Kanadada baş vermiş təyyarə qəzasında 3 nəfər ölüb
Bakı, 17 iyul, AZƏRTAC
Kanadanın şimalındakı Labrador regionunda gölün üzərində təyyarənin qəzaya uğraması nəticəsində 3 nəfərin öldüyü, daha dörd adamın isə itkin düşdüyü bildirilir.
AZƏRTAC CNN telekanalının saytına istinadla xəbər verir ki, Kanadanın bu regionunun hava şirkətinin icraçı direktoru Cen Tremblay CBC News televiziyasına müsahibəsində bildirib ki, “Havilland DHC-2 Beaver” üzən təyyarəsində texniki nasazlıq baş verib və o, Mistastin gölünə düşüb. Təyyarənin göyərtəsində bir pilot, dörd sərnişin və bələdçi balıqçılar olublar. O əlavə edib ki, təyyarə balıqçı qəsəbəsindən havaya qalxıb və pilot düşərgə qurmaq üçün gölün sahilinə enmək istəyib. Axtarışlardan sonra pilotun və daha iki nəfərin cəsədləri göldən çıxarılıb. Qalan dörd nəfərin axtarışları davam edir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.06.2026 [21:32]
Böyük Britaniya enerji ödənişlərini azaltmaq üçün Aİ ilə yeni saziş istəyir
- 10.06.2026 [21:21]
Qlazqoda iğtişaşlar və irqi zəmində hücumlarla bağlı üç nəfər saxlanılıb
- 10.06.2026 [20:21]
Tramp İranı yenidən sərt şəkildə vuracağını elan edib
- 10.06.2026 [18:52]
Çində dünyanın ən böyük LNG daşıyan tankerinin inşasına başlanılıb
- 10.06.2026 [18:15]