Azərbaycan Dövlət İnformasiya Agentliyi

Ləman Vəli: Ən böyük xəyalım Qarabağın işğaldan azad edilməsi idi

Ləman Vəli: Ən böyük xəyalım Qarabağın işğaldan azad edilməsi idi

Bakı, 25 noyabr, Günel Alıyeva, AZƏRTAC

Qarabağ Azərbaycan xalqının əcdadlarının yaşamış olduğu, mənəvi və tarixi dəyərləri ilə dərin bağlar yaradan müqəddəs yurd yeridir. Onilliklər boyunca xalqımızın ürəyində bir yara kimi qalan Qarabağ mövzusu hər bir azərbaycanlının həssas nöqtəsi olmuşdur.

2020-ci ildə 44 günlük Vətən müharibəsi ilə Qarabağın azad olunması Azərbaycan xalqının tarixinə şanlı səhifə kimi yazıldı. Bu Qələbə təkcə ərazi bütövlüyümüzü deyil, həm də milli kimliyimizi, dözümlülüyümüzü və qətiyyətimizi bərpa etdi. Bu tarixi hadisələrdən ilhamlanan yeni nəsil yazarlar arasında Ləman Vəli də xüsusi yer tutur. Gənc olmasına baxmayaraq, o, Qarabağ müharibəsinə həsr etdiyi əsərlərində bu Zəfəri həm tarixi, həm də fərdi bir yanaşma ilə oxuculara çatdırmağa çalışır. Xüsusən onun “Felah” əsəri Azərbaycan xalqının yaşadığı ağrını, qüruru və Qarabağın yenidən doğuluşunu bədii şəkildə yaddaşlara həkk edir.

AZƏRTAC gənc yazıçı ilə müsahibəni təqdim edir.

- Ləman xanım, Qarabağ mövzusunda əsər yazmağa necə qərar verdiniz?

- Mənim ən böyük xəyallarımdan biri Qarabağın işğaldan azad edilməsi idi. Təbii ki, bu, hər birimizin arzusu idi. 2020-ci ilin sentyabr ayı idi, rəfiqəmə zəng edib dedim ki, sənə yazmaq istədiyim bir əsər haqqında danışmalıyam. Neçə gündür ki, bu süjet fikrimdən çıxmır. Jurnalist bir qız haqqında hekayə yazmaq istəyirəm: o qız Qarabağa gəlir, bir tunelə düşüb azır... Rəfiqəm məndən axırını necə düşündüyümü soruşdu və bu mövzunun çox həssas olduğunu da xatırlatdı, çünki Qarabağ hələ də hər birimizin qəlbində sağalmamış bir yara kimi idi. Dedim ki, əsərin sonunda hər kəsə bir ümid vermək istəyirəm və onu “Azərbaycan Ordusu Qarabağa girdi…” cümləsi ilə bitirəcəyəm. Rəfiqəm buna çox təəccübləndi və dönə-dönə soruşdu ki, bunu yaza bilərsənmi? Amma mən bu hekayəni yazmaqda çox qərarlı idim. Bu söhbətimizdən iki gün keçdi. Səhər yuxudan oyananda ölkədə internet yox idi. Həmin gün rəfiqəm mənə mesaj göndərərək danışdığım mövzunun artıq reallaşdığını yazdı. Heç nə anlamırdım. Dərhal televizoru açıb xəbərləri izlədikdə anladım ki, o ümid artıq həqiqətə çevrilir. O günlərdə rəfiqəmin tövsiyəsi ilə müharibənin gedişatı barədə qeydlər apardım.

Biz müharibənin nə qədər davam edəcəyini bilmirdik, hətta düşünürdük ki, iki il çəkə bilər. Amma cəmi 44 gün gözləməli oldum. Qarabağımız 44 günə işğaldan azad edildi.

