CƏMİYYƏT
Mağaza və evlərdən oğurluq etmiş şəxslər yaxalanmışlar
Bakı, 24 dekabr (AZƏRTAC). Biləsuvarda Bəhruz Dəmirova məxsus mağazadan min manat dəyərində danışıq kartları və tütün məmulatları oğurlanmışdır.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, oğurluğu etmiş Taleh Ağarəhimov rayon polis şöbəsi əməkdaşları tərəfindən yaxalanmışdır.
Tərtər rayon sakinləri Vüsalə Mehdiyevanın evindən 30, Fəridə Axundovanın evindən 40 manat pul, Murad Naibovun evindən isə bir ədəd qızıl üzük oğurlanmışdır.
Oğurluğu törətmiş Tərtər rayon sakini Heydər İsmayılov rayon polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yaxalanmışdır.
Faktlarla bağlı cinayət işi açılmışdır, araşdırmalar aparılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [21:14]
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi intihar edib
- 27.08.2023 [19:00]
Fatmayı kəndində dənizdə batan şəxsin meyiti tapılıb - YENİLƏNİB
- 27.08.2023 [10:44]
FHN: Ötən sutka ərzində 40 yanğına çıxış olub, 13 nəfər xilas edilib VİDEO
- 25.08.2023 [21:05]
Oğuzda baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb
- 25.08.2023 [14:54]