İQTİSADİYYAT
“Kapital Bank”ın Beyləqan rayon filialı əsaslı təmirdən sonra istifadəyə verilmişdir
Bakı, 27 dekabr (AZƏRTAC). “Kapital Bank”ın Beyləqan rayon filialı əsaslı təmirdən sonra istifadəyə verilmişdir.
“Kapital Bank”dan AZƏRTAC-a bildirmişlər ki, bu münasibətlə bankın baş ofisinin nümayəndələrinin, rayon ictimaiyyətinin iştirakı ilə mərasim keçirilmişdir.
Tədbirdə son illər ölkədə həyata keçirilən inkişaf proseslərindən, eləcə də bank sektorunun müasirləşdirilməsi və maddi-texniki bazasının gücləndirilməsi istiqamətində görülmüş işlərdən söhbət açılmışdır.
Tədbir iştirakçıları ümummilli lider Heydər Əliyevin filialın foyesində qoyulmuş büstü önünə gül-çiçək düzmüş, binada yaradılan şəraitlə tanış olmuşlar.
Binada modern infrastruktur qurulmuş, müştərilərə yüksək səviyyədə bank xidmətlərinin təşkili üçün hər cür şərait yaradılmışdır.