8 Noyabr Zəfərindən sonra ciddi şəkildə əsəri yazmağa başladım. Amma yazdıqca, araşdırdıqca bu qədər çətinlik çəkəcəyimi bilmirdim. Hər hansı bir xəbər, video və ya mahnı çox təsir edirdi. İlk kitabı tamamladıqdan sonra bunun kifayət etməyəcəyini düşündüm.

2023-cü ilin antiterror tədbirlərindən sonra isə düşündüm ki, bu hadisəni ikinci kitaba əlavə edərəm.

- Romanınızı yazarkən Qarabağla bağlı hansı tədqiqatları apardınız? Hansı mənbələr və hekayələr sizi ən çox təsirləndirdi?

- Daha çox real mənbələrə əsaslandım, amma mənbələrin adını açıqlamamağa söz vermişəm. Bir çox müharibə iştirakçıları ilə danışmışam, amma onlardan eşitdiklərimi olduğu kimi yazmağı sevmirəm. Öz təxəyyülümdən istifadə edərək bu hadisələri fərqli formalarda təsvir etmişəm. Məncə, bir roman təxəyyül üzərində qurulmalıdır, əks halda, tarix kitabına çevrilər.

Məsələn, Laçında baş vermiş bir hadisə məni çox təsirləndirdi. Laçına illər sonra qayıdan 75 yaşlı bir kişi doğma evinə gedir, baxır ki, ev dağılıb, amma divarda bir mismar hələ də durur. Bu mismarı illər əvvəl atası ilə birlikdə çərçivə asmaq üçün vurmuşdular. Çərçivənin özü yox idi, amma o mismar yerində idi və kişi bunu görüb hönkür-hönkür ağlayır. Mən bu hadisədən o qədər təsirləndim ki, bunu fərqli bir versiyada, Xocalıdakı bir əsgər öz evinə gedirmiş kimi qələmə aldım və oxucularım çox təsirləndilər.

- Siz Qarabağdan uzaqda böyümüsünüz. Bu baxımdan müharibənin nəticələrini necə hiss etdiniz?

- Mən indi Qarabağda yaşayıram və oraya gedəndə düşündüm ki, bəlkə də mən əvvəlki həyatımdan ora aidəm. Bakıda dünyaya göz açmışam. Türkiyənin İzmir və İstanbul şəhərlərində yaşamışam və mənim Qarabağla əslində heç bir bağım olmamalıdır. Ancaq mən həmişə özümü Qarabağa aid hiss etmişəm. Oraya gedəndə hətta mənə darıxacağımı, qayıtmaq istəyəcəyimi söyləyənlər oldu. Amma mən ruhumun ora aid olduğunu hiss edirəm. Artıq Bakıda belə yaşaya bilmirəm; Qarabağa qayıdanda, postu keçəndə özümü evimə çatmış kimi hiss edirəm.

-Əsərinizi yazarkən hansı epizodlarda Qarabağla ən çox bağlılıq hiss etdiniz?

-“Felah” kitabının ikinci hissəsində Xocalı səhnəsi var. Xocalının azad edilməsi prosesini yazanda bu hissi daha çox yaşadım, sanki illərlə içimizdə qalan o acının, bizə öyrədilənlərin bir təzahürü idi. Xocalıya girəndə qəribə hisslər keçirirəm; orada hələ də şəhidlərin ruhunun dolaşdığını düşünürəm. Xocalının fərqli bir atmosferi var, ora daxil olanda orada yaşananları hiss edirsiniz.

- Bəs niyə Azərbaycan dilində deyil, türk dilində yazmağı seçdiniz?

