“Kiçik akademiya” üzvləri ilə növbəti görüş
Bakı, 7 may, AZƏRTAC
AMEA-nın akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun böyük elmi işçisi, coğrafiya üzrə fəlsəfə doktoru Etibar Bədəlov Suraxanı rayonunun Bülbülə qəsəbəsində yerləşən 232 nömrəli məktəbdə “Kiçik akademiya” üzvlərinin təqdimat mərasimində iştirak edib.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, “Elmdən təhsilə” proqramına uyğun olaraq orta məktəblərdə “Kiçik akademiya”ların fəaliyyətinin gücləndirilməsi məqsədilə təşkil edilən yığıncaqda Etibar Bədəlov çıxış edib. O, Coğrafiya İnstitutu ilə məktəb arasında mövcud əlaqələrdən, institut əməkdaşlarının “Kiçik akademiya”nın üzvləri ilə keçirilən görüşlərindən söz açıb. Bu cür tədbirləri şagirdlərin potensial imkanlarının üzə çıxarılması, onlarda elmi yaradıcılığa marağın artırılması baxımından müsbət qiymətləndirib.
Sonra “Kiçik akademiya”nın üzvləri gördükləri işlər barədə məlumat veriblər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.06.2026 [19:52]
“Macar-Azərbaycan ortaq etnik kökləri” kitabının təqdimatı olub
- 10.06.2026 [18:22]
Rektor çempion olan AzTU komandasını təbrik edib
- 10.06.2026 [17:57]
ADPU ilk dəfə RUR beynəlxalq universitet reytinqində yer alıb
- 10.06.2026 [17:51]
Coğrafiya İnstitutu sürüşmə riski olan əraziləri açıqlayıb
- 10.06.2026 [17:09]