REGİONLAR
“Kapital Bank Arena”da şəhid və qazi övladlarının bayram sevinci FOTOREPORTAJ
![](/files/galleryphoto/2022/2/1200x630/16540709883268958476_1200x630.jpg)
![](/files/galleryphoto/2022/2/1200x630/16540709884311416800_1200x630.jpg)
![](/files/galleryphoto/2022/2/1200x630/16540709885148351655_1200x630.jpg)
![](/files/galleryphoto/2022/2/1200x630/16540709884842450744_1200x630.jpg)
![](/files/galleryphoto/2022/2/1200x630/16540709883581619787_1200x630.jpg)
![](/files/galleryphoto/2022/2/1200x630/1654070988519822319_1200x630.jpg)
![](/files/galleryphoto/2022/2/1200x630/16540709883362920238_1200x630.jpg)
![](/files/galleryphoto/2022/2/1200x630/16540709886161043813_1200x630.jpg)
![](/files/galleryphoto/2022/2/1200x630/16540709885048637712_1200x630.jpg)
![](/files/galleryphoto/2022/2/1200x630/1654070988577651006_1200x630.jpg)
![](/files/galleryphoto/2022/2/1200x630/1654070988796335946_1200x630.jpg)
![](/files/galleryphoto/2022/2/1200x630/16540709883048255191_1200x630.jpg)
![](/files/galleryphoto/2022/2/1200x630/1654070988194802008_1200x630.jpg)
![](/files/galleryphoto/2022/2/1200x630/16540709883728064128_1200x630.jpg)
![](/files/galleryphoto/2022/2/1200x630/16540709883328956961_1200x630.jpg)
![](/files/galleryphoto/2022/2/1200x630/16540709885545531902_1200x630.jpg)
![](/files/galleryphoto/2022/2/1200x630/16540709885699036509_1200x630.jpg)
![](/files/galleryphoto/2022/2/1200x630/16540709883621923054_1200x630.jpg)
![](/files/galleryphoto/2022/2/1200x630/1654070988322668390_1200x630.jpg)
![](/files/galleryphoto/2022/2/1200x630/1654070988266107194_1200x630.jpg)
![](/files/galleryphoto/2022/2/1200x630/1654070988672731148_1200x630.jpg)
![](/files/galleryphoto/2022/2/1200x630/16540709881014617616_1200x630.jpg)
![](/files/galleryphoto/2022/2/1200x630/16540709882204932638_1200x630.jpg)
![](/files/galleryphoto/2022/2/1200x630/16540709884968141017_1200x630.jpg)
![](/files/galleryphoto/2022/2/1200x630/16540709882681853475_1200x630.jpg)
![](/files/galleryphoto/2022/2/1200x630/16540709883216610537_1200x630.jpg)
![](/files/galleryphoto/2022/2/1200x630/16540709882202652135_1200x630.jpg)
![](/files/galleryphoto/2022/2/1200x630/16540709885886223410_1200x630.jpg)
![](/files/galleryphoto/2022/2/1200x630/1654070988952020116_1200x630.jpg)
![](/files/galleryphoto/2022/2/1200x630/16540709882639245630_1200x630.jpg)
![](/files/galleryphoto/2022/2/1200x630/16540709885306914845_1200x630.jpg)
![](/files/galleryphoto/2022/2/1200x630/16540709885790420620_1200x630.jpg)
![](/files/galleryphoto/2022/2/1200x630/1654070988447949773_1200x630.jpg)
![](/files/galleryphoto/2022/2/1200x630/16540709883252917341_1200x630.jpg)
Sumqayıt, 1 iyun, Ətrabə Rzayeva, AZƏRTAC
“Sumqayıt” Futbol Klubunun növbəti sosial layihəsi 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunub. Bu münasibətlə “Kapital Bank Arena”da 44 günlük Vətən müharibəsində şəhid olmuş igid qəhrəmanların və qazilərin övladları ilə görüş keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbir “Sumqayıt” FK, “Azeri Express”, Abşeron-Xızı Regional Təhsil İdarəsinin birgə təşkilatçılığı, “Fryday” restoranlar şəbəkəsinin dəstəyi ilə reallaşıb.
Otuzdan artıq şəhid və qazi övladının iştirak etdiyi bayram tədbiri Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Sonra şəhidlərin əziz xatirəsi anılıb.
Görüşdə “Sumqayıt” FK-nın prezidenti Riad Rəfiyev, vitse-prezident Aydın Xəlilov, “Azeri Express” şirkətinin rəhbəri Şaiq Qəribzadə, Abşeron Xızı Regional Təhsil İdarəsinin əməkdaşı Cəmilə Fəyyaz, “Sumqayıt” komandasının futbolçuları Vüqar Bəybalayev, Dmitri Nağıyev və Süleyman Əhmədov uşaqları təbrik ediblər.
Balacalara “Sumqayıt” FK-nın və “Azeri Express” şirkətinin hazırladığı xüsusi hədiyyələr təqdim olunub. Həmçinin uşaqlar onlar üçün “Fryday” tərəfindən hazırlanmış yemək çeşidlərindən də dadıblar.
Tədbir müxtəlif çıxışlar, oyunlar və musiqili proqramla davam edib.