Kanadada mikroavtobusun kütləyə çırpılması nəticəsində 9 nəfər ölüb
Bakı, 24 aprel, AZƏRTAC
Kanadanın Toronto şəhərində mikroavtobusun kütləyə çırpılması nəticəsində 9 nəfər ölüb, 16 nəfər yaralanıb.
AZƏRTAC Anadolu agentliyinə istinadla xəbər verir ki, Kanada polisi faktı təsdiqləyib. Məlumata əsasən, sürücü avtomobili səkiyə çıxararaq piyadaların üstünə sürüb. Sürücü saxlanılıb. Hüquq-mühafizə orqanları hələ ki hadisəni terror aktı kimi qiymətləndirmir. İnsidentin motivləri müəyyənləşdirilir.
Kanadanın Baş naziri Castin Trüdo hadisənin gedişini diqqətlə izlədiyini bildirib.
Qeyd edək ki, hazırda Toronto şəhərində G-7 (“Böyük yeddilik”) dövlətlərinin nazirlər səviyyəsində sammiti keçirilir.