DÜNYA
Malinin keçmiş baş naziri ölkənin yeni prezidenti seçilmişdir
Paris, 15 avqust (AZƏRTAC). Malidə keçirilən prezident seçkiləri başa çatmışdır. İyulun 28-də keçirilən birinci turda rəqiblərdən - İbrahim Bubakar Keyta və Soumalia Susse lazımi miqdarda seçici səsi toplaya bilməmişlər. İkinci tur avqustun 11-də keçirilmişdir. Avqustun 14-də növbəti tutun nəticələri rəsmən elan olunmuşdur. Bu turda daha çox səs toplayan keçmiş baş nazir İbrahim Bubakar Keyta ölkənin yeni prezidenti seçilmişdir.
Ölkənin ərazi naziri general Musa Sənko Kulibali seçkilərin birinci turunda seçicilərin 49 faizinin, ikinci turda seçicilərin az iştirak etdiyini, 45, 77 faiz seçicinin səs verdiyini, ikinci turun nəticələrinə görə keçmiş baş nazirin rəqibinə nisbətən daha çox səs qazandığını və prezident seçildiyini bəyan etmişdir.
Fransa prezidenti Fransua Olland seçkilərin rəsmi nəticələrini yüksək qiymətləndirmiş, yeni seçilən malili həmkarını təbrik etmiş və onun ölkənin demokratik yolla inkişafına nail olacağına əminliyini bildirmiş, ölkəsinin Maliyə hər cür yardım göstərməyə hazır olduğunu diqqətə çatdırmışdır.
Əsgər Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Paris