ELM VƏ TƏHSİL
Magistratura səviyyəsinə xarici dillər üzrə qəbul imtahanı ilə əlaqədar elmi-metodiki seminar keçirilmişdir
Bakı, 27 dekabr (AZƏRTAC). Tələbə Qəbulu üzrə Dövlət Komissiyasında (TQDK) 2012-2013-cü tədris ili üçün ali təhsil müəssisələrinin magistratura səviyyəsinə xarici dillər (ingilis, alman, fransız, rus, ərəb və fars dilləri) üzrə qəbul imtahanı ilə əlaqədar elmi-metodiki seminarın yekun iclası keçirilmişdir.
TQDK-dan AZƏRTAC-a bildirilmişdir ki, müxtəlif ali təhsil müəssisələrinin mütəxəssisləri cari ildə seminarın müzakirə etdiyi məsələlərlə, magistraturaya qəbul imtahanının birinci mərhələsində istifadə olunan xarici dillər üzrə test bloku ilə bağlı görülən işlər və xarici dillər üzrə test banklarının ayrı-ayrı bölmələri üzərində görüləcək təkmilləşdirmə işləri ilə əlaqədar təqdimatla tanış olmuşlar.
Sonra seminar iştirakçıları təqdimatla bağlı fikirlərini bildirmişlər. Seminarın fəaliyyəti məqbul hesab edilmişdir.