RƏSMİ XRONİKA
İTAR-TASS-ın Baş direktoru Vitali İqnatenkodan, İTAR-TASS-ın Baş direktorunun birinci müavini Mixail Qusmandan
Hörmətli İlham Heydər oğlu!
Olduqca əlamətdar, dostcasına müşahidə etdiyimizə görə Sizin üçün olduqca əziz bir gündə, yaxınlarınız, dostlarınız və həmkarlarınız Sizi gözəl kişi yubileyi - anadan olmağınızın 50 illiyi münasibətilə təbrik etdiyi bir vaxtda İTAR-TASS-ın kollegiyası, jurnalistlər, agentliyin bütün əməkdaşları bizim sözlərimizə qoşulurlar. Ad gününüz Azərbaycan xalqının Sizin rəhbərliyiniz altında sabitlik, iqtisadi inkişaf, yüksək mənəvi şəraitdə yaşadığı ilin sonuna təsadüf edir. Sizin respublikaya necə güclü enerji ilə, işinizi parlaq, peşəkar bilməklə, ardıcıllıq və əzmlə rəhbərlik etdiyinizi, Azərbaycanın tərəqqisinə təminatlı şəkildə nail olmağınızı biz yaxşı bilirik. Respublikanın Prezidenti vəzifəsində Sizin məqsədyönlü və fədakarcasına çalışdığınız bütün səkkiz il Azərbaycan ilə Rusiya arasında münasibətlərin möhkəmlənməsi, dostluq əlaqələrinin və hərtərəfli qarşılıqlı faydalı əməkdaşlığın inkişafı ilə səciyyəvidir.
Biz bu təntənəli gündə Sizi səmimi qəlbdən təbrik edərək Sizinlə artıq ənənəyə çevrilmiş görüşlərimizi ən xoş duyğularla və Sizin Bakıda göstərdiyiniz qonaqpərvərliyə görə xüsusi minnətdarlıqla xatırlayırıq.
Sizə səmimi qəlbdən möhkəm cansağlığı, çətin işinizdə yorulmazlıq və uğurlar, Sizə və gözəl ailənizə xoşbəxtlik və firavanlıq diləyirik. Qoy Sizin səyləriniz bundan sonra da Azərbaycan xalqı naminə, ölkələrimiz arasında dostluq və əməkdaşlıq naminə öz bəhrələrini versin.
Hörmətlə,
Vitali İqnatenko
İTAR-TASS-ın Baş direktoru
Mixail Qusman
İTAR-TASS-ın Baş direktorunun birinci müavini