İQTİSADİYYAT
İstehlaka yararsız mallar satışdan çıxarılmışdır
Bakı, 27 dekabr (AZƏRTAC). İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti növbəti monitorinqlər keçirmişdir.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, Sabunçu rayonunda "Sultan", "Bizim", Xətai rayonunda "Şamo", "Ulduz", "Home", Binəqədi rayonunda "Gold", "Fərid", "Xalis-A", Nəsimi rayonunda "Zərin" marketlərdə, Bəxtiyar Allahyarzadəyə məxsus mağazada, Yasamal rayonunda "Ucuz market"də, Masallı rayonunda Xaliq İbrahimova, Gəncə şəhərində Gəncəli Məmmədovaya, Qədir Tarvediyeva məxsus mağazalarda ümumi çəkisi 360 kiloqram olan saxlama müddəti ötmüş və normativ-texniki sənədlərin tələblərinə uyğun olmayan ərzaq malları aşkarlanmış, satışdan çıxarılaraq məhv edilmişdir.
Qanun pozuntusuna yol vermiş şəxslər barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati cərimələr tətbiq ediləcəkdir.