MAHNI TEATRINDA “RELİKT” TRİOSUNUN İFASINDA ROMANSLAR SƏSLƏNMİŞDİR
AZƏRTAC xəbər verir ki, iyunun 14-də Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında Rusiyanın əməkdar artistləri Aleksandr Nikerov (tenor), Aleksey Kondratov (tenor) və Vyaçeslav Moyunovdan (bariton) ibarət “Relikt” vokal triosunun (Moskva) konserti olmuşdur. Rusiya Beynəlxalq Elmi və Mədəni Əməkdaşlıq Mərkəzinin yerli nümayəndəliyinin bu ölkənin Azərbaycandakı səfirliyinin köməyi ilə təşkil etdiyi konsert Rusiya gününə həsr olunmuşdu.
“Relikt” triosu sənətinin xüsusiyyəti və qüdrəti ifaçıların oxumaq tərzində - sözə və melodiyaya münasibətdə, daxili səmimiyyətdə və incə zövqdədir. Ansambl unikaldır: ifa zamanı səslər fərdi gözəlliyini və sterefonikliyini itirmir. Yan Frenkelin “ “Russkoye pole” (“Rus çölü”), Aleksandr Şişkovun “Noç svetla” (“Aydın gecə”) və başqa romansları ifa edən “Relikt” triosu məhz bunu nümayiş etdirmişdir.
Xatırladaq ki, “Relikt” triosu Rusiya mədəniyyəti günləri çərçivəsində Azərbaycan, Portuqaliya, Vyetnam, Xorvatiya, Qırğızıstan, Qazaxıstan, Ukrayna və digər ölkələrdə, 2007-ci ilin mayında Strasburqda Avropa Şurasında, sentyabrda isə YUNESKO-nun Parisdəki mənzil-qərargahında çıxış etmişdir.
Trio onlarca disk buraxmışdır. Onun repertuarında müharibə illərinin mahnıları, faşizm üzərində Böyük Qələbəyə həsr olunmuş proqramlar xüsusi yer tutur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.06.2026 [15:19]
Klassik ənənə və müasir yanaşma: Beynəlxalq Muğam Mərkəzində növbəti konsert
- 10.06.2026 [13:54]