SİYASƏT
KONSTİTUSİYA MƏHKƏMƏSİNİN NÖVBƏTİ İCLASI KEÇİRİLMİŞDİR
İyulun 22-də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin növbəti iclası keçirilmişdir.
Konstitusiya Məhkəməsinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, iclasda Azərbaycan Respublikası Konstitusiyasının 100-cü maddəsinin “...başqa dövlətlər qarşısında öhdəliyi olmayan” müddəasının şərh edilməsinə dair Respublika Prokurorluğunun sorğusunun baxılmaq üçün Konstitusiya Məhkəməsinin icraatına qəbul edilməsi haqqında qərardad çıxarılmışdır.
Sorğuya mahiyyəti üzrə baxılmasına dair Konstitusiya Məhkəməsinin növbəti iclası avqustun 1-nə təyin edilmişdir.