İDMAN
Kollazo Sotomayor: Mənim arzum ancaq qızıl medal qazanmaqdır
![Kollazo Sotomayor: Mənim arzum ancaq qızıl medal qazanmaqdır](/files/2015/2/1200x630/1435078132483753826_1200x630.jpg)
Bakı, 23 iyun, S.Allahverdiyeva, A.Yadigarov, AZƏRTAC
İyunun 23-də "Bakı-2015" ilk Avropa Oyunlarında daha bir Azərbaycan boksçusu yarımfinal mərhələsinə vəsiqə qazanıb.
AZƏRTAC xəbər verir ki, ölkəmizin idman şərəfini qoruyan Kollazo Sotomayor növbəti qələbəsindən sonra təəssüratlarını bölüşərək deyib: "Mən heç kimi zəif rəqib hesab etmirəm. Bu rəqibim ötən döyüşdəki rəqibimdən güclü idi. Çünki o, həm hücumu, həm müdafiəni eyni vaxtda yaxşı bacarırdı. Bu baxımdan döyüş bir qədər çətin keçdi. Azarkeşlər də həmişəki kimi mənə dəstək oldular, ruhlandırdılar. Ancaq mənim məqsədim budur ki, bu yarışda ancaq qızıl medal qazanmalıyam!”.