KXDR lideri gələn il Cənubi Koreya prezidenti ilə nüvə silahsızlaşdırılmasını müzakirə edəcək
Bakı, 30 dekabr, AZƏRTAC
Koreya Xalq Demokratik Respublikasının (KXDR) lideri Kim Çen In Koreya Respublikasının Prezidenti Mun Ce-inə Yeni il münasibətilə təbrik məktubu yollayıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Cənubi Koreya prezident ofisinin mətbuat katibi Kim Euy-kyom məlumat verib. KXDR lideri məktubunda yarımadada sülhün və tərəqqinin təmin olunması istiqamətində səyləri davam etdirməyə çağırıb.
Hər iki tərəfin il ərzində sərhəddə qarşıdurmanın aradan qaldırılması üçün əməli addımlar atdığını qeyd edən Kim Çen In cari il ərzində Seula səfər edə bilməməsindən təəssüfləndiyini ifadə edib. O, məktubunda sülh mövzusunun, habelə Koreya yarımadasının nüvə silahsızlaşdırılması məsələsinin müzakirəsi üçün gələn il Prezident Mun Ce-inlə görüşmək arzusunu dilə gətirib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.06.2026 [21:32]
Böyük Britaniya enerji ödənişlərini azaltmaq üçün Aİ ilə yeni saziş istəyir
- 10.06.2026 [21:21]
Qlazqoda iğtişaşlar və irqi zəmində hücumlarla bağlı üç nəfər saxlanılıb
- 10.06.2026 [20:21]
Tramp İranı yenidən sərt şəkildə vuracağını elan edib
- 10.06.2026 [18:52]
Çində dünyanın ən böyük LNG daşıyan tankerinin inşasına başlanılıb
- 10.06.2026 [18:15]