- Bunun bir neçə səbəbi var. Əsas səbəb odur ki, mən uşaqlıqdan türk dilində kitablar oxuyuram və beynim türk dilində düşünür. İkinci səbəbi isə, əgər Azərbaycan dilində yazsaydım, yalnız Azərbaycan ərazisində yaşayanlar və xaricdə yaşayan soydaşlarımız oxuya bilərdi. Türk dilində yazmaqla geniş bir auditoriyaya çatmağı hədəflədim. Əlavə olaraq, Türkiyədə daha çox olmuşam və oranın ədəbiyyatına daha çox meyilli olduğum üçün türk dilində yazıram. Azərbaycanlılar artıq Qarabağ haqqında kifayət qədər məlumatlıdır, mənim əsas məqsədim bu mövzunu daha geniş kütləyə çatdırmaq idi. Türkiyədə bizi çox sevirlər, amma tariximizi bizim qədər bilmirlər. Biz Atatürkü tanıdığımız kimi onlar Qarabağı tanımır, dərinliyini bilmirlər. Məqsədim onları bilgiləndirmək idi. Mənim əsərlərimi orada əsasən 13-25 yaş arası gənclər oxuyur. Onlar bu məsələ haqqında bilgisiz idilər, amma artıq onlar Qarabağın tarixini, qəhrəmanlarımızın adını bilirlər. Məsələn, Mübariz İbrahimovu tanıyırlar və bu mənim üçün ən böyük nailiyyətdir. Kitabda şəhidlərimizin adını xüsusilə qeyd edirdim.

- Kitabınızın rus dilinə tərcüməsi barədə nə düşünürsünüz?

-Rus dilinə tərcümə məsələsi gündəmdədir, amma əvvəlki nəşriyyatla yollarımız ayrıldığı üçün hazırda yenisi ilə çalışırıq. Rus oxucuların da doğru məlumatlar əldə etməsini istəyirəm. “Felah” tarix kitabı olmasa da, oxucularda Qarabağ mövzusuna maraq oyadır. Bəzi türkiyəli oxucularım bu kitabdan sonra Qarabağla bağlı təqdimatlar ediblər, bu da mənim üçün uğur deməkdir.

- Qarabağla bağlı vermək istədiyiniz əsas mesaj nədir?

- İlk göz yaşı tökən biz olduq, haqsızlığa məruz qalan tərəf biz idik. Biz heç kimin torpağına göz dikməmişik.

- 23 yaşınıza qədər bir neçə kitab nəşr etmisiniz. Bu uğura çatmaq üçün sizi ilhamlandıran xüsusi bir hekayə və ya dönüş nöqtəsi varmı?

-Dönüş nöqtəm pandemiya dövrü oldu. O zaman özümü bir otağa qapadıb ancaq yazırdım. Universitet də onlayn idi və başqa məşğuliyyətim yox idi. Karantin müddətində bütün diqqətimi yazmağa yönəltdim və yazdığım kitablar sonradan sürətlə nəşr olundu.

- Kitabınız yayımlandıqdan sonra oxuculardan aldığınız ən maraqlı və təsirli rəy nə olub?

- Çox sayda rəylər aldım, xüsusən türklərdən gələn mesajlar çox idi. Amma bir azərbaycanlı oxucumun rəyi xüsusi olaraq yadda qaldı. Bir şəhid qızı mənə yazmışdı ki, indiyə qədər atasının yoxluğuna görə daim şikayətlənirmiş, düşünürmüş ki, niyə onun atası yoxdur, niyə şəhid olub. Amma “Felah”ı oxuyandan sonra o, atasının şəhid olmasının dərin mənasını anladığını yazdı.

“Felah” onun üçün çox xüsusi bir anlam kəsb edir. Bu mesajı telefonumda saxlamışdım, lakin telefonumu dəyişəndə mesaj silindi və onu tapa bilmədim. O rəy mənim üçün çox təsirli və dəyərli idi.

- Niyə məhz “Felah”? Bu adın mənası nədir?

