KİV: ABŞ-a məxsus 200-dən çox hərbi texnika Avropaya gətirilib
Bakı, 15 fevral, AZƏRTAC
ABŞ-a məxsus 150-dək hərbi texnika və 60 “Bardley” piyada döyüş maşını Avropanın “Bremerhaven” limanına gətirilib.
AZƏRTAC xəbər verir ki, bu barədə çərşənbə axşamı “Nordsee Zeitung” qəzeti məlumat yayıb.
Nəşr yazır ki, bu texnika çox güman ki, Kiyev üçün nəzərdə tutulub.
Yanvarın 6-da Vaşinqton Kiyevə daha 3 milyard dollarlıq hərbi yardım paketinin ayrıldığını elan edib. Bu paketə “Bradley” piyada döyüş maşınları və özüyeriyən haubitsalar daxildir.
Rusiya tərəfi dəfələrlə vurğulayıb ki, Kiyevə silah verilməsi yalnız münaqişəni uzatsa da, döyüş meydanındakı vəziyyəti dəyişməyəcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.06.2026 [19:09]
Yeni qaydalar Avropanın hava limanlarında sıxlığı artıra bilər
- 08.06.2026 [18:40]
Si Cinpin Kim Çen Ina güclü dəstək vəd edib
- 08.06.2026 [18:02]
Amsterdamda çay üzərində 650 milyon avroya körpü tikiləcək
- 08.06.2026 [17:43]