İDMAN
İtaliya mediası “Bakı-2015”-in möhtəşəm açılış mərasimindən yazır
![](/files/galleryphoto/2015/2/1200x630/1434190030469696397_1200x630.jpg)
![](/files/galleryphoto/2015/2/1200x630/14341900303030542726_1200x630.jpg)
![](/files/galleryphoto/2015/2/1200x630/14341900304637432424_1200x630.jpg)
![](/files/galleryphoto/2015/2/1200x630/14341900305761430307_1200x630.jpg)
![](/files/galleryphoto/2015/2/1200x630/14341900301057133457_1200x630.jpg)
Roma, 13 iyun, AZƏRTAC
“Bakı-2015”-in möhtəşəm açılış mərasimi bir çox Avropa ölkələrində olduğu kimi, İtaliyada da böyük əks-səda doğurub. Bu ölkənin aparıcı xəbər saytları, informasiya portalları, televiziya kanalları və qəzetləri ilk Avropa Oyunlarına start verilməsini geniş işıqlandırıb.
Yayılan məlumatlarda Azərbaycanın Avropaya və bütün dünyaya uzun müddət yaddaşlarda qalacaq bir şou təqdim etdiyi vurğulanır. Qeyd olunur ki, Bakı Olimpiya Stadionuna toplaşmış on minlərlə insan yarışların rəsmi açılışını bildirən mərasimi böyük maraq və həyəcanla izləyiblər. Qafqazın Neapolu sayılan, Xəzərin sahilində yerləşən Bakıda keçirilmiş bu tədbirdə Azərbaycanın adət-ənənələri və müasir elementlər vəhdətdə nümayiş olunub.
Maqsud Dadaşov
AZƏRTAC-ın xüsusi müxbiri
Roma
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 22.02.2016 [16:52]
“İnter” klubu UEFA-nın cəriməsini ödəyib
- 05.01.2016 [12:35]