- “Felah” qurtuluş deməkdir. Bu kitab üçün bundan daha uyğun bir ad yoxdur, çünki kitabda da yazdığım kimi: “Bu, bir millətin felahı idi” – yəni, bu, bir millətin qurtuluşudur. Əsər ilə bağlı ağlıma gələn ilk səhnələrdən biri Şuşanın alınması idi. Şuşanın necə azad olunacağını təsvir etməyə çalışırdım. Müharibədən dərhal sonra Şuşaya xüsusi icazə ilə getdim ki, o atmosferi, ruhu öz gözlərimlə görüm və kitabda bunların hamısını təsvir edə bilim. Fikrimcə, məqsədimə nail ola bildim.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Media: Almaniya hökuməti Çinin Hamburqdakı logistika şirkətini almasına qarşı çıxmaq istəyir

Tramp texnologiya şirkətlərinin rəhbərləri ilə görüşəcək və süni intellekt əsaslı federal portalı təqdim edəcək

ADU ilə Almaniyanın ali məktəbləri arasında əməkdaşlığın inkişaf etdirilməsi prioritet istiqamətlərdəndir

Qərbi Azərbaycanda tarixi abidələrimiz – Şah Abbas karvansarası

Naringi bağlarının sığortalanması fermerlərin risklərdən qorunmasına imkan verir

Canni İnfantino Prezident İlham Əliyevlə görüşü ilə bağlı paylaşım edib

“Səyyar Gənclər Xidməti” Salyanda

Dubayda ilk dəmir yolu stansiyası açılıb

Xaricdə ali təhsil almış 30 nəfər peşə tanınması imtahanında uğur qazanıb

Asiya İnfrastruktur İnvestisiya Bankının 12-ci İllik Toplantısı gələn il Azərbaycanda keçiriləcək

Olimpiya mükafatçısı: Azərbaycanlı gənc üzgüçülərin hazırlıq səviyyəsi gözləntilərimi üstələdi

III Beynəlxalq Opera Festivalı çərçivəsində “Gənclərin səsi” layihəsi davam edir

Yunanıstan qida tullantılarının həcminə görə Aİ-də üçüncü yerdədir

Hindistan şirkəti Azərbaycanda qablaşdırma məhsullarının istehsalı zavodu yaradacaq

Pərvanə Babayeva: Xarici laboratoriyada işləmək, əslində, xarici təcrübəni öz laboratoriyana gətirməkdir

“Rosatom” Ermənistana digər ölkələrin də iştirakı ilə yeni AES tikməyi təklif edir

Qırğızıstanda iki məktəbdə Azərbaycan dilinin tədrisinə başlanılır

Myanmada 18 mindən çox sakin daşqından zərər görüb

Azərbaycana səfərə gələn Avropa Komissiyasının nümayəndə heyəti Naxçıvanda olub

Oktyabr ayına gözlənilən hava proqnozu açıqlanıb

® İndi “Azeronline” abunəçiləri “Kinon TV” xidmətindən ödənişsiz istifadə edə biləcəklər

Azərbaycan Premyer Liqasında IX turun oyun cədvəli açıqlanıb

Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub

Fransanın dövlət borcu antirekord həddə çataraq 3,6 trilyon avroya yaxınlaşıb

Fatih Birol: Lazım gələrsə, üzv dövlətlərlə strateji neft ehtiyatlarından daha çox istifadəni müzakirə edəcəyik

AQTA: Ev şəraitində hazırlanan konserv məhsullarından istifadə zamanı diqqətli olmaq vacibdir

Təhsildə Yeni Çağırışlar VII Beynəlxalq Forumu təşkil olunacaq

Sabah yağıntılar kəsiləcək

Azərbaycanın qastroturizm imkanları İtaliyada beynəlxalq festivalda təqdim olunub

İnkişaf mühərrikləri yalnız enerji və maliyyədən ibarət deyil – professor İlham Məmmədzadənin təhlili

Lənkəranda episentrdə 3 bala qədər hiss edilən zəlzələ olub

“Sabah” Çempionlar Liqasının ev oyunları üçün paket biletlərin satışını başa çatdırır

Dövlət Komitəsində vətəndaşların müraciətləri dinlənilib

Türkiyədə muzeyləri ziyarət edənlərin sayı rekord səviyyəyə çatıb

Torpaq koordinatlarının tanıdılması xidməti elektronlaşdırılıb

Rusiya 1 milyon rubldan artıq nağd vəsaitin Azərbaycana göndərilməsini məhdudlaşdırıb

