İtaliyalı professor Gəncə Dövlət Universitetində ustad dərslərinə başlayıb
Gəncə, 15 yanvar, Rauf Hacıyev, AZƏRTAC
“ERASMUS+KA1” birgə əməkdaşlıq layihəsi çərçivəsində İtalyanın Ka Foskari Venesiya Universitetinin əməkdaşı professor Elena Rova yanvarın 15-dən 25-dək Gəncə Dövlət Universitetində ustad dərsi keçəcək.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə universitetin beynəlxalq əlaqələr şöbəsinin müdiri Ruslan Həsənov məlumat verib.
Onun sözlərinə görə, Avropa Komissiyasının maliyyə dəstəyi ilə reallaşacaq iki həftəlik intensiv kurs əsasən tarix-coğrafiya fakültəsinin professor müəllim heyəti üçün nəzərdə tutulub. Təlimin yekununda iştirakçılar sertifikatla təltif olunacaqlar.