“LEYLİ VƏ MƏCNUN” OPERASI REGİONLARDA GÖSTƏRİLƏCƏK
Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrından AZƏRTAC-a verilən məlumata görə teatrın yaradıcı kollektivi ölkənin regionlarına qastrol səfərlərinə çıxmışdır. Aprelin 24-də kollektiv Xaçmazda Üzeyir Hacıbəyovun “Leyli və Məcnun” operasını təqdim edəcəkdir. Tamaşada əsas partiyaları xalq artistləri Nəzakət Teymurova və Mənsum İbrahimov ifa edəcəklər.
Xatırladaq ki, aprelin 20-də həmin tamaşa Opera və Balet Teatrının səhnəsində göstəriləcəkdir. Baş rolları xalq artisti Aygun Bayramova və teatrın solisti Səbuhi İbayev ifa edəcəklər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.06.2026 [14:06]
Çinli tələbələr “Bizim Cəbiş müəllim”dən fraqmentlər səsləndiriblər VİDEO
- 05.06.2026 [11:37]
“Vətənimdir Azərbaycan!” layihəsinin ilk tədbiri təşkil olunub
- 05.06.2026 [11:23]
Gənc rəssamın növbəti uğuru
- 05.06.2026 [10:57]