Sülh və sabitliyin möhkəmləndirilməsi və regional kommunikasiyaların inkişafı əsas prioritetlər sırasındadır - RƏY

“Qərbi Azərbaycan əzəli və əbədi Azərbaycan torpağıdır” mövzusunda açıq dərslər təşkil olunub

Məşhur futbolçu mövsümün sonunda karyerasını başa vuracaq

Dünya Kuboku öncəsi Su İdman Sarayında gənc üzgüçülər üçün ustad dərsi keçirilib

Azərbaycanın iqtisadi inkişafında yeni mərhələ üçün geniş imkanlar formalaşıb - ŞƏRH

Mark Rutte: NATO raketdən müdafiə sistemlərini gücləndirir

“Azərbaycan Respublikasının Gömrük Məcəlləsində, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində və “Qiymətli metallar və qiymətli daşlar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2026-cı il 20 fevral tarixli 358-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 16 mart tarixli 622 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında və Sərəncamında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Fernando Alonso “Aston Martin”lə müqaviləsinin müddətini uzadıb

Şahlar Şərifov: Nizami yaradıcılığı gənclər üçün mühüm düşüncə mənbəyidir

AMADA Londonda keçirilən beynəlxalq tədbirdə təmsil olunub

Azərbaycan, Türkiyə və Özbəkistan təlimləri: hərbi əməkdaşlıqda yeni mərhələ- ŞƏRH

Azərbaycan məhsulları Ciddədə “The Saudi Food Show 2026” sərgisində nümayiş olunur

Avropanın iri şəhərlərində kirayə haqqının maaşda payı nə qədərdir?

Milli yaddaşın memarlıq dili: Şəhidlərin xatirəsi və Zəfərin əbədiyyəti

Mingəçevir Reqatasında ilk günün qalibləri müəyyənləşib YENİLƏNİB VİDEO

Mingəçevir Reqatasında ilk günün qalibləri müəyyənləşib YENİLƏNİB VİDEO

Ağcabədidə heyvanlar dabaq xəstəliyinə qarşı peyvəndlənir VİDEO

Ağcabədidə heyvanlar dabaq xəstəliyinə qarşı peyvəndlənir VİDEO

Donald Tramp-Si Cinpin görüşü: Böyük jestlər və açıq qalan məsələlər – İCMAL

Daxili işlər naziri Şəkidə vətəndaşların müraciətlərini dinləyəcək və gənclərin arasından seçim edəcək

AZAL Turizm İşçiləri Günü münasibətilə sərnişinlərə xüsusi təkliflər təqdim edir

Sürücülər üçün keçirilən imtahanda 353 namizəd tələb olunan şərtləri ödəyib

BMT-nin Baş katibi irqi ayrı-seçkiliklə mübarizəyə çağırıb

Türk Dövlətləri Mühasibat və Audit Peşə və Tənzimləyici Qurumları Birliyinin yaradılması iqtisadi inteqrasiyanı gücləndirəcək - MÜSAHİBƏ

Cənub-Şərqi Avropanın biznes və texnologiya liderləri Buxarestdə bir araya gəlib

Azərbaycana sərmayələrin artması ölkədəki iqtisadi sabitliyi göstərir ŞƏRH

Avropa İttifaqının xarici sərhədlərinin təhlükəsizliyi gücləndirilir

Nərgiz Cabbarlı: Xaqani irsinin daha dərindən tədqiqinə və geniş təbliğinə ehtiyac var

Azərbaycan nümayəndə heyəti Çində pambıqçılıqda innovativ əkin və avtomatlaşdırılmış yığım texnologiyaları ilə tanış olub

Fransada lisey şagirdlərinin etirazları genişlənir

HTP qalibi: Mərakeşdə psixologiya üzrə təhsil alacaq ilk azərbaycanlı tələbə olacağam

Naxçıvanda alternativ və bərpaolunan enerji mənbələri üzrə elektrik enerjisi istehsalı artıb

