CƏMİYYƏT
Maarifləndirilmə tədbirləri davam etdirilir
Bakı, 24 dekabr (AZƏRTAC). Fövqəladə Hallar Nazirliyinin (FHN) Muğan Regional Mərkəzi tərəfindən əhalinin təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə təhlükəli hadisələrin qabaqcadan xəbərdar edilməsi və qarşısının alınması istiqamətində mərkəzin xidməti ərazisindəki müxtəlif təyinatlı obyektlərdə maarifləndirmə tədbirləri davam etdirilir.
FHN-dən AZƏRTAC-a bildirmişlər ki, Muğan Regional Mərkəzi tərəfindən Neftçala şəhər humanitar təmayüllü “Muğan” liseyində “Yanğın təhlükəsizliyi qaydalarına necə riayət etməli” və Şirvan şəhər 20 və 18 saylı orta məktəblərdə “Fövqəladə hallarda özünü necə aparmalı” mövzularında maarifləndirmə tədbirləri keçirilmişdir.
Tədbirlərdə “Məişətdə yanğın təhlükəsizliyi, elektrik və qaz təhlükəsizliyi, yanğın zamanı köçürmə və ilk tibbi yardım”, “112 zəng mərkəzi”, “Terrorizim cəmiyyət üçün təhlükəlidir”, “Təbii fəlakətlər zamanı nə etməli” mövzularında ətraflı məlumatlar verilmişdir.