İQTİSADİYYAT
Kənd poçt şöbələri beynəlxalq pul köçürmələri sisteminə qoşulur
Bakı, 27 dekabr (AZƏRTAC). “Azərpoçt” MMC yeni layihə reallaşdırmağa başlamışdır. Layihə çərçivəsində kənd poçt şöbələri də beynəlxalq pul köçürmələri sisteminə qoşulur.
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyindən AZƏRTAC-a bildirmişlər ki, bütün rayon mərkəzlərinin qoşulduğu “Western Union” pul köçürmələri sistemi artıq bəzi rayonların kəndlərini də əhatə etmişdir. Xaçmaz, Quba, Göyçay, Ağcabədi, Ucar, Yevlax, Şəki, Şamaxı rayonlarının kəndlərinin böyük bir hissəsi bu sistemə qoşulmuşdur. Vətəndaşlar poçt şöbəsinin imkanlarından istifadə etməklə bu sistem vasitəsilə dünyanın 200 ölkəsi ilə sürətli pul mübadiləsi apara bilərlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 27.06.2024 [21:02]
“Baku ID” innovasiya festivalının birinci günü yekunlaşıb
- 27.06.2024 [20:39]
TDT ölkələri arasında yük daşımaları sadələşdiriləcək
- 27.06.2024 [19:28]
Sahibkarlar Xankəndi şəhərinin iqtisadi potensialı ilə tanış olublar
- 27.06.2024 [17:40]