LÜKSEMBURQ BÖYÜK HERSOQU AZƏRBAYCANA SƏFƏR ETMƏK ARZUSUNDADIR
Lüksemburq Böyük Hersoqluğunun milli bayramı - Böyük Hersoqun təvəllüd günü münasibətilə keçirilən mərasimə Azərbaycanın Almaniyadakı səfiri Hüseynağa Sadıqov da dəvət olunmuşdu.
Böyük Hersoqu xalqımız və dövlətimizin başçısı adından səmimiyyətlə tədbrik edən səfir H.Sadıqov Azərbaycan Prezidenti Heydər Əliyevin təbrik məktubunu, səmimi salamlarını, ölkəmizə səfər etmək barədə dəvətini ona çatdırmışdır. Hersoqa Azərbaycan rəssamının çəkdiyi tablo hədiyyə olunmuşdur.
Lüksemburq Hersoqu Azərbaycan Prezidentinin şəxsi təbriki və salamlarından məmnun qaldığını bildirmiş, respublikamızın başçısına səmimi təşəkkürünü və xoş arzularını çatdırmağı xahiş etmişdir. O, Azərbaycan Prezidenti Heydər Əliyevin bütün dünyada təcrübəli, müdrik siyasətçi, dövlət xadimi kimi şöhrət tapdığını vurğulayaraq, onun dəvətini məmnuniyyətlə qəbul etdiyini, Azərbaycana səfər etmək arzusunda olduğunu bildirmişdir.
Yusif Xəlilov
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.06.2026 [17:51]
Vaşinqtonda ənənəvi Trans-Xəzər Forumu işə başlayıb
- 10.06.2026 [17:40]
Ekspert: Cənubi Qafqaz regionu Türkiyə üçün əhəmiyyətli bölgədir
- 10.06.2026 [17:16]
Sahibə Qafarova İndoneziyanın Azərbaycandakı yeni səfiri ilə görüşüb
- 10.06.2026 [16:18]