İstiqlal Muzeyində növbəti sərgi - “Paralel”
Bakı, 11 oktyabr, AZƏRTAC
Oktyabrın 17- də Azərbaycan İstiqlal Muzeyində dövlət müstəqilliyimizin bərpasının 27-ci ildönümü münasibətilə “Paralel” adlı tədbir-sərgi keçiriləcək.
Muzeydən AZƏRTAC-a bildirilib ki, sərgidə Azərbaycan Xalq Cümhuriyyətinin və Müstəqil Azərbaycan Respublikasının fəaliyyətini və inkişafını özündə əks etdirən 40-dan çox fotoşəkil nümayiş etdiriləcək.
Tədbirdə Təhsil Nazirliyi Gənclərin Respublika bədii yaradıcılıq evinin tələbələrinin hazırladığı maraqlı bədii proqram təqdim olunacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.06.2026 [15:19]
Klassik ənənə və müasir yanaşma: Beynəlxalq Muğam Mərkəzində növbəti konsert
- 10.06.2026 [13:54]