Azərbaycan Üzgüçülük Federasiyasının rəsmi maskotları təqdim olunub

Xızı və Şabranın turizm imkanları yerli sənaye nümayəndələrinə təqdim olunub

Kreml: Rusiya İranın Nüvə Silahlarının Yayılmaması Müqaviləsindən çıxmayacağına ümid edir

Üçrəngli Bayrağımızı Talış kəndində sancan şəhid

Azərbaycanlı sürrealist rəssamın əsərləri İspaniyanın "People Art Factory" layihəsində

Millinin futbolçusu: Şotlandiya ilə oyunda xal və ya xallar qazanmaq üçün əlimizdən gələni edəcəyik

Tədqiqatçılardan xəbərdarlıq: İnformasiya müxtəlifliyi azala bilər

Sərdar Ünsal: 44 günlük Vətən müharibəsi Azərbaycan tarixinin qəhrəmanlıq salnaməsidir

Kimya İnstitutunda hidrogen enerjisi və yeni nəsil materiallar üzrə tədqiqatlar aparılır

Qlobal investorların İkinci Beynəlxalq Forumda iştirakı ölkəmizin investisiya mühitinə etimadı artırır

Avropada qaz anbarlarının doluluq nisbəti ilin bu dövrü üçün ən aşağı səviyyədədir

Prezidentin Mətbuat Xidmətinin məlumatı

Qazaxıstan ordu haqqında sosial şəbəkələrdə yayılan feyk kadrları təkzib edib

® Gömrük və səhiyyə işçilərinin davranış standartları barədə danışılıb

Soner Kılıç: Azərbaycan-Türkiyə turizm əməkdaşlığının genişləndirilməsi yeni iqtisadi imkanlar yaradır

Bu il su hövzələrində insanların təhlükəsizliyinin təmin olunması istiqamətində görülmüş işlər açıqlanıb

Fransanın keçmiş Baş nazirinə şərti həbs cəzasının verilməsi istənilib

Premyer Liqa: “Qarabağ” – “Neftçi” matçının vaxtı açıqlanıb

Süni mayalanma və embrion köçürülməsi ilə əldə edilən buzov və balağlara görə yeni subsidiya mexanizmi tətbiq olunur

FIFA prezidenti Bakıda U-15 dünya çempionatı və festivalına hazırlıq işləri ilə tanış olub

Bakı ilk dəfə CAMCA Regional Forumuna ev sahibliyi edəcək

Azərbaycanın investor rolunun güclənməsi xarici siyasət üçün də əlavə alətlər yaradır - ŞƏRH

Fərid Qayıbov: Azad olunmuş torpaqlarımızda növbəti idman bayramıdır VİDEO

Fərid Qayıbov: Azad olunmuş torpaqlarımızda növbəti idman bayramıdır VİDEO

Bəzi rayonlarda leysan xarakterli yağış yağır – FAKTİKİ HAVA

Azərbaycan dili Sofiyada keçirilən Dillər Yarmarkasında təqdim olunub

Türkiyə Nyu-Yorkda COP31-in təqdimatını keçirib VİDEO

Türkiyə Nyu-Yorkda COP31-in təqdimatını keçirib VİDEO

Paytaxtın bəzi küçələrində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq

AZAL-ın ixrac gəlirləri açıqlanıb

® Azərbaycanın kibertəhlükəsizlik üzrə komandası ilk dəfə “WorldSkills Shanghai 2026”da medal qazanıb

Dayanıqlı inkişaf və gələcəyin yaşıl şəhərləri: BDU-da gənclərin forumu

Professor: Tədqiqatların real sektora tətbiqi üçün əlaqələndirici mexanizmlərin gücləndirilməsinə ehtiyac var

“AzərEnerji”nin ixrac gəlirləri 66 faiz artıb

“AzerGold”un ixrac gəlirləri 22 faiz artıb

NTD üç yerli basketbolçu transfer edib