Lerik ərazisində çay bitkisinin becərilməsi üçün yararlı torpaq sahələri müəyyənləşdiriləcək
Bakı, 16 mart, AZƏRTAC
Prezident İlham Əliyevin 2018-ci il 12 fevral tarixli Sərəncamı ilə “Azərbaycan Respublikasında çayçılığın inkişafına dair 2018-2027- ci illər üçün Dövlət Proqramı” təsdiq edilib. Dövlət proqramının həyata keçirilməsi üzrə Tədbirlər Planında Azərbaycan Milli Elmlər Akademiyasına (AMEA), o cümlədən akademiyanın Torpaqşünaslıq və Aqrokimya İnstitutuna da icrası nəzərdə tutulan tapşırıqlar verilib.
Torpaqşünaslıq və Aqrokimya İnstitutundan AZƏRTAC-a bildiriblər ki, nəzərdə tutulan məsələlərin icrası məqsədilə bu elmi müəssisə ilə AMEA-nın Lənkəran Regional Elmi Mərkəzi arasında müqavilə imzalanıb.
Müqaviləyə əsasən respublikada çaya yararlı torpaqların müəyyənləşdirilməsi, eləcə də həmin torpaqların münbitliyinin artırılması yollarının işlənməsi məqsədilə Lənkəran Regional Elmi Mərkəzinin direktoru, professor Fərman Quliyev, Torpaqşünaslıq və Aqrokimya İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Əlövsət Quliyev və institutun laboratoriya müdirləri birgə müzakirə aparıblar.
Müzakirə zamanı müvafiq dövlət proqramının icrasında birgə tədqiqatlar aparılmasının üstünlüyü qeyd edilib. Həmçinin Lənkəran-Astara zonasında qeyri-ənənəvi çayçılıq rayonu sayılan Lerik ərazisində xəritə fondunda saxlanılan materiallar əsasında çay bitkisinin becərilməsi üçün yararlı torpaq sahələrinin müəyylənləşdirilməsi də vurğulanıb. Tərəflər bu sahədə mütəmadi görüşlərin keçirilməsini qərara alıblar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.06.2026 [19:52]
“Macar-Azərbaycan ortaq etnik kökləri” kitabının təqdimatı olub
- 10.06.2026 [18:22]
Rektor çempion olan AzTU komandasını təbrik edib
- 10.06.2026 [17:57]
ADPU ilk dəfə RUR beynəlxalq universitet reytinqində yer alıb
- 10.06.2026 [17:51]
Coğrafiya İnstitutu sürüşmə riski olan əraziləri açıqlayıb
- 10.06.2026 [17:09]