏRTAC xəbər verir ki, aprelin 17-dən 19-dək “Gənclik” beynəlxalq turizm mərkəzində Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi “Gənclik - gələcəyin səsi” mövzusunda II respublika görüş-seminarı keçirəcəkdir.
Tədbirin əsas məqsədi yaradıcı və istedadlı gənclərə dövlət qayğısının daha da artırılması, onların qabiliyyətlərinin inkişaf etdirilməsi üçün əlverişli şəraitin formalaşdırılması proseslərinin gücləndirilməsi, yaradıcı gənclərin mövcud problemlərinin müzakirə edilməsi və qarşıda duran əsas vəzifələrin səmərəli həyata keçirilməsi yollarının müəyyənləşdirilməsidir.
100-ə yaxın yaradıcı gəncin qatılacağı görüş-seminarda teatr, kino, musiqi, rəqs, təsviri sənət və ədəbi yaradıcılıq sahələri ilə bağlı müzakirələr aparılacaqdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.06.2026 [19:35]
Ədirnə Biennalesində azərbaycanlı rəssamın əsərləri sərgilənir
- 05.06.2026 [14:06]
Çinli tələbələr “Bizim Cəbiş müəllim”dən fraqmentlər səsləndiriblər VİDEO
- 05.06.2026 [11:37]