KXDR Koreya Respublikası ilə keçiriləcək işçi görüşünün vaxtının dəyişdirilməsini istəyir
Bakı, 4 aprel, AZƏRTAC
Koreya Xalq Demokratik Respublikası (KXDR) bu gün keçirilməsi planlaşdırılan birgə işçi görüşünün vaxtının dəyişdirilərək aprelin 5-nə təyin edilməsi üçün Koreya Respublikasına müraciət edib. Hər iki respublikanın nümayəndələrinin bu görüşü aprelin 27-də baş tutacaq Koreyaarası birgə sammitə hazırlıq xarakteri daşıyır.
AZƏRTAC TASS agentliyinə istinadla xəbər verir ki, altı nəfərdən ibarət olacaq KXDR nümayəndə heyətinin tərkibi haqqında informasiyanın danışıqlar günü təqdim ediləcəyi barədə bildiriş də müraciətdə öz əksini tapıb. Koreya Respublikasının Birləşmə nazirliyinin bu təkliflərlə razılaşdığı qeyd edilir.
Bildirilib ki, Seul yeddi nəfərdən ibarət olacaq nümayəndə heyətinin tərkibi barədə Pxenyanı məlumatlandırıb. Nümayəndə heyətinə ölkə prezidentinin protokol məsələləri üzrə köməkçisi Ço Han Qi rəhbərlik edəcək.
İşçi görüşündə iki ölkə liderləri arasında baş tutacaq danışıqların KİV-lərdə işıqlandırılması, təhlükəsizlik və protokol məsələlərinin müzakirə edilməsi nəzərdə tutulub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.06.2026 [19:35]
Qahirədə Məmlüklər dövrünə aid su sistemi və məscid qalıqları aşkarlanıb
- 07.06.2026 [18:40]
Ermənistanda parlament seçkiləri davam edir – son rəqəmlər
- 07.06.2026 [18:05]
ABŞ Prezidenti İranla bağlı son vəziyyəti açıqladı: Razılaşmaya çox yaxınıq
- 07.06.2026 [15:01]
Çadda əkinçilərlə çobanlar arasında toqquşmalar nəticəsində 11 nəfər ölüb
Bu saata olan əsas xəbərlər
- [12:00]
TBMM sədri: Aİ genişlənmə siyasəti yolu ilə özünü qorumalıdır
- 06.06.2026 [23:23]
İsveç Rusiya ilə sərhəd yaxınlığında NATO-nun yeni qrupunu yerləşdirib
- 06.06.2026 [21:49]
Suraxanıda baş verən dava ilə əlaqədar 7 nəfər saxlanılıb YENİLƏNİB
- 06.06.2026 [21:25]
İçərişəhərdə Rasim Abdullayevin xatirə konserti keçirilib
- 06.06.2026 [21:21]
Azərbaycan Tələbə Liqasında mövsümə yekun vurulub
- 06.06.2026 [20:31]
Azərbaycanın U-21 millisi Bəhreynə böyük hesabla qalib gəlib
- 06.06.2026 [20:08]
Bu saata olan əsas xəbərlər
- 06.06.2026 [20:00]
Avropalı alimlər Nizami Gəncəvinin məqbərəsini ziyarət ediblər
- 06.06.2026 [19:47]
Ölkəmizin zəngin mədəni irsi İstanbulda nümayiş etdirilir
- 06.06.2026 [18:40]
Naxçıvanda tələbələr arasında futzal birinciliyinin qalibi müəyyənləşib
- 06.06.2026 